Skip to content
26 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 127)
  • Dünya (3. 277)
  • Gündəm (11. 462)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyev Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub

Cavidan 23 Dekabr, 2025

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 23-də Xankəndi şəhərində Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməlini qoyub.

Dövlət başçısına binada yaradılacaq şərait barədə məlumat verilib.

Qeyd edək ki, Qarabağ Universitetinin Mühəndislik fakültəsi müasir texnoloji çağırışlara cavab verən, innovasiya və tətbiqyönümlü mühəndis kadrların hazırlanmasını hədəfləyən əsas akademik struktur bölmələrdən biridir. Fakültədə hazırda 19 professor-müəllim, inzibati və texniki heyət üzvü fəaliyyət göstərir. Burada ümumilikdə 314 tələbə təhsil alır.

Fakültədə bakalavriat səviyyəsində elektrik və elektronika, inşaat, mexatronika və robototexnika, logistika və nəqliyyat texnologiyaları, kompüter mühəndisliyi, data analitika və riyaziyyat daxil olmaqla 7 ixtisas üzrə kadr hazırlığı həyata keçirilir. Gələcəkdə mühəndislik istiqaməti üzrə yeni ixtisasların açılması nəzərdə tutulur.

Yeni binanın müasir standartlara uyğun inşa edilərək qısa müddətdə istifadəyə verilməsi planlaşdırılır. Tədris binası keyfiyyətli kadr hazırlığını təmin edən, tələbələrin nəzəri bilik və praktiki bacarıqlarının inkişafına, həmçinin innovativ fəaliyyətlərinin genişləndirilməsinə xidmət edən auditoriyalar, laboratoriyalar, kitabxana, elmi-tədqiqat və innovasiya məkanları ilə təchiz olunacaq.

Layihənin icrası mühəndislik təhsilinin inkişafına mühüm töhfə verməklə yanaşı, müasir akademik məzmunun və innovativ tədris metodlarının tətbiqini təşviq edən, tələbələrin hərtərəfli inkişafını dəstəkləyən qabaqcıl ali təhsil mühitinin formalaşdırılmasına xidmət göstərəcək.

Continue Reading

Previous: Sabah hava yağmursuz olacaq
Next: Sosial şəbəkədə qadınları şantaj etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Bölmənin digər xəbərləri

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib
  • Dünya

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib

25 Mart, 2026
Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib
  • Dünya

Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib

25 Mart, 2026
Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib
  • Cəmiyyət

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

25 Mart, 2026

Top 7 Xəbər

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib 1

Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib

25 Mart, 2026
Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub 2

Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub

25 Mart, 2026
Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib 3

Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib

25 Mart, 2026
Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib 4

Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib

25 Mart, 2026
Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb 5

Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb

25 Mart, 2026
Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib 6

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

25 Mart, 2026
Sabah bəzi rayonlara yağış yağacaq 7

Sabah bəzi rayonlara yağış yağacaq

25 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 127)
  • Dünya (3. 277)
  • Gündəm (11. 462)
  • İdman (638)
  • İqtisadiyyat (578)
  • Kateqoriyasızlar (475)
  • Kriminal (1. 356)
  • Mədəniyyət (341)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9127) Dünya (3277) Gündəm (11462) Kateqoriyasızlar (475) Kriminal (1356) Mədəniyyət (341) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (578)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Hakan Fidan Suriya, Qətər və özbəkistanlı həmkarları ilə regiondakı gərginliyi müzakirə edib 25 Mart, 2026
  • Göyçayda qamışlıq və yabanı kolluq ərazidə yanğın olub 25 Mart, 2026
  • Pezeşkian regiondakı vəziyyətlə bağlı mövqeyinə görə Ərdoğana təşəkkür edib 25 Mart, 2026
  • Sahibə Qafarova çinli parlamentari ilə ikitərəfli əlaqələri müzakirə edib 25 Mart, 2026
  • Azərbaycanda ötən gün dələduzluğa görə axtarışda olan dörd nəfər saxlanılıb 25 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.