Skip to content
15 Aprel, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 224)
  • Dünya (3. 318)
  • Gündəm (11. 584)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (481)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (345)
  • Siyasət (2. 980)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Aprel 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930  
« Mar    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub. Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib. Elm
Cavidan 25 Fevral, 2026

Bu gün Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı olub.

Azərbaycan Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına mərkəzdə yaradılmış şərait barədə məlumat verib.

Bildirilib ki, bu mərkəzin təməli 1969-cu ildə Lənkəran Texniki Peşə Məktəbi kimi qoyulub. 2018-ci ildə Lerik Peşə Məktəbi və Lənkəran Peşə Liseyi birləşdirilərək onların bazasında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi yaradılıb. Mərkəz 2024-cü ildən etibarən Publik Hüquqi Şəxs kimi fəaliyyət göstərir.

Müasir infrastrukturla təmin olunan mərkəzdə tədris, idman, yataqxana, kulinariya təlim korpusları, təlim-qonaq evi, əkinçilik və emalatxana laboratoriyaları, istixana, həmçinin avtotəmir və CNC (dəzgahların kompüterləşdirilmiş idarəetmə sistemi) emalatxanaları yaradılıb. Burada, eyni zamanda, informatika kabinetləri, müasir sinif otaqları, hərbi hazırlıq kabineti, kitabxana, 300 nəfərlik akt zalı və yeməkxana fəaliyyət göstərir. Ərazidə 53 nəfərlik yataqxana binası inşa edilib və yenidənqurmadan sonra korpusların sayı 7-yə çatdırılıb.

2025/2026-cı tədris ilində mərkəzdə 42 ixtisas üzrə 55 qrupda 962 tələbə təhsil alır. Onların 385-i qadındır. Müəssisədə turizm, kənd təsərrüfatı, sənaye, xidmət, İT texnologiyaları və alternativ enerji istiqamətləri üzrə kadr hazırlığı həyata keçirilir.

Mərkəzdə yeni maddi-texniki baza formalaşdırılandan sonra bir çox müasir ixtisaslar, o cümlədən elektrik və hibrid avtomobillərinin texniki qulluğu və təmiri üzrə texnik, kompüter şəbəkələri və şəbəkə inzibatçılığı, proqramla idarə edilən sənaye avadanlıqlarının texniki istismarı, kibertəhlükəsizlik, kompüter sistemlərində proqramlaşdırma, binaların tikintisi və istismarı, elektrik xətlərinin, günəş panellərinin quraşdırılması və təmiri üzrə mütəxəssis və texnik ixtisasları tədris olunur.

Burada tələbələrə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili pillələri üzrə biliklər verilir. Hazırda mərkəzdə 138 nəfər çalışır.

Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi kadr hazırlığı istiqamətində dövlət və özəl sektoru təmsil edən 30-a yaxın müəssisə ilə sıx əməkdaşlıq edir. Bu əməkdaşlığa özəl sektorla birgə kadr hazırlığı, mütəxəssislərin tədrisə cəlb olunması, istehsalat təlimləri, ustad dərsləri, həmçinin sosial və innovativ layihələrin icrası daxildir.

Continue Reading

Previous: İlham Əliyev Küveyt Əmirini milli bayramları münasibətilə təbrik edib
Next: Nikol Paşinyan Polşaya səfər edib

Bölmənin digər xəbərləri

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb
  • Siyasət

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

14 Aprel, 2026
Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur
  • Cəmiyyət

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

14 Aprel, 2026
Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var
  • Gündəm

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

14 Aprel, 2026

Top 7 Xəbər

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb 1

Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb

14 Aprel, 2026
Azərbaycanda nikah və boşanmaların sayı azalıb 2

Azərbaycanda nikah və boşanmaların sayı azalıb

14 Aprel, 2026
Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur 3

Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur

14 Aprel, 2026
Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var 4

Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var

14 Aprel, 2026
KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib 5

KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib

14 Aprel, 2026
“Space” TV-nin baş direktoru işdən çıxarıldı 6

“Space” TV-nin baş direktoru işdən çıxarıldı

14 Aprel, 2026
Azərbaycanda beynəlxalq qurum təsis olunur 7

Azərbaycanda beynəlxalq qurum təsis olunur

14 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 224)
  • Dünya (3. 318)
  • Gündəm (11. 584)
  • İdman (639)
  • İqtisadiyyat (586)
  • Kateqoriyasızlar (481)
  • Kriminal (1. 371)
  • Mədəniyyət (345)
  • Siyasət (2. 980)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9224) Dünya (3318) Gündəm (11584) Kateqoriyasızlar (481) Kriminal (1371) Mədəniyyət (345) Siyasət (2980) Texnologiya (14) İdman (639) İqtisadiyyat (586)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ceyhun Bayramov Mixail Qaluzin ilə görüşüb 14 Aprel, 2026
  • Azərbaycanda nikah və boşanmaların sayı azalıb 14 Aprel, 2026
  • Azərbaycan alimentlə bağlı qərarların beynəlxalq səviyyədə icrası mexanizminə qoşulur 14 Aprel, 2026
  • Bakıda binada partlayış olub, ölən və xəsarət alanlar var 14 Aprel, 2026
  • KİV: Rusiya Teleqramdakı bloklanmanı yumşaltmaq qərarına gəlib 14 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.