Skip to content
6 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 848)
  • Dünya (3. 174)
  • Gündəm (11. 056)
  • İdman (616)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 330)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib

Prezident İlham Əliyev 18 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik
Cavidan 6 Fevral, 2026

Prezident İlham Əliyev 18 yanvar 2016-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”nda dəyişiklik edib.

Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, bundan sonra sənaye məhəllələrinin rezidentlərinin investisiya təşviqi sənədi almaq üçün təqdim etdiyi strateji investisiya layihələrində minimal dəyəri 1 milyon manat olmalıdır.

Bundan başqa, fərmana əsasən, ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir.

İqtisadiyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.

İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:

1. Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;

2. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;

3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;

4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;

5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentlərinin həyata keçirdiyi istehsal layihələri;

6. 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft/qaz sənayesi müəssisələrinin istehsal layihələri;

7. İstehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən “Azərbaycanda ilk” (“First in Azerbaijan”) layihələri;

8. Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;

9. Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;

10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri.

Continue Reading

Previous: İki milli park haqqında Əsasnamə təsdiqlənib

Bölmənin digər xəbərləri

İki milli park haqqında Əsasnamə təsdiqlənib
  • Cəmiyyət

İki milli park haqqında Əsasnamə təsdiqlənib

6 Fevral, 2026
Baş nazirdən benzinlə bağlı Qərar – 30 gün sonra qüvvəyə minir
  • Cəmiyyət

Baş nazirdən benzinlə bağlı Qərar – 30 gün sonra qüvvəyə minir

6 Fevral, 2026
Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı qərar verib
  • Cəmiyyət

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı qərar verib

6 Fevral, 2026

Top 7 Xəbər

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib 1

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib

6 Fevral, 2026
İki milli park haqqında Əsasnamə təsdiqlənib 2

İki milli park haqqında Əsasnamə təsdiqlənib

6 Fevral, 2026
Baş nazirdən benzinlə bağlı Qərar – 30 gün sonra qüvvəyə minir 3

Baş nazirdən benzinlə bağlı Qərar – 30 gün sonra qüvvəyə minir

6 Fevral, 2026
Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı qərar verib 4

Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı qərar verib

6 Fevral, 2026
Azərbaycan XİN Pakistana başsağlığı verib 5

Azərbaycan XİN Pakistana başsağlığı verib

6 Fevral, 2026
KİV: Rusiyadan İrana gizli şəkildə 2.5 milyard dollar nağd vəsait göndərilib 6

KİV: Rusiyadan İrana gizli şəkildə 2.5 milyard dollar nağd vəsait göndərilib

6 Fevral, 2026
Peskov: Rusiya və ABŞ START üzrə məsuliyyətli mövqe tutacaqlar 7

Peskov: Rusiya və ABŞ START üzrə məsuliyyətli mövqe tutacaqlar

6 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 848)
  • Dünya (3. 174)
  • Gündəm (11. 056)
  • İdman (616)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 330)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8848) Dünya (3174) Gündəm (11056) Kateqoriyasızlar (459) Kriminal (1330) Mədəniyyət (333) Siyasət (2936) Texnologiya (14) İdman (616) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib 6 Fevral, 2026
  • İki milli park haqqında Əsasnamə təsdiqlənib 6 Fevral, 2026
  • Baş nazirdən benzinlə bağlı Qərar – 30 gün sonra qüvvəyə minir 6 Fevral, 2026
  • Nazirlər Kabineti gömrük rüsumları ilə bağlı qərar verib 6 Fevral, 2026
  • Azərbaycan XİN Pakistana başsağlığı verib 6 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.