Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 451)
  • Dünya (3. 044)
  • Gündəm (10. 570)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Dəyişməyən varis – sovetlərdən qaçanlar Rusiyadan da uzaqlaşır – ŞƏRH

Rusiya hələ də keçmiş sovet respublikalarına, sosialist düşərgəsindən olanlara bərabərhüquqlu tərəfdaş və dövlət olaraq yanaşa bilmir. Onlara ənənəvi
Cavidan 12 Avqust, 2025

Rusiya hələ də keçmiş sovet respublikalarına, sosialist düşərgəsindən olanlara bərabərhüquqlu tərəfdaş və dövlət olaraq yanaşa bilmir. Onlara ənənəvi ağalıq, “böyük qardaşlıq” etməyə çalışır…

Rusiyanın son zamanlar Azərbaycana və azərbaycanlılara qarşı etdiyi təzyiqlər bu ölkənin imperiyalist xislətindən əl çəkmədiyini göstərir. Azərbaycanın öz ordusunun gücü ilə torpaqlarını işğaldan azad etməsi, Qarabağ bölgəsində erməni separatçılığının kökünü kəsməsi, bölgədə sülh gündəliyini müəyyən etməsi, Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, AZAL-a məxsus mülki təyyarənin vurulmasına görə Rusiyadan üzrxahlıq tələb etməsi və, ən əsası, rəsmi Bakının müstəqil xarici siyasət yürütməsi Moskvanın narazılığına səbəb olub.

Federasiyada müxtəlif səviyyədə Azərbaycana qarşı təbliğat aparılır, elan olunmayan sanksiyalar tətbiq edilir, bu ölkədəki azərbaycanlı diaspor nümayəndələri şərlənir, rəsmi olmayan məlumatlara görə, onlara qarşı güc strukturları reketlik yolu ilə böyük məbləğdə pul tələb edilər və s.

Ukraynaya humanitar yardım etdiyinə görə Rusiya Dövlət Dumasında Azərbaycan diasporuna bir növ hücum etmək təklif olunub. Deputat, tarixçi professor Mixail Matveyev Azərbaycana onun diasporunu darmadağın etmək və “etnik cinayətkar qruplaşmalarına” zərbə vurmaqla cavab verməyi təklif edib.

Azərbaycanlı iş adamlarına qarşı hücumlar da bu qəbildəndir.

Bu günlərdə RF bir az da qabağa gedərək SOCAR-ın Ukraynadakı neft bazasına, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına zərbələr endirməklə bütün beynəlxalq prinsipləri və müharibə qanunlarını pozub.

Rusiyanın son zamanlar Azərbaycana qarşı etdiyi sayğısızlıqlara görə üzr istəməkdənsə, bu tip addım atması onun hələ də sovet dövrünün xülyası ilə yaşadığından xəbər verir.

Vaxtilə keçmiş SSRİ-nin bayrağı altında Moskva çar Rusiyasından qalma ərazilərdə müstəmləkəçilik siyasətini davam etdirirdi. Lakin böhranlı iqtisadi vəziyyət, hakimiyyətin zəifləməsi, ölkənin “velikorus” şovinizmi düşüncəsi ilə idarə edilməsi, “müttəfiq” respublikalara “müstəmləkə” kimi baxılması və başqa bu kimi amillər sovet vətəndaşlarının ittifaq dövlətinə qarşı çıxışlarına səbəb olan amillərdəndir.

Azərbaycan, Gürcüstan, Moldovada münaqişə ocaqları yaratmaq, Özbəkistanda ahıska türkləri ilə özbəklər arasında qardaş qırğını təşkil etmək, habelə 1986-cı il dekabrın 16-da Qazaxıstanın Almatı şəhərində, 1989-cu il mayın 9-da Gürcüstanda, 1990-cı il yanvarın 20-də Azərbaycanın Bakı, Lənkəran, Neftçala şəhərlərində dinc aksiya iştirakçılarının sovet ordusu tərəfindən qırğına məruz qalması Kremldən, mərkəzdənqaçmanı gücləndirən hadisələr sayılır.

SSRİ rəhbərliyi, Kommunist Partiyası ölkəni bürüyən etiraz aksiyalarının qarşısını almaqda aciz idi. Ona görə də sovet rəhbərliyində bir qrup 1991-ci il avqustun 18-da Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi (FVDK –“QKÇP”) yaradıldığını elan etdi. Komitə bu prosesi ənənəvi repressiya qaydaları ilə yatırmağa çalışdı. Ancaq bu qondarma qurumun ömrü üç gün sürdü, avqustun 21-də onun rəhbərləri həbs edildi.

Bu, sovetlərin dağılmasında dönüş idi. SSRİ yaratdığı vəziyyətin quyusuna düşdü. Onu bu haldan varisi Rusiya çıxarmağa səy göstərdi. O da keçmiş müstəmləkə dövlətlərə çar Rusiyası və SSRİ-dən qalma metodla yanaşmağa başladı. Respublikalardakı münaqişələrin həlinə yardım etməkdənsə, status-kvonun qalmasına çalışdı. Bu azmış kimi, onların ərazilərində “müstəqil dövlətlər” adı altında separatçı rejimlər yaratmağa başladı. Azərbaycanda “DQR”, Gürcüstanda “Cənubi Osetiya” və “Abxaziya” “respublikaları”, Moldovada “Dnestryanı” yaratmaqla onların ərazi bütövlüyü və suverenliyini pozdu.

2008-ci ilin avqustunda Gürcüstana hücum etməklə Rusiya “Cənubi Osetiya”, “Abxaziya” məsələlərində özünü və hədəfini bir daha göstərdi.

Ərazi bütövlüyü pozulan bu respublikalar SSRİ-nin tərkibindən çıxaraq Qərbə inteqrasiyaya üstünlük verdi. Bu ölkələr Rusiya ilə bərabərhüquqlu tərəfkeş kimi münasibət saxlamaq tərəfdarı idilər. Ancaq bu yanaşma Kremli qane etmir. O, müxtəlif üsullarla bu respublikaları öz təsir və nüfuz dairəsində saxlamağa çalışır. Müstəqil Dövlətlər Birliyi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi İttifaqı kimi qurumlar belə oyuncaq tələlərdəndir. Adlarıçəkilən bu qurumlar indiyədək üzv dövlətlərin ərazisindəki münaqişələrin həlli ilə bağlı heç bir əməli addım atmayıblar.

Məsələn, vaxtilə Azərbaycan KTMT-nin üzvü olub. Ancaq təşkilat ovaxtkı Ermənistanla münaqişənin həllinə yardım edə bilmədiyi üçün oranı tərk edib. İndi də Ermənistan onun tədbirlərini boykot etmək yolunu tutub. Ukrayna, Gürcüstan, Moldova MDB və KTMT üzvlüyündən çoxdan çıxıblar. Bu, həm də sovetlərin mirası Rusiyadan imtina idi.

2014-cü ildə Rusiya Ukraynanın daxil işinə müdaxilə etməyə başladı. 2022-ci il fevralın 24-də isə Ukraynaya qarşı elan olunmamış müharibəyə başladı. Heç şübhəsiz, hədəf münaqişə yaratmaqla ölkəni zəiflətmək, onun Qərbə inteqrasiya yolunu bağlamaqdır. Rusiya bu münaqişədə aparıcıdır. Özü döyüşür.

Rusiya sovetlərin buraxdığı səhvləri təkrarlamaqla daha müasir şərtlər, prinsiplər əsasında dəyişə bilmədi. Bu gün yaranmış reallıqla razılaşmır, vəziyyətə hələ də uyğunlaşa bilmir. Özünü çar Rusiyası, SSRİ kimi aparır. Belə Rusiya isə heç kimə lazım deyil. Çünki həmin respublikalar indiki RF-dən qat-qat güclü olan SSRİ-nin tərkibində idilər. Ancaq onu müstəmləkə və başqa yarıtmaz əməllərinə görə dağıtdılar.

İndiki Rusiyanın nəzarəti altında olmaq çox təhlükəlidir. Odur ki, keçmiş müttəfiq respublikaları, indiki müstəqil dövlətləri SSRİ-dən qaçmağa vadar edən şərtlər indi də Rusiyadan uzaqlaşmağa səbəb olur.(Report)

Continue Reading

Previous: Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Next: Ceyhun Bayramov Mirzoyanla Birgə Bəyannamənin icrasını müzakirə edib

Bölmənin digər xəbərləri

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025
Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH
  • Gündəm

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH

4 Dekabr, 2025

Top 7 Xəbər

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 1

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub

8 Dekabr, 2025
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir 2

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

8 Dekabr, 2025
Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb 3

Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb

8 Dekabr, 2025
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb 4

Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

8 Dekabr, 2025
Kamboca Tailandın ittihamlarını təkzib edir 5

Kamboca Tailandın ittihamlarını təkzib edir

8 Dekabr, 2025
Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub 6

Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub

8 Dekabr, 2025
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib 7

1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib

8 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 451)
  • Dünya (3. 044)
  • Gündəm (10. 570)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8451) Dünya (3044) Gündəm (10570) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (591) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 8 Dekabr, 2025
  • Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir 8 Dekabr, 2025
  • Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb 8 Dekabr, 2025
  • Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb 8 Dekabr, 2025
  • Kamboca Tailandın ittihamlarını təkzib edir 8 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.