Skip to content
19 Noyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi – TƏHLİL
  • Siyasət

Prezident İlham Əliyevin Misir səfəri: Yaxın Şərq sülh prosesində Azərbaycanın diplomatik çəkisi – TƏHLİL

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti bölgədə davam edən silahlı toqquşmalar, humanitar böhran və geosiyasi gərginlik fonunda mühüm
Cavidan 14 Oktyabr, 2025
68ee0dea3822d68ee0dea3822e176043159468ee0dea3822b68ee0dea3822c v

Misirdə keçirilən Yaxın Şərq Sülh Sammiti bölgədə davam edən silahlı toqquşmalar, humanitar böhran və geosiyasi gərginlik fonunda mühüm beynəlxalq diplomatik platforma oldu. ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin birgə təşəbbüsü ilə təşkil olunan bu sammitin məqsədi Yaxın Şərqdə uzunmüddətli sülh və sabitliyin təmin edilməsi, tərəflər arasında dialoqun gücləndirilməsi və qlobal güclərin mövqelərinin uzlaşdırılması idi.

Yaxın Şərq regionu hazırda çoxsaylı siyasi, təhlükəsizlik və humanitar böhranların kəsişməsində dayanır. Fələstin-İsrail münaqişəsi, Qəzzada davam edən hərbi əməliyyatlar, Ərəb ölkələrinin öz aralarındakı münasibətləri yenidən formatlaşdırmaq cəhdləri və qlobal güclərin bölgəyə artan marağı sammiti mühüm beynəlxalq hadisəyə çevirib. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilən bu toplantı Vaşinqtonun Yaxın Şərqdə yeni diplomatik fəallıq dövrünə daxil olduğuna da işarədir. Misir Prezidenti Sisinin sammitə ev sahibliyi etməsi isə Qahirənin bölgədəki tarixi vasitəçilik rolunu yenidən ön plana çıxarır.

Yeni mərhələnin siyasi əsasları və qəbul edilən sənəd

Yaxın Şərq Sülh Sammiti bölgədə uzunmüddətli sabitliyin təmininə yönəlmiş yeni diplomatik mərhələ kimi qiymətləndirilir. Sammitdə tərəflər arasında atəşkəs rejiminin möhkəmləndirilməsi, humanitar dəhlizlərin açılması, qaçqınların təhlükəsiz qayıdışı və siyasi dialoqun bərpası ilə bağlı birgə bəyannamə imzalanıb. Sənəd beynəlxalq vasitəçilik mexanizmlərinin gücləndirilməsini, regional oyunçular və qlobal güclər arasında koordinasiyanın artırılmasını nəzərdə tutur. Bu sənəd Yaxın Şərqdə diplomatik səylərin institusional əsasının formalaşdırılmasına yönəlmiş mühüm addım sayılır.

Azərbaycanın iştirakı: balanslı siyasətin təzahürü

Fərqli dini və milli qütbləri bir araya gətirərək siyasi dialoq və əməkdaşlıq platformasında balanslı aktor imicini formalaşdıran Azərbaycanın həm İslam ölkələri, həm də İsraillə paralel şəkildə münasibətləri inkişaf etdirməsi xüsusi diqqətəlayiqdir. Yaxın Şərqdə müşahidə olunan gərginliklər Azərbaycan üçün də narahatlıq doğuran amildir. Məhdud sayda dövlət başçılarının iştirakı ilə keçirilən sammitə Azərbaycanın da dəvət olunması, ölkənin regionda söz sahibi olmasının göstəricisidir. Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Sammitdə iştirakı ölkəmizin beynəlxalq diplomatik fəallığının və artan geosiyasi çəkisinin növbəti bariz göstəricisidir. Bu səfər həm ikitərəfli, həm də çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.

Diplomatik dialoq və regional gündəmin beynəlmiləlləşməsi

Sammit çərçivəsində Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyan və Fransa Prezidenti Emmanuel Makron qısa görüşlər keçirməsi də diplomatik baxımdan diqqətəlayiq məqamdır. Bu görüşlər beynəlxalq tədbirlər çərçivəsində regional məsələlərin müzakirəsi üçün əlavə diplomatik kanalların formalaşdığını göstərir və Azərbaycanın Cənubi Qafqazda sülh gündəmini beynəlxalq arenaya daşımaq imkanlarını genişləndirir. Eyni zamanda, Yaxın Şərq Sülh Sammiti Azərbaycanın Qərb və Ərəb dünyası arasında körpü rolunu daha da möhkəmləndirir. Bakı bir tərəfdən Qərb dövlətləri ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlığı dərinləşdirir, digər tərəfdən isə Yaxın Şərqdə balanslı və etibarlı mövqe sərgiləməklə regional diplomatik proseslərin fəal iştirakçısına çevrilir.

Səfərin əhəmiyyəti bir neçə strateji istiqamətdə özünü göstərir. İlk növbədə, bu addım Azərbaycanın müsəlman dünyasının əsas siyasi platformalarında aktiv iştirakının davamlılığını təsdiqləyir. Ölkəmiz uzun illərdir İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində, həmçinin ikitərəfli münasibətlər vasitəsilə Yaxın Şərq dövlətləri ilə çoxtərəfli əməkdaşlıq münasibətləri qurub. Prezident İlham Əliyevin Misirə səfəri bu münasibətlərin siyasi və diplomatik aspektlərinin daha da dərinləşdirilməsi baxımından yeni imkanlar açır. Bu, Azərbaycanın İslam dünyası ilə münasibətlərini təkcə mədəni və dini müstəvidə deyil, həm də geosiyasi və təhlükəsizlik ölçülərində inkişaf etdirmək niyyətini əks etdirir.

Bakının mövqeyi qlobal siyasi müzakirələrin tərkib hissəsi kimi

ABŞ Prezidenti Donald Trampın sammitdə səsləndirdiyi çıxış diqqət mərkəzinə çevrilib. O, nitqində Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşünə toxunaraq vurğulayıb Azərbaycan Prezidenti İlham Əliyevi çox güclü lider adlandırıb:

“Hər halda, burada olduğunuz üçün hamınıza təşəkkür edirəm. Bu şəxs üçün, Azərbaycan üçün müharibəni həll etdim. Siz hələ də bir-birinizlə yola gedirsiniz, elə deyilmi? 32 il mübarizə apardıq, amma təxminən bir saata məsələni həll etdik, düzdürmü? İndi isə onlar bir-birini bəyənirlər. Burada olduğunuz üçün hər kəsə təşəkkür edirəm. O, çox güclü bir liderdir, işini çox yaxşı görür. Bu mərasimdən sonra çıxış edəcəyik, amma bu, çox önəmli bir imzalanmadır”.

Trampın bu çıxışı Vaşinqtonun vasitəçilik səylərini önə çıxarmaqla yanaşı, Azərbaycanın beynəlxalq danışıqlarda mərkəzi tərəf kimi qəbul olunduğunu da göstərdi. Bu, həm də Qarabağ münaqişəsinin post-müharibə mərhələsində Bakının mövqeyinin qlobal siyasi müzakirələrin tərkib hissəsinə çevrildiyinə işarədir.

Azərbaycanın diplomatik mövqeyinin yeni konturları

Yaxın Şərq Sülh Sammiti həm regional güc balansında, həm də qlobal diplomatik müstəvidə yeni strateji arxitekturanın təşəkkül tapdığı mühüm bir mərhələyə təsadüf edir. Prezident İlham Əliyevin yüksək səviyyəli toplantıda iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan siyasi çəkisinin, həmçinin çoxşaxəli və çevik diplomatik strategiyasının real təzahürüdür. Bakı İslam dünyası, Qərb mərkəzləri və region dövlətləri ilə paralel siyasi xətt yürüdərək özünü etibarlı tərəfdaş və mühüm geosiyasi körpü kimi mövqeləndirir. Sammitdə imzalanan sənədlər və aparılan danışıqlar Azərbaycanın sülh təşəbbüslərində fəallığını artırmaqla yanaşı, Cənubi Qafqaz məsələlərinin beynəlxalq gündəlikdə strateji səviyyəyə çıxarılmasına xidmət edir. Bu səfər Azərbaycanın yeni geosiyasi düzənin formalaşmasında aktiv iştirakçıdan daha çox, regional və qlobal proseslərə təsir göstərən mühüm diplomatik oyunçu kimi rolunu möhkəmləndirən əhəmiyyətli siyasi hadisədir.(Apa)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Keçmiş icra başçısı vəfat etdi
Sonrakı: Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Bölmənin digər xəbərləri

6cfa4b76-74f1-39ve9591392_1200
  • Siyasət

Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına ali hərbi rütbələr verilib

Cavidan 7 Noyabr, 2026
hl8jk0vs1yGHBKvhzRbChnL3sX bbc_1200
  • Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Cavidan 6 Noyabr, 2026
6cfa4b76-74 v91392_1200
  • Gündəm

Prezident “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”ni təsdiqləyib

Cavidan 5 Noyabr, 2026

Teqlər

Android AnTuTu Apple AZCON Holding AzInTelecom Azərbaycan Ağacəkmə aksiyası Ağdam biznes Business Epic Games Store Google Google Maps informasiya təhlükəsizliyi innovasiya kibertəhlükəsizlik Lenovo Meta Microsoft Motorola NETTY 2026 Newsbeat Noutbuk OpenAI oyun Oyunlar PCI DSS PS5 Pulsuz Reytinq Rəqəmsal İmza smartfon Smartfonlar Sony spacex startap Süni intellekt SİMA İmza Tesla Texnologiya Təhlükəsizlik World İlon Mask İnternet Mükafatı İT xəbərləri

Bölmələr

  • Cəmiyyət (3. 468)
  • Dünya (1. 137)
  • Gündəm (3. 533)
  • İdman (262)
  • İqtisadiyyat (179)
  • Kateqoriyasızlar (255)
  • Kriminal (315)
  • Mədəniyyət (99)
  • Siyasət (452)
  • Texnologiya (74)

Xəbər Trendi

DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib 88f36288- V3a8ff7_1200 1
  • Cəmiyyət

DİM-in dövlət qulluğuna qəbul üzrə daxili müsahibə elanı ləğv edilib

18 Noyabr, 2026
Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb 99f74779-d V3e646536_1200 2
  • Cəmiyyət

Hesablama Palatası: İSF-nin debitor və kreditor borcları artıb

18 Noyabr, 2026
Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib 54420d05-42 Vb14b_1200 3
  • Cəmiyyət

Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı müəyyənləşib

18 Noyabr, 2026
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir 6afd8 bafd8b84ec47f 4
  • Dünya

İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir

18 Noyabr, 2026
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb – FƏRMAN aEv55kGBNVdCuH vpUSmYO5i_1200 5
  • Cəmiyyət

Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb – FƏRMAN

18 Noyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3468) Dünya (1137) Gündəm (3533) Kateqoriyasızlar (255) Kriminal (315) Mədəniyyət (99) Siyasət (452) Texnologiya (74) İdman (262) İqtisadiyyat (179)

Sayt üzrə statistika

  • 1
  • 51
  • 42
  • 17. 523

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.