Skip to content
28 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Dövlət xidmətləri haqqında” qanun təsdiqlənib
  • Gündəm
  • Siyasət

“Dövlət xidmətləri haqqında” qanun təsdiqlənib

Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb. Qanun dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi
Cavidan 3 Dekabr, 2025
69303d7c08d2969303d7c08d2a1764769148b00v70331

Prezident İlham Əliyev “Dövlət xidmətləri haqqında” qanunun tətbiqi barədə Fərman imzalayıb.

Qanun dövlət xidmətləri sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir, həmçinin dövlət xidmətlərinin göstərilməsi sahəsində münasibətləri tənzimləyəcək.

Qanuna əsasən, dövlət xidməti xidmət təminatçıları tərəfindən səlahiyyətlərinin icrası ilə əlaqədar göstərilən və müəyyən hüquqi nəticənin yaranmasına, yaxud xidmət İstifadəçisinə zəruri informasiyanın verilməsinə səbəb olan hərəkətlərin məcmusudur. Dövlət xidmətinin göstərilmə yeri xidmət təminatçısı tərəfindən öz inzibati binasında və ya ondan kənarda dövlət xidmətinin göstərildiyi məkan, o cümlədən səyyar xidmətin göstərildiyi yer, habelə dövlət xidmətlərinin göstərildiyi vahid xidmət mərkəzi və ya informasiya sistemidir. Vahid xidmət mərkəzi dövlət xidmətlərinin xidmət təminatçıları və özəl təşkilatlarla birgə göztərildiyi məkandır. Dövlət xidmətinin dizaynı dövlət xidmətinin formalaşdırılması sahəsində ehtiyac və tələbləri müəyyən edən, konseptual və funksional həllər toplusudur.

Dövlət Xidmətlərinin Elektron Reyestri (bundan sonra DXER) dövlət xidmətləri barədə məlumatları əks etdirən vahid informasiya sistemidir. Bununla yanaşı, layihədə xidmət istifadəçilərinin dairəsi, onların hüquq və vəzifələri də konkret olaraq müəyyən edilib.

Dövlət xidmətlərinin göstərilməsində korrupsiya risklərinin azaldılması məqsədilə qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla dövlət xidmətinə müraciətlərin ardıcıllıqla həyata keçirilməsi üçün qanun layihəsinə növbəlilik prinsipi gətirilib.

Dövlət xidməti Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil edildikdən sonra həmin xidmətin göstərilməsinə yol veriləcək.

Qanunda dövlət xidmətinin göstərilməsi nəticəsi elektron sənəd yaxud kağız daşıyıcıda inzibati akt, hüquqmüəyyənedici və texniki sənədlər şəklində və ya informativ elektron xidmətlər üzrə məlumatın verilməsi ilə həyata keçirildiyi qeyd edilir.

Dövlət xidmətinin keyfiyyətinə nəzarət mexanizmi müəyyən edilir. “ASAN xidmət indeks” qiymətləndirilməsi mexanizmi daha da təkmilləşdirilərək qiymətləndirilmə aparıldıqdan sonra dövlət xidmətinin keyfiyyətinə nəzarət üçün əsaslardan hesab ediləcək.

Post navigation

Previous: NATO-nun Cənubi Qafqazdakı Ofisinin rəhbəri Azərbaycana səfər edib
Next: “Politico”: Aİ Rusiyanı terrorizmin maliyyələşdirilməsi üzrə “qara siyahı”ya salacaq

Bölmənin digər xəbərləri

ztAYy2c0s5Z v
  • Cəmiyyət

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

Cavidan 28 Avqust, 2026
270a4ce6-fd6f-4d1 v
  • Cəmiyyət

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

Cavidan 28 Avqust, 2026
6a9029f32000b6a9029f32000c1 v
  • Cəmiyyət

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Cavidan 27 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 024)
  • Dünya (1. 032)
  • Gündəm (3. 323)
  • İdman (225)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (274)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək ztAYy2c0s5Z v 1
  • Cəmiyyət

Sabah 36 dərəcə isti gözlənilir, güclü külək əsəcək

28 Avqust, 2026
Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB 1787903771403v vvv 2
  • Cəmiyyət

Növbəti köç karvanları Şükürbəyli və Horovlu kəndlərinə çatıb – YENİLƏNİB

28 Avqust, 2026
Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib 1736325742 v 3
  • Cəmiyyət

Kamran Əliyev Yasamal rayonunda vətəndaşları qəbul edib

28 Avqust, 2026
Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib 270a4ce6-fd6f-4d1 v 4
  • Cəmiyyət

Ali məktəblərə qəbul olunanlar üçün qeydiyyat prosesinə start verilib

28 Avqust, 2026
Tokayev Qazaxıstan hökumətini istefaya göndərib ctD4OA3CHmX v 5
  • Cəmiyyət

Tokayev Qazaxıstan hökumətini istefaya göndərib

28 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3024) Dünya (1032) Gündəm (3323) Kateqoriyasızlar (200) Kriminal (274) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (225) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.