Skip to content
19 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Kilsə və lobbi Paşinyana qarşı – Qaregin gözünü diaspora dikib – ŞƏRH
  • Siyasət

Kilsə və lobbi Paşinyana qarşı – Qaregin gözünü diaspora dikib – ŞƏRH

Ermənistan rəhbərliyi ilə kilsə arasındakı münaqişə geriyədönüşü mümkün olmayan mübarizəyə çevrilir. Artıq tərəflər arasında qarşılıqlı ittihamlar, təhqirlər bütün
Cavidan 15 Sentyabr, 2025
cx x

Ermənistan rəhbərliyi ilə kilsə arasındakı münaqişə geriyədönüşü mümkün olmayan mübarizəyə çevrilir. Artıq tərəflər arasında qarşılıqlı ittihamlar, təhqirlər bütün əndazələri keçib. Baş nazir Nikol Paşinyan faktiki olaraq hər açıqlamalarında bütün ermənilərin katolikosu İkinci Qareginin istefasına çağırış edir, qarşı tərəf də onu təslimçilikdə ittiham etməkdədir.

Hakimiyyətə yaxın mediada yayılan son xəbərlərdə katolikosun tezliklə istefa verəcəyi vurğulanıb. Məlumatda Qareginin başqa çıxış yolunun olmadığı, Nikol Paşinyana təslim olmaq məcburiyyətində olduğu vurğulanır. Lakin kilsə də bu çağırış və ittihamların qarşısında sakit durmaq, ittihamları cavabsız qoymaq fikrində deyil. Qarşıdurma fonunda “əbədi və əzəli müttəfiqi” erməni lobbisinə müraciət edib. Onlarla İrəvanda görüş keçirib. Erməni mediası II Qareginin Eçmiadzində (Üçkilsə) Amerika Erməni Assambleyasının (AAA) həmsədri Oskar Tatosyanı, keçmiş həmsədr Entoni Barsamyanı və icraçı direktor Brayan Ardunu qəbul etdiyini yazıb. Yaxınlarda digər ölkələrdən də diaspora ilə də analoji görüşlərin olacağı gözlənilir. Bu gün isə Qaregin Vatikana yola düşüb. Səfər çərçivəsində onu Roma Papası XIV Lev qəbul edəcək.

Üçkilsədə keçən müzakirələrə gəldikdə, mediada yer alan xəbərlərdə bildirilib ki, danışıqlarda “erməni xalqı və vətəni qarşısında duran daxili və xarici çağırışlar, Qarabağdan könüllü çıxan ermənilərinin qanuni hüquqlarının müdafiəsi məsələləri” müzakirə edilib. “Bu çətin dövrdə çətinliklərin aradan qaldırılması üçün milli birliyin gücləndirilməsi və bütün dünyada erməni xalqının potensialının birləşdirilməsinin zəruriliyi vurğulanıb”, – xəbərdə vurğulanıb. Əlavə edilib ki, “katolikos  erməni kilsəsinin xalqın maraqlarının müdafiəsi və Ermənistan-diaspor əlaqələrinin gücləndirilməsi istiqamətində ardıcıl səylərini yüksək qiymətləndirib”.

Görüşün reallaşması ondan xəbər ki, kilsə həbslərə və cəmiyyətdən dəstəyin irimiqyaslı olmamasına baxmayaraq hakimiyyətə qarşı total mübarizəni davam etdirməkdə israrlıdır. Ən əsası 2026-cı il seçkilərinə qədər Paşinyana qarşı total mübarizə elan edən İkinci Qaregin lobbinin maliyyəsindən yararlanmağa çalışır. Avqustun 9-da Vaşinqtonda imzalanan üçtərəfli Birgə Bəyannaməyə qarşı sərt mövqeyi ilə seçilən kilsə sənədi sərt tənqid etməkdədir. Güman ki, lobbi ilə də müzakirələrdə bu məsəə diqqət mərkəzində olub.

Toplantıdan əvvəl erməni mediasında belə bir xəbər yayılıb ki, II Qaregin Baş nazir Nikol Paşinyanla bağlı komandasına müvafiq təlimat da verib. Məlumatlara görə, Paşinyanla açıq mübarizə aparmaq qərarına gələn katalikos bu məqsədlə Ermənistan rəhbərinə qarşı komanda yaradıb. “Zarkerak.am” nəşr yazıb ki, Eçmiədzin kafedralında baş tutan gizli görüşdə katolikos Ermənistandakı bütün yeparxiyaların rəhbərlərinə bu təlimatı verib: “Erməni kilsəsi Nikol Paşinyan və onun ailə üzvləri, hökumət nümayəndələri və onların ailə üzvləri, o cümlədən Ktriç Nersisyanın (II Qaregin) barəsində sərəncam verə biləcək bütün şəxslər haqqında yalan xəbərlər yaymaq üçün bütün imkanlarından istifadə etməlidir”. Mənbənin fikrincə, katolikosun məqsədi onu vəzifəsindən uzaqlaşdırmaq istəyən Paşinyanı bu fikrindən daşındırmaq, əgər mümkün olarsa, bu kampaniyanın sonunda ölkədə hakimiyyət dəyişikliyinə nail olmaqdır.

Toplantıda çox güman ki, Paşinyana qarşı seçki ərəfəsində vahid cəbhədən çıxış etmək barədə razılıq əldə olunub. “Qarabağ” şüarı adı altında Paşinyan iqtidarına qarşı mübarizə daha da genişlənə bilər. Əsas dəstəkçiləri isə şübhəsiz ki, Rusiya, bu ölkədəki anti-Paşinyan qüvvələr olacaq. Kreml bəllidir ki, hər vəchlə Azərbaycanla Ermənistan arasında sülh prosesinə qarşı çıxır. Türkiyə mediasıdan ötən gün ortaya atılan bir fikir deyilənləri təsdiqləyir. Qardaş ölkənin “Sabah” qəzeti yazır ki, “Rusiya Azərbaycan-Ermənistan sülhünün müzakirə olunduğu bu günlərdə Paşinyan iqtidarına qarşı Rusiyanın qəsdi mümkündür. “Paşinyana qarşı xüsusilə kilsə və xaricdəki erməni diasporası gizlicə təşkilatlanır, açıq şəkildə nümayişlər təşkil edir”. Bütün bunlar ehtimal olsa da, Kremlin Nikol Paşinyan iqtidarını devirməkdə israrlı olduğu gün kimi aydındır.

Yeri gəlmişkən, Rusiya Ermənistan rəsmilərinin son günlərdə səsləndirdiyi daha bir bəyanatdan ciddi narazılıq ifadə ediblər. Söhbət Rusiyanın uzun illər Ermənistana yapışdırdığı “forpost” “kiçik qardaş” ifadəsinə olan etirazlardan gedir. Rusiyada qıcıq yaradan odur ki, vaxtilə ermənilər bu ifadələri az qala qürur kimi qəbul edirdilərsə, indi artıq buna qarşı çıxırlar. Ermənistan prezidenti Vaaqn Xaçaturyan bəyan edib ki, indi Rusiya ilə tamamilə fərqli münasibətlər var. Rusiyanın Ermənistana münasibəti – böyük-kiçik qardaş kimi deyil, sadəcə tərəfdaşlıq münasibətləridir. Son dörd ildə həqiqətən nəyə nail olmağa çalışırdıq”, – Xaçaturyan bildirib. Prezidentin sözlərinə görə, İrəvan “rus həmkarlarının erməni hakimiyyətinin müstəqil qərarlarını nəzərə almasını” istəyir.

Onun ardınca Baş nazir Nikol Paşinyan isə bügünki açıqlaması ilə Kremlə növbəti zərbə endirib. Bildirib ki, Ermənistan heç vaxt bu gün olduğu qədər təhlükəsizlikdə olmayıb. “Bu gün Ermənistan heç vaxt olmadığı qədər müstəqildir, heç vaxt olmadığı qədər suverendir, heç vaxt olmadığı qədər dövlətdir və heç vaxt olmadığı qədər təhlükəsizlikdədir”. Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və bu gün qarşıda duran vəzifə təkcə indiki məqamda deyil, yüz il üçün təhlükəsizliyi təmin edəcək qərarlar qəbul etməkdir.

Gətirilən faktlar, fikirlər onu deməyə əsas verir ki, Ermənistan öz tarixinin ən gərgin dövrünə qədəm qoyur. Gələn il keçiriləcək seçkilərə qədər bu gərginlik də pik həddə çata bilər. Kilsə-lobbi və Rusiya iqtidarının Paşinyan iqtidarına qarşı hücumlarının artacağı, hətta yuxarıda iddia edildiyi kimi, Paşinyanın fiziki cəhətdən aradan götürülməsi də mümkün ola bilər. Məxfi görüşlər keçirir, hakimiyyəti devirmək üçün yeni-yeni planlar cızırlar. Bu səbəbdən də qarşıdakı günlərin, ayların Paşinyan hakimiyyəti üçün gərgin keçəcəyini güman etmək olar.(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki… – PREZİDENT
Sonrakı: Rusiyadan Ermənistana qaz tədarükü dayandırılacaq

Bölmənin digər xəbərləri

BVSpZcyrH8UTPC4Mpmn
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Cavidan 16 Oktyabr, 2026
OtKJUR1hbZ6LjwNIZ b
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Cavidan 12 Oktyabr, 2026
QmBsyGYfDNOEEUoaSNCeV
  • Siyasət

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Cavidan 12 Oktyabr, 2026

Teqlər

Aktiv yaddaş Android AnTuTu Apple AzInTelecom Bad Cheese Bankçılıq bazar Birbank Business ChatGPT Counterpoint Research Elektromobil Elektron ticarət Epic Games Store Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget Google Google Chrome Instax Square 2 iPad Pro iPhone 18 Pro Meta Muse Wonder Newsbeat OpenAI oyun Planşetlər Qadcetlər Reytinq Roadster Rəqəmsal İmza Samsung Science smartfon spacex Süni intellekt SİMA İmza Tesla Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 302)
  • Dünya (1. 084)
  • Gündəm (3. 465)
  • İdman (251)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (238)
  • Kriminal (301)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (19)

Xəbər Trendi

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir 1
  • Texnologiya

Tesla yeni Roadster-i təqdim etdi: elektromobil havada fəndlər göstərir

18 Oktyabr, 2026
Epic Games Store-da iki oyun ödənişsiz oldu Epic Games Store-da iki oyun ödənişsiz oldu 2
  • Texnologiya

Epic Games Store-da iki oyun ödənişsiz oldu

18 Oktyabr, 2026
Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib Screenshot_20261017_160409_com_android_chrome_ChromeTabbedActivity 3
  • Kateqoriyasızlar

Valeh Ələsgərov “Şərəf” ordeni ilə təltif edilib

17 Oktyabr, 2026
ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir 4
  • Texnologiya

ChatGPT artıq Google Chrome-da açıq tablarla işləyə bilir

17 Oktyabr, 2026
Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi 5
  • Texnologiya

Amazon söhbətlərin yazılması və təhlili üçün Bee süni intellekt qadcetlərini təqdim etdi

17 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3302) Dünya (1084) Gündəm (3465) Kateqoriyasızlar (238) Kriminal (301) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (19) İdman (251) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 23
  • 23
  • 4. 861

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.