Skip to content
15 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib
  • Gündəm
  • Siyasət

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib. Prezident İlham Əliyev bununla bağlı Fərman
Cavidan 8 Sentyabr, 2025
8iXtC4hjMKu7VroJpxww9OPQEQrxEDdD25jcNJFn_825 (2)

Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı haqqında Əsasnamə təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Sənədə əsasən, Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağı əsgəri şərəf, şücaət və şöhrət rəmzidir. O, Agentliyin hər bir hərbi qulluqçusuna Vətəninə sədaqətlə xidmət etmək, Əsasnaməsində göstərilən mühafizə olunan şəxslərin və strateji obyektlərin təhlükəsizliyinin təmin edilməsi üzrə həvalə olunmuş xidməti-döyüş tapşırıqlarını yerinə yetirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü qorumaq borcunu xatırlatmaq üçündür.

Agentliyin Döyüş Bayrağı onun inzibati binasında (Agentlik rəisinin xidməti otağında) Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq daimi yerləşdirilir, döyüş əməliyyatları zamanı isə döyüş meydanında olmalıdır.

Agentliyin adının dəyişdirilməsindən asılı olmayaraq, Döyüş Bayrağı Agentlikdə həmişəlik qalır. Agentliyin adının dəyişdirilməsi Döyüş Bayrağı ilə birlikdə verilən təqdimatda qeyd olunur.

Döyüş Bayrağı Azərbaycan Respublikasının Dövlət Bayrağı ilə birlikdə rəsmi tədbirlərdə, “Zəfər Günü”ndə, matəm günləri və matəm mərasimlərində “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qaldırılır (asılır) və endirilir.

Agentliyin bütün şəxsi heyəti Döyüş Bayrağını qorumalı, onun kənar şəxslər tərəfindən ələ keçirilməsinə yol verməməlidir.

Döyüş Bayrağının qorunmasına Agentliyin rəisi və digər məsul şəxsləri cavabdehdirlər.

Dövlət başçısının Fərmanı ilə, həmçinin Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Döyüş Bayrağının təsviri də təsdiq edilib.

Agentliyin Döyüş Bayrağı ikiüzlü qumaşdan, ağac dəstəkdən və qotazlı qaytandan ibarətdir. Döyüş Bayrağının qumaşı düzbucaqlıdır, eni 114 sm, uzunluğu 145 sm-dir, qıraqları üç tərəfindən qızılı rəngli ipək saçaqlarla köbələnmiş ikiqat bükülmüş üçrəngli (Azərbaycan Respublikasının Dövlət Bayrağı rəngində) ipək faydan hazırlanır.

Qumaşın üz tərəfində qırmızı zolağın ortasında ağ ipək sapdan 38 sm hündürlükdə aypara və 20 sm hündürlükdə səkkizguşəli ulduz tikilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla “AZƏRBAYCAN UĞRUNDA!” şüarı tikilir. Hərflərin eni 95 sm, hündürlüyü 7 sm-dir.

Qumaşın arxa tərəfində qırmızı zolağın ortasında Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin ipəkdən tikilmiş emblemi (diametri 48 sm) yerləşdirilir. Qumaşın üst mavi zolağında qızılı rəngli ipək sapla “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi” sözləri tikilir. Hərflərin eni 125 sm, hündürlüyü 16 sm-dir.

Döyüş Bayrağının dəstəyi en kəsiyinin diametri 4,0 sm, uzunluğu 250 sm olan girdə ağacdandır. Dəstək tünd qızılı boya ilə rənglənir və laklanır. Aşağı ucunda metal halqa, yuxarı ucunda isə nikellənmiş aypara və ulduz şəklində fiqurlu ucluq vardır.

Döyüş Bayrağının qaytanı eşmədir, qızılı rəngli ipəkdən hazırlanır, hər iki ucunda qotazları vardır. Qaytanın uzunluğu 270−285 sm-dir.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Baş prokuror beynəlxalq tədbirdə iştirak etmək üçün Sinqapura gedib
Sonrakı: Müharibəyə hazırlaşan Qərb – Rusiyanın elan olunmayan bloku – ŞƏRH

Bölmənin digər xəbərləri

vXuGdP4LceHfx_1200
  • Gündəm

Elnur Əliyev: “18 yerli müəssisəyə transformasiya yol xəritəsi hazırlanıb”

Cavidan 14 Oktyabr, 2026
v3BCXODwt_1200
  • Gündəm

İlham Əliyev: “Azərbaycan beynəlxalq miqyasda istifadə oluna biləcək şəhərsalma təcrübəsi yaradır”

Cavidan 14 Oktyabr, 2026
B23C bknA6_1200
  • Dünya

Rumıniya PUA-lara görə iki F-16 qırıcısını havaya qaldırıb

Cavidan 14 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android AnTuTu Apple Azerbaijan Business Women Azərbaycan-Pakistan bazar Business Counterpoint Research Elektron ticarət Femmes Digitales Fitbit Edge Fitnes-qolbaq Forza Horizon 6 Gadget Google iPad Pro iPhone 18 Pro Mastercard Messi Meta Muse Wonder Newsbeat Oyunlar Panic Button Pele Planşetlər Playground Games PlayStation 5 PS5 Reytinq Samsung Science SheMatters Pakistan SHE RISES Baku 2026 smartfon Smartfonlar Sport Stories Süni intellekt Texnologiya Tədqiqat World

Bölmələr

  • Cəmiyyət (3. 274)
  • Dünya (1. 083)
  • Gündəm (3. 461)
  • İdman (249)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (11)

Xəbər Trendi

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub uC41Nw6b8rLfmv 1
  • Cəmiyyət

Azərbaycan və Qırğızıstan XTQ-ləri arasında əməkdaşlıq müzakirə olunub

14 Oktyabr, 2026
Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək vmeliyOwJuwFHl4oE v 2
  • Cəmiyyət

Emoməli Rahmon Bakıda AQEM sammitində iştirak edəcək

14 Oktyabr, 2026
İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb bL6ZvIjssklf7_1200 3
  • Cəmiyyət

İraqda İŞİD-ə məxsus qurğunun partlaması nəticəsində 2 hərbçi ölüb

14 Oktyabr, 2026
Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib 4
  • Texnologiya

Meta aktiv yaddaşa malik Muse Wonder süni intellekt modellərini təqdim edib

14 Oktyabr, 2026
Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü 5
  • Texnologiya

Dünya üzrə smartfon satışları son 14 ilin ən aşağı səviyyəsinə düşdü

14 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3274) Dünya (1083) Gündəm (3461) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (11) İdman (249) İqtisadiyyat (169)

Sayt üzrə statistika

  • 0
  • 67
  • 66
  • 4. 722

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.