Skip to content
24 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 963)
  • Dünya (3. 211)
  • Gündəm (11. 226)
  • İdman (628)
  • İqtisadiyyat (571)
  • Kateqoriyasızlar (465)
  • Kriminal (1. 341)
  • Mədəniyyət (336)
  • Siyasət (2. 949)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyev İranın yol və şəhərsalma nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının
Cavidan 23 Fevral, 2026

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də İranın yol və şəhərsalma naziri, Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri Fərzanə Sadiqin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Söhbət zamanı Fərzanə Sadiqin ötən il Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşü məmnunluqla xatırlandı.

Dövlət başçısı bir müddət əvvəl İran Prezidenti Məsud Pezeşkianla telefon danışığını xatırladaraq, həmin telefon söhbəti əsnasında dost ölkələr kimi Azərbaycanla İran arasında qarşılıqlı əməkdaşlıq məsələlərinin müzakirə olunduğunu deyib.

İkitərəfli gündəliyin genişlənməsini məmnunluqla qeyd edən Prezident İlham Əliyev Azərbaycanla İranın birgə icra etdiyi layihələrin həm ölkələrimiz, həm də region üçün geniş imkanlar açacağını vurğulayıb.

Dövlət başçısı Fərzanə Sadiqin Azərbaycana səfəri çərçivəsində bütün bu məsələlərin müzakirə ediləcəyinə və səfərin yaxşı nəticələrinin olacağına ümidvarlığını bildirib.

Azərbaycana yenidən gəlməsindən məmnunluğunu ifadə edən Fərzanə Sadiq qəbula görə dövlətimizin başçısına minnətdarlıq edib.

O, İran Prezidenti Məsud Pezeşkianın salamlarını dövlət başçısına çatdırıb və vurğulayıb ki, İran Prezidenti Azərbaycanla münasibətlərə xüsusi əhəmiyyət verir.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Məsud Pezeşkiana çatdırmağı xahiş edib.

Fərzanə Sadiq ölkələr arasında tarixi, dini və mədəni əlaqələrin mövcud olduğunu vurğulayıb.

Söhbət zamanı Bakıda keçiriləcək “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyası”nın 17-ci iclasının əhəmiyyətinə toxunulub, Şimal-Cənub nəqliyyat dəhlizi, Araz çayı üzərində Ağbənd və Kəlalə məntəqələrini birləşdirən avtomobil körpüsünün inşası və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Continue Reading

Previous: Hərbi xidmətlə bağlı dəyişiklik: Fərqli hesablanacaq
Next: “AzerGold”un bir qrup əməkdaşı “Tərəqqi” medalı ilə təltif edilib

Bölmənin digər xəbərləri

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb
  • Dünya

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb

23 Fevral, 2026
ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub
  • Cəmiyyət

ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub

23 Fevral, 2026
Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı
  • Dünya

Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı

23 Fevral, 2026

Top 7 Xəbər

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb 1

Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb

23 Fevral, 2026
ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub 2

ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub

23 Fevral, 2026
Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib 3

Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib

23 Fevral, 2026
MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib 4

MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib

23 Fevral, 2026
Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı 5

Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı

23 Fevral, 2026
“Neftçi” yox desəydi… – Qurban Qurbanov 6

“Neftçi” yox desəydi… – Qurban Qurbanov

23 Fevral, 2026
“AzərEnerji”də rəqəmsal idarəetmə müzakirə edildi 7

“AzərEnerji”də rəqəmsal idarəetmə müzakirə edildi

23 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 963)
  • Dünya (3. 211)
  • Gündəm (11. 226)
  • İdman (628)
  • İqtisadiyyat (571)
  • Kateqoriyasızlar (465)
  • Kriminal (1. 341)
  • Mədəniyyət (336)
  • Siyasət (2. 949)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8963) Dünya (3211) Gündəm (11226) Kateqoriyasızlar (465) Kriminal (1341) Mədəniyyət (336) Siyasət (2949) Texnologiya (14) İdman (628) İqtisadiyyat (571)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ukraynada liseydə təlim sursatı partlayıb, iki şagird xəsarət alıb 23 Fevral, 2026
  • ABŞ səfirliyinin yarım milyonluq dələduzluqda ittiham edilən sabiq əməkdaşına hökm oxunub 23 Fevral, 2026
  • Sosial şəbəkədə təhqirə yol vermiş 6 nəfər məsuliyyətə cəlb edilib 23 Fevral, 2026
  • MN-in vəzifəli şəxsi məhkəmədə “İstirahət evi”nin həbsdə olan rəisinə rüşvət çatdırdığını etiraf edib 23 Fevral, 2026
  • Meksikadakı iğtişaşlarda ölənlərin sayı artdı 23 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.