Skip to content
7 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 851)
  • Dünya (3. 176)
  • Gündəm (11. 062)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 330)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Prezidentə ad günü təbrikləri gəlməkdə davam edir

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu.
Cavidan 19 Dekabr, 2025

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustin Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə dost Azərbaycan milli iqtisadiyyatın və sosial sahənin inkişafına, vətəndaşlarının rifahının yaxşılaşdırılmasına və beynəlxalq aləmdə nüfuzunun gücləndirilməsinə yönəlmiş genişmiqyaslı islahatlar yolu ilə inamla irəliləyir.

Rusiya-Azərbaycan münasibətlərinin mehriban qonşuluq və qarşılıqlı hörmət ruhunda möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqəti xüsusilə qeyd etmək istərdim. Ən yüksək səviyyədə qəbul edilmiş qərarlara uyğun olaraq, iqtisadi-ticari və investisiya əməkdaşlığı durmadan inkişaf edir, perspektivli birgə layihələr həyata keçirilir, regionlararası əlaqələr və işgüzar təmaslar genişləndirilir.

Əminəm ki, əməkdaşlığın daha da gücləndirilməsi, müxtəlif sahələrdə yeni qarşılıqlı faydalı təşəbbüslərin təşviqi Rusiya Federasiyasının və Azərbaycan Respublikasının maraqlarına tam cavab verir.

Həmişə səmimi və etimad mühitində keçən söhbətlərimizi xoş duyğularla xatırlayıram. Konstruktiv ünsiyyətimizi davam etdirmək imkanına şad olaram.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

****

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

“Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Sizin siyasi karyeranız cəsarətlə irəliləyən, dürüstlük, qətiyyət və ölkəsinin taleyinə görə məsuliyyət nümayiş etdirən, enerjisi ilə həmfikir insanları və tərəfdarları ruhlandıran bir liderin yoludur.

Sizin çoxillik fədakar əməyiniz sayəsində Azərbaycan sosial-iqtisadi inkişafda, dövlətçiliyinin möhkəmləndirilməsində və beynəlxalq nüfuzunun yüksəldilməsində mühüm nəticələrə nail olmuşdur.

Rusiya-Azərbaycan parlament dialoqunun genişləndirilməsi məsələlərinə göstərdiyiniz davamlı diqqəti minnətdarlıqla qeyd edirəm. 2025-ci ilin mart ayında Bakıya səfərimi xüsusi səmimiyyətlə xatırlayıram. Mənə göstərdiyiniz mehriban münasibəti yüksək dəyərləndirirəm.

Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının rifahı naminə məsuliyyətli fəaliyyətinizdə böyük uğurlar arzulayıram.

Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

***

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük şərəf duyuram.

Qarabağ Zəfəri ilə müasir Azərbaycan dövlətçiliyinin qüdrətini bütün dünyaya nümayiş etdirmiş Lider, Türk dünyasının qürur mənbəyi olaraq Sizin qətiyyətli və uzaqgörən siyasi rəhbərliyinizlə Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətçilik yolunu tarixi Zəfərlə başa çatdıraraq 30 illik işğala son qoymuşdur. Bu möhtəşəm nailiyyət milli tariximizdə mühüm dönüş nöqtəsi olmaqla yanaşı, Türk dünyasının ortaq yaddaşında da silinməz iz buraxmışdır və xalqın birliyinin, siyasi iradəsinin və dövlətçilik əzminin parlaq təcəssümüdür.

Bu əlamətdar gündə Türk Dövlətləri Parlament Assambleyası adından Sizi təbrik etməklə yanaşı, qeyd etmək istərdim ki, Sizin rəhbərliyinizlə yazılmış Zəfər salnaməsi Türk dünyasında mənəvi həmrəyliyin möhkəmlənməsinə, ortaq dəyərlər ətrafında daha sıx birləşməyə və gələcəyə birlikdə inamla addımlamağa mühüm töhfə vermişdir. Bu gün Türk dünyası Sizin liderliyinizə və xidmətlərinizə dərin ehtiramla və minnətdarlıqla yanaşır.

Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, uzun və gümrah ömür, Azərbaycan Respublikasının davamlı inkişafı və xalqımızın rifahı naminə həyata keçirdiyiniz ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram”.

Continue Reading

Previous: Abşeron rayonunda yolların təmirinə 1.4 milyon manat ayrılıb
Next: Putin: Ukrayna ilə sülh danışıqlarını rədd etmirik

Bölmənin digər xəbərləri

Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb
  • Dünya

Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb

7 Fevral, 2026
Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir
  • Dünya

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

7 Fevral, 2026
Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI
  • Cəmiyyət

Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

7 Fevral, 2026

Top 7 Xəbər

Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb 1

Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb

7 Fevral, 2026
Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir 2

Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir

7 Fevral, 2026
Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI 3

Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI

7 Fevral, 2026
Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür 4

Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

7 Fevral, 2026
BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr 5

BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr

7 Fevral, 2026
Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar 6

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayırlar

7 Fevral, 2026
“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib 7

“İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib

6 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 851)
  • Dünya (3. 176)
  • Gündəm (11. 062)
  • İdman (617)
  • İqtisadiyyat (567)
  • Kateqoriyasızlar (459)
  • Kriminal (1. 330)
  • Mədəniyyət (333)
  • Siyasət (2. 936)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8851) Dünya (3176) Gündəm (11062) Kateqoriyasızlar (459) Kriminal (1330) Mədəniyyət (333) Siyasət (2936) Texnologiya (14) İdman (617) İqtisadiyyat (567)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Çində biotexnologiya müəssisəsində partlayış olub, 5 nəfər ölüb 7 Fevral, 2026
  • Avropanı XAOS BÜRÜDÜ – Bu dövlətlər yenidən Kremlin “QAPISINI DÖYMƏK” istəyir 7 Fevral, 2026
  • Hər kəsə yuxarıdan aşağı baxan bürclər- SİYAHI 7 Fevral, 2026
  • Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür 7 Fevral, 2026
  • BİZİM TƏQVİM: Fevralın 7-də baş vermiş tarixi hadisələr 7 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.