Skip to content
12 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 485)
  • Dünya (3. 048)
  • Gündəm (10. 601)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb – YENİLƏNİB, TAM MƏTN

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair BİRGƏ
Cavidan 9 Avqust, 2025

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünün nəticələrinə dair

BİRGƏ BƏYANNAMƏ


Biz, Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş Naziri 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində görüşərək, aşağıdakıları bəyan edirik:

Biz və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin tərəflərin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdik. Bu kontekstdə, biz Sazişin imzalanması və yekun olaraq ratifikasiyası üçün əlavə tədbirlərin görülməsinin davam etdirilməsinə ehtiyac olduğunu qəbul etdik və ölkələrimiz arasında sülhün təmin edilməsi və gücləndirilməsinin vacibliyini vurğuladıq;
Biz, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri tərəfindən ATƏT-ə birgə müraciətin imzalanmasına şahidlik etdik. Biz ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırırıq;
Biz regionda və onun qonşuluğunda dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında sülhün, sabitliyin və rifahın təşviqi üçün iki ölkə arasında ölkədaxili, ikitərəfli və beynəlxalq nəqliyyatın təmini məqsədilə kommunikasiyaların açılmasının əhəmiyyətini bir daha təsdiq etdik. Bu səylər Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz bağlantını və Ermənistan Respublikası üçün beynəlxalq və ölkədaxili bağlantılar üzrə qarşılıqlı faydaları ehtiva edir;
Ermənistan Respublikası Ermənistan Respublikasının ərazisində “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) bağlantı layihəsi üçün çərçivənin müəyyən edilməsi məqsədilə Amerika Birləşmiş Ştatları və qarşılıqlı müəyyən edilmiş üçüncü tərəflər ilə əməkdaşlıq edəcəkdir. Biz bu məqsədə ən qısa zamanda nail olmaq üçün xoş niyyətlə səy göstərməyə dair qətiyyətimizi təsdiq edirik;
Biz BMT Nizamnaməsi və 1991-ci il Almatı Bəyannaməsinə uyğun olaraq, keçmiş münaqişənin əsiri olmayan parlaq gələcək yoluna qədəm qoyulmasına olan ehtiyacı qəbul edirik. Dərin insan iztirablarına səbəb olmuş münaqişədən sonra nəhayət ki, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazi əldə olunması üçün güc tətbiq etmənin yolverilməzliyi əsasında dövlətlərimizin qonşuluq münasibətlərinin qurulmasına başlaması üçün şərtlər yaradılmışdır. Yenidən təftiş mövzusu olmayan və heç bir zaman olmayacaq bu reallıq dövlətlərimiz arasında düşmənçilik səhifəsinin bağlanmasına yol açır. Biz indi və gələcəkdə hər hansı bir qisas cəhdini qətiyyətlə rədd edir və istisna edirik;
Biz bu Zirvə görüşünün regionda qarşılıqlı hörmət və sülhün irəlilədilməsi üçün möhkəm təməl təşkil edəcəyinə əminliyimizi ifadə edirik;
Biz bu vacib Zirvə görüşünə ev sahibliyi çərçivəsində səmimi qonaqpərvərliyə və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında ikitərəfli əlaqələrin normallaşdırılmasının irəlilədilməsinə vacib töhfələrinə görə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa dərin minnətdarlığımızı ifadə edirik.
Bu Bəyannamə 8 avqust 2025-ci il tarixində Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində imzalanmışdır.

İlham Əliyev, Donald Tramp, Nikol Paşinyan Birgə Bəyannaməni imzalayıb - YENİLƏNİB, TAM MƏTN

Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannaməni imzaladılar.

Sənəd üç ölkənin liderinin görüşündən sonra imzalanıb.

Continue Reading

Previous: Paşinyan: Bu gün Ermənistan-Azərbaycan münasibətlərində mühüm irəliləyiş əldə etmişik
Next: Azərbaycan XİN Prezident İlham Əliyevin ABŞ-yə səfərinin nəticələrinə dair məlumat yayıb

Bölmənin digər xəbərləri

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb
  • Dünya

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb

12 Dekabr, 2025
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
  • Cəmiyyət

Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025
İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib
  • Cəmiyyət

İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025

Top 7 Xəbər

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb 1

Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb

12 Dekabr, 2025
Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 2

Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025
İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 3

İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib

12 Dekabr, 2025
Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür 4

Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür

12 Dekabr, 2025
Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 5

Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib

11 Dekabr, 2025
Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib 6

Kreml: Donetsk vilayətinin Seversk şəhəri Rusiya ordusunun tam nəzarətinə keçib

11 Dekabr, 2025
Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb 7

Əli Əsədov Aşqabadda Türkmənistan Prezidenti ilə görüşüb

11 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 485)
  • Dünya (3. 048)
  • Gündəm (10. 601)
  • İdman (593)
  • İqtisadiyyat (550)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 294)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8485) Dünya (3048) Gündəm (10601) Kateqoriyasızlar (437) Kriminal (1294) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (550)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Dubayda sürücüsüz taksilərin sınaqlarına başlanılıb 12 Dekabr, 2025
  • Mehriban Əliyeva Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 12 Dekabr, 2025
  • İlham Əliyev Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı paylaşım edib 12 Dekabr, 2025
  • Ümummilli Lider Heydər Əliyevin vəfatından 22 il ötür 12 Dekabr, 2025
  • Azərbaycanda gələn ilin qeyri-iş günləri elan edilib 11 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.