Skip to content
22 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 728)
  • Dünya (3. 137)
  • Gündəm (10. 907)
  • İdman (609)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 316)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Paşinyan Zəngəzur dəhlizi reallığını qəbul edir – Rusiyanın cəza mexanizmi işə düşür – ŞƏRH

Cavidan 1 Avqust, 2025

Ermənistan hökuməti yeni, təlatümlü dövrə qədəm qoyub. Baş verən proseslərdən də hiss edilir ki, hakimiyyət daxilində çaxnaşma və qeyri-müəyyənlik var. Bu, Baş nazir Nikol Paşinyanın iki stulda əyləşmək siyasətinin fəsadları ilə bağlıdır. Maraqlıdır ki, Rusiyanın Altay vilayətinə səfərindən sonra Nikol Paşinyan səssizliyə qərq olub. Səfərdən qayıdan kimi məzuniyyətə çıxan baş nazir heç bir post yazmır, kilsə xadimlərinə qarşı heç bir addım atmır. O, gələcəklə bağlı planlarını heç kəslə bölüşmür, nə vaxt konkret addımlar atacağını və ya bu addımları dəqiq atıb-atmayacağını sirr olaraq saxlayır.

Əgər Baş nazirin Rusiyada səfərdə olduğu bir vaxtda erməni hökuməti rəsmilərinin Zəngəzur dəhlizi ilə bağlı ABŞ-nin təklifinə rədd cavabı verdiyini də düşünsək, əminliklə söyləmək olar ki, Altay görüşündə Nikola əməlli-başlı qulaqburma verilib. Amma nəzərə almaq lazımdır ki, hökumət başçısı səfərdən əvvəl Eçmiədzinə yürüş planlaşdırırdı və konkret katalikosu devirməklə hədələyirdi. Altayda gizli qapılar arxasında baş verənlərdən sonra isə belə bir niyyət, addım hələ görünmür.

Paralel olaraq, söyləmək olar ki, Nikolun səssizliyə qapılmasının başqa bir səbəbi də Aİ-nin dəstəyini getdikcə itirməsi ilə bağlıdır. Bunun səbəblərindən biri də ölkədəki repressiya dalğası ola bilər. Avropanın “demokratik Ermənistan” haqqında yüksək səviyyəli ritorikasının arxasında faktiki olaraq heç bir real öhdəlik yoxdur. Çünki Aİ hesab edir ki, Paşinyanın islahatları əslində demokratiyanı təşviq etməkdənsə, Ermənistanda mövcud mülkiyyətin yenidən bölüşdürülməsinə yönəlib.

İndiyədək Paşinyanın təşəbbüsü ilə 150 siyasətçi və iş adamına qarşı cinayət işi başlanıb. “Ermənistan Elektrik Şəbəkəsi”nin sahibi Samvel Karapetyanla bağlı qalmaqal isə məsələnin duzu-istiotu olub. Paşinyanın bu addımları atmaqla Ermənistanda Rusiyanın dayaqlarını zəiflətmək məqsədi güddüyü deyilsə də, baş nazirin Qərbdən bu siyasətinə lazımi dəstək aldığını demək çətindir. Stokholm Arbitraj Məhkəməsinin Samvel Karapetyan məsələsində Ermənistan hökumətinin əleyhinə qərar qəbul etməsi artıq Qərbin də Paşinyana dəstəyini yavaş-yavaş çəkməsini göstərir.

Maraqlıdır ki, uzun illər prezident iqamətgahını tərk etməyən Vaaqn Xaçaturyan nədənsə Paşinyan məzuniyyətə çıxan kimi bölgələri gəzmək fikrinə düşüb. Əslində ilk baxışdan burada təəccüblü bir şey yoxdur. Amma səfərlə bağlı məlumatları, xəbərləri oxuyanda işin əsl mahiyyəti anlaşılır. Məlum olub ki, iqamətgahından çıxan Vaaqnın korteji nəfəsini Sünik vilayətində dərib. Bir neçə gün vilayətin kəndlərini dolaşan prezident sakinlərlə görüşüb, dərdlərini dinləyib, hökumətin maliyyə problemi olmadığı barədə uzun-uzadı nağıl danışıb. Hətta iş o həddə çatıb ki, Xaçaturyan Gorus meri Aruş Aruşanyanı da tərifləyib. Paşinyana qarşı çıxışları ilə tanınan, dəfələrlə hakim qarşısına çıxarılan Aruşanyanın birdən-birə “yaxşı oğlan”a çevrilməsi də təsadüfi deyil. Bu, həm seçki ərəfəsində Gorusda hakim partiya üçün səs toplamaq, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələ ilə əlaqədardır. İş orasınadır ki, Ermənistan prezidenti bildirib ki, Sünik vasitəsilə kommunikasiyaların açılması Ermənistanın inkişafına böyük imkanlar verəcək:

“Sünik Ermənistanın inkişaf qapısına çevriləcək. Əgər biz Sünikin qapısını aça bilsək, mən 43 kilometrlik yolu nəzərdə tuturam, əmin olun ki, bu sayədə gələcəkdə inkişaf üçün böyük imkanlar olacaqdır. Bu 43 kilometrlik yol çox vacibdir”. Bu sitata əlavə olaraq, Vaaqn Xaçaturyan bildirib ki, Ermənistan hakimiyyətinin məqsədi yaxın vaxtlarda Azərbaycanla sülh müqaviləsi imzalamaqdır.

Ermənistan prezidentinin bu açıqlaması əslində reallığı ortaya qoyur.

Birincisi, hökumət anlayır ki, Zəngəzur dəhlizinin açılması hazırda Ermənistanın inkişafı üçün yeganə çıxış yoludur. Qərbin ayırdığı yardımlar, Moskvanın altdan-altdan yönləndirdiyi bir neçə milyon dollar sosial problemlər və iqtisadi inkişaf üçün ciddi bir məbləğ deyil. Eyni zamanda ianələr hesabına yaşamaq inkişaf etmək yox, sürünmək deməkdir.

İkincisi, kommunikasiyaların blokdan çıxması, Zəngəzur dəhlizinin işə düşməsi Ermənistanın dirçəlməsi, regional və qlobal layihələrə qoşulması deməkdir.

Üçüncüsü, erməni hökuməti tam mənada dərk edir ki, bu tip layihələrə qoşulmaq üçün regionun lider dövləti Azərbaycanla münasibətləri normallaşdırmaq lazımdır.

Dördüncüsü, Vaaqn Xaçaturyan sətiraltı da olsa, mesaj ötürüb ki, Zəngəzur dəhlizinin açılması sülh müqaviləsinin imzalanmasını sürətləndirə bilər.

Təsadüfi deyil ki, eyni günlərdə Türkiyə rəsmiləri də Zəngəzur dəhlizinin açılması şərti ilə bağlı açıqlamalar veriblər. Hakim komanda regiondakı geosiyasi reallıqları nəhayət qəbul edib addım atmaq niyyətini ortaya qoyub. Sadəcə ortada Rusiya və İran məsələsi var.

Baş nazir Nikol Paşinyanın da Altay səfərindən sonra Vaaqn Xaçaturyanı önə çıxarması onun planından xəbər verir. Ehtimal etmək olar ki, istədiklərini Moskva və Tehranın qorxusundan özü birbaşa demir, bu işdə prezidentdən istifadə edir.

Hazırda oturub baş verənləri sakitcə izləyən Nikol nəbz ölçür, növbəti açıqlama və planlarını bu doğrultuda həyata keçirmək istəyir. Əgər hadisələr onun istədiyi məcrada davam etməsə, günah keçisi kimi Vaaqn Xaçaturyanı ortaya atmaq, günahkar kimi təqdim etmək də planlardan biri ola bilər. Çünki Paşinyan gözəl dərk edir ki, Moskva bunu ona bağışlamaya bilər. Nə qədər də Kreml rəsmi açıqlamalarda Zəngəzur dəhlizinin iki ölkə arasında məsələ olduğunu bildirsə də, son günlər cərəyan edən hadisələr Rusiyanın da ciddi planları olduğundan xəbər verir.

Birincisi, məsələ Gümrüdəki 102-ci baza ilə əlaqəlidir. Bir sıra mətbuat orqanlarında Rusiyanın bazanı gücləndirməsi barədə yazılanlar da təsadüfi deyil. Ağır silahlarla yanaşı, Gümrüdəki bazaya yaxın döyüş və şəhər mühitində əməliyyatlar üçün nəzərdə tutulan silahların da çatdırıldığı bildirilir. Moskvanın məqsədlərindən birinin Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı devirmək olduğunu nəzərə alsaq, Kremlin idarə olunan böhran vasitəsilə nəzarəti bərpa etməyə çalışacağını ehtimal etmək olar. Bu isə Ermənistan ərazisində təxribatlar, küçə döyüşləri, terror aktlarını da ehtiva edir.

Paralel olaraq isə Ermənistanda Qarabağı könüllü tərk edən ermənilər üçün irimiqyaslı humanitar layihəyə start verilib. Təşklilatçılar isə Rusiya Humanitar Missiyası, “Avrasiya” QHT və “Rossotrudniçestvo”dur. Bu isə deməyə əsas verir ki, Moskva Qarabağ erməniləri vasitəsilə də Nikol Paşinyana təzyiq etməyi nəzərdə tutur.

Paralel olaraq isə Rusiya KİV-in Azərbaycanın daxili işlərinə burun soxması, Xankəndi şəhərini “Stepanakert” kimi təqdim etməsi bu ehtimalı daha da gücləndirir. Bununla belə, Ermənistanın Baş naziri Nikol Paşinyan sükutu pozaraq, Xankəndi şəhərində Ayvazovskinin heykəlinin sökülməsi ilə bağlı Ermənistan və Rusiya KİV-lərində start verilən təbliğat və təxribatlara cavab olaraq bildirib ki, hökumətin hədəfi heykəllər yox, sülh danışıqları və Sünikdən keçən yolla bağlıdır.

Bu isə Ermənistan hökumətinin Zəngəzur dəhlizinə yaşıl işıq yandırmağa hazır olması ilə bağlı ehtimalı daha da gücləndirir.(Report)

Continue Reading

Previous: Qazaxıstan Prezidenti ordunun döyüş potensialının artırılmasını tapşırıb
Next: BDYPİ səhhətində ciddi problemlər olan sürücülərə müraciət edib

Bölmənin digər xəbərləri

Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış
  • Siyasət

Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış

22 Yanvar, 2026
Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi
  • Dünya

Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi

22 Yanvar, 2026
Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu – SİYAHI
  • Cəmiyyət

Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu – SİYAHI

22 Yanvar, 2026

Top 7 Xəbər

2026-cı il “Oskar” mükafatının əsas namizədlərinin siyahısı açıqlanıb 1

2026-cı il “Oskar” mükafatının əsas namizədlərinin siyahısı açıqlanıb

22 Yanvar, 2026
“Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır” 2

“Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır”

22 Yanvar, 2026
Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış 3

Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış

22 Yanvar, 2026
Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi 4

Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi

22 Yanvar, 2026
Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu – SİYAHI 5

Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu – SİYAHI

22 Yanvar, 2026
Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq 6

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

22 Yanvar, 2026
İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir 7

İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir

22 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 728)
  • Dünya (3. 137)
  • Gündəm (10. 907)
  • İdman (609)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 316)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8728) Dünya (3137) Gündəm (10907) Kateqoriyasızlar (452) Kriminal (1316) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (609) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • 2026-cı il “Oskar” mükafatının əsas namizədlərinin siyahısı açıqlanıb 22 Yanvar, 2026
  • “Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır” 22 Yanvar, 2026
  • Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış 22 Yanvar, 2026
  • Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi 22 Yanvar, 2026
  • Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu – SİYAHI 22 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.