Skip to content
23 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 728)
  • Dünya (3. 137)
  • Gündəm (10. 907)
  • İdman (609)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 316)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Ermənistanın məsuliyyətsizliyi regionda yeni Çernobıl faciəsinə yol aça bilər – ŞƏRH

Ermənistan Cənubi Qafqaz regionu üçün Atom Elektrik Stansiyaları və nüvə enerjisi ilə bağlı ciddi təhlükə mənbəyinə çevrilməkdə davam
Cavidan 30 İyun, 2025

Ermənistan Cənubi Qafqaz regionu üçün Atom Elektrik Stansiyaları və nüvə enerjisi ilə bağlı ciddi təhlükə mənbəyinə çevrilməkdə davam edir. Erməni hökuməti ölkəni Qərbin sınaq meydançasına çevirməklə yanaşı, nüvə tullantılarını qəbul etməklə yeni təhlükənin yaranmasına rəvac verib.

Metsamor AES

Uzun illərdir Ermənistanda fəaliyyət göstərən Metsamor AES-lə bağlı region ölkələrinin narahatlığı nədənsə bu məsələdə həssas olan Qərb tərəfindən qulaqardına vurulur. Sözügedən stansiyanın bloklarından birinin qəzalı vəziyyətdə olması, köhnə texnologiyalardan istifadə, ərazinin seysmik zona olması bu günə qədər də beynəlxalq strukturların ciddi reaksiyasına səbəb olmayıb. AES-in bölgənin ekologiyasına vurduğu ziyan, içməli su mənbələrini zəhərləməsi, onkoloji xəstəliklərin artmasına səbəb olması Nüvə Enerji Sammitlərinin, MAQATE rəhbərliyinin nədənsə gözündən yayınır. Bu, hər zaman olduğu kimi, Qərbin və bir sıra beynəlxalq təşkilatların ikili standartından xəbər verir. Hələ bu da azmış kimi, İrəvan və Moskva 2026-cı ildən sonra Metsamor AES-in ikinci enerji blokunun istismar müddətinin artırılmasını müzakirə ediblər. Ortada bir fakt var ki, təhlükəsizlik meyarlarına cavab verməyən nüvə reaktorları daim faciələrə səbəb olur. Məsələn, 1986-cı ildə baş verən Çernobıl qəzası, 2011-ci ildə Yaponiyanın Fukusima AES-də baş verən qəzaları buna misal göstərmək olar. Bu fəlakətlər hələ də region ölkələrinə ciddi ziyan vurur. Ermənistan kimi bir ölkənin və rəhbərliyinin təhlükəsizlik məsələlərinə nə qədər laqeyd və biganə yanaşdığı barədə isə ortada faktlar var. Məsələn, 1982-ci ildə stansiyada yanğın başlayıb və bu yanğın 7 saat sonra çox böyük çətinliklə söndürülüb. Eyni zamanda Metsamor AES 11 ballıq zəlzələ riski olan zonada yerləşir. AES-in ətrafında mövcud olan 5 tektonik qırılmadan biri stansiyadan cəmi 500 metrliyindədir. 1988-ci ildə zəlzələ nəticəsində dağılmış Spitak şəhəri Metsamor AES-in cəmi 75 kilometrliyində yerləşir. Stansiya Ermənistanın Azərbaycan və Gürcüstanla sərhədindən 120, İran sərhədindən 60, Türkiyə sərhədindən isə cəmi 16 kilometr aralıda yerləşir. O, ümumilikdə Rusiya, Mərkəzi Asiya ölkələri, Xəzər dənizi, Qara dəniz bölgəsi üçün fəlakətə səbəb ola bilər.

Eyni zamanda qeyd etmək lazımdır ki, bu stansiya Rusiyanın Ermənistandakı ən təsirli rıçaqlarından biridir və AES-lə bağlı qərarlar birbaşa Kremldə verilir. Məsələn, 2000-ci ildə Aİ stansiyanın fəaliyyətini dayandırmaq üçün İrəvana 138 milyon avro təklif edib. Amma erməni hökuməti məbləğin azlığını bəhanə gətirərək, bundan imtina ediblər. Təbii ki, bu rıçaqı itirmək istəməyən Moskva buna etiraz edib.

Bundan əlavə, AES-lərin soyudulması çox vacib şərtdir ki, Ermənistan bu baxımdan ciddi problem yaşayır. Metsamorun soyutma sistemi üçün lazım olan su ehtiyatları yetərsizdir. Bu da fövqəladə hadisə zamanı soyutma sisteminin işləməməsi və radiasiya sızma ehtimalını qüvvətləndirir.

Eyni zamanda qeyd etmək lazımdır ki, 18 fevral-5 mart tarixlərində AES ərazisində oğurluq hadisəsi baş verib. Bu isə Ermənistanın təhlükəsizlik sistemindəki boşluqları üzə çıxarıb. Stansiyanın ərazisindəki anbarlardan mis, nikel, dəmir boruların oğurlanması o mənaya gəlir ki, istənilən terror qruplaşması istədiyi vaxt stansiyaya daxil olaraq istədiyi terror aktını törədə bilər. Eyni zamanda buradan təhlükəli materiallar da oğurlanaraq çirkin məqsədlər üçün istifadə edilə bilər. Dünyanın istənilən ölkəsində AES xüsusi mühafizə olunan ərazi sayılsa da, nədənsə Ermənistan bu standartlara cavba vermir. Bütün bu faktlar isə beynəlxalq ictimaiyyət üçün ciddi siqnal sayılmalıdır.

ABŞ-nin kiçik modul nüvə reaktorları

Yuxarıda da qeyd edildiyi kimi, Qərb, xüsusən də ABŞ Ermənistanı sınaq meydançasına çevirib. Rusiyanı regiondan sıxışdırıb çıxarmaq, rıçaqlarını zəiflətmək istəyən Vaşinqton İrəvana kiçik modul nüvə reaktorlarını inşa etməyi təklif edib. Bu addım Rusiyaya qarşı olmaqla yanaşı, yeni layihəni ABŞ-dən çox uzaqda, Ermənistanda sınaqdan keçirmək də deməkdir. Sözügedən layihələr ABŞ-də artıq fiaskoya uğrayıb və Ağ Ev bu layihələri yenidən sınaqdan keçirmək üçün təcrübə dovşanı axtarır. Qərbin marionieti sayılan Ermənistan isə istənilən layihəyə canla-başla razılaşır. Bu siyahıya ABŞ-nin Ermənistandakı xüsusi laboratoriyalarını da əlavə etmək olar. Kiçik nüvə reaktorları ucuz qiymətə başa gəlsə də, ABŞ-nin nüfuzlu şirkətləri bu layihəni reallaşdırmaqdan imtina edib. Söhbət “NuScale Power” şirkətindən gedir və bu şirkət Aydaho ştatında yerləşən AES-də “VOYGR-6” layihəsini həyata keçirməkdən boyun qaçırıb. 77 Meqavat gücü olan və 6 blokdan ibarət layihəyə isə Ermənistan maraq göstərib. ABŞ şirkəti sırf maliyyə məsələsinə görə layihədən imtina edib. Çünki bu iş üçün 9.3 milyard dollar vəsait lazımdır. “NuScale” şirkəti isə 2026-cı il üçün planlaşdırılan layihəni 2029-cu ilə qədər təxirə salıb. Paşinyan hökuməti isə tamamlanmamış, sınaqdan keçirilməmiş və fəsadları öyrənilməmiş layihəyə dərhal razılıq verib. Amerikalıların Ermənistan üçün təklif etdiyi ikinci variant lisenziyalaşdırma mərhələsində olan BWRX-300 qurğusudur və belə texnologiyaya əsaslanan ilk stansiya, ən yaxşı halda, 2030-cu ildən sonra tikiləcək. Kiçik reaktor layihəsi nə Kanada, nə də ABŞ-də hələ sertifikatlaşdırılmayıb. 18 ölkədə 80-dən çox layihənin işlənib hazırlanmasına və buna ümumilikdə 100 milyard dollardan çox vəsait xərclənməsinə baxmayaraq, yuxarıda qeyd olunan reaktorlardan heç biri indiyədək kommersiya məqsədli istifadə mərhələsinə çatmayıb.

Dövlət borcu günü-gündən artan Ermənistan bəs niyə belə bir yükün altına girməyə çalışır? Paşinyanın məqsədi bəllidir, ölkənin Rusiyadan olan enerji asılılığını azaltmaq, ABŞ-nin Cənubi Qafqazda qol-qanad açmasına meydan vermək. Amma Tramp administrasiyası hələ ki, bu layihələrə start vermək niyyətində deyil.

Paşinyan və Makron regionu zəhərləyir

Yuxarıda sadalanan faktlar Ermənistanın regionu hansı təhlükəyə sürüklədiyindən tam xəbər verir. Amma iş orasındadır ki, İrəvan bununla kifayətlənmək niyyətində deyil. Dünən məlum olub ki, Fransanın “Orano” dövlət nüvə şirkəti gizli şəkildə istifadə edilmiş uran tullantılarını Ermənistana daşıyır. Tullantılar isə Tavuş bölgəsinin Dilican Milli Parkında torpağa basdırılır. Tavuşun Azərbaycanla həmsərhəd olduğunu nəzərə alsaq, ölkəmizin hansı təhlükə ilə üz-üzə olduğunu söyləyə bilərik. Paşinyan bu dəfə də ölkəsini Fransa üçün təcrübə dovşanına çevirmək niyyətindədir. Bu tullantıların Dilicanda torpağa basdırılması çox ciddi ekoloji fəlakətə səbəb ola bilər.

Sözügedən fransız şirkəti illər boyu təkrar emal olunmuş uran və nüvə enerjisinin digər radioaktiv əlavə məhsullarını saxlamaq üçün Rusiya ilə əməkdaşlıq edib. Lakin Ukraynadakı müharibə ilə əlaqədar Qərbin sanksiyaları Rusiyaya çatdırılmanı siyasi cəhətdən qeyri-mümkün etdikdən sonra şirkət başqa həll yolları axtarıb. Şirkətin daxili sənədləri göstərir ki, Ermənistan qəfil və gözlənilməz qərar kimi meydana çıxıb. Bu dəyişiklik Paşinyanın 2025-ci ilin fevralında Fransaya səfərindən sonra baş tutub. Parisdə Makron və Fransa enerji sektorunun rəsmiləri ilə görüşən baş nazir müəyyən razılıqlar verib. Bu razılıqlar nəticəsində isə nüvə tullantılarının ilk partiyaları Ermənistana iyun ayında gəlib.

İşin maraqlı tərəfi isə bu işdə Anna Akopyana və Paşinyan ailəsinə rüşvət verilməsidir. Sənədlər sübut edir ki, 2025-ci ilin iyun ayında Anna Akopyana məxsus “Mənim addımım” fonduna adi bir fransız şirkətindən 800 min avro ianə köçürülüb. Fəaliyyəti qeyri-müəyyən olan bu fransız şirkətinin tarixçəsində isə bu günə qədər heç bir xeyriyyə adımı görünmür. Bu, açıq-aşkar rüşvətdir və Paşinyan ailəsinin böyük bir ekoloji fəlakəti cəmi 800 min avroya satdığının sübutudur. Məlumdur ki, nüvə yanacağı min illər boyu radioaktiv olaraq qalır və sızaraq bütün ekosistemi zəhərləyir. Fransadan Paşinyanla əlaqəli bir fonda qəfil ianələr, ardınca Ermənistana nüvə tullantılarının ixracına səssizcə icazə verilməsi də Paşinyan hökumətinin səriştəsizliyini və ancaq cibini güddüyünü sübut edir.

Beynəxalq hesabatlarda da dəfələrlə Metsamorla bağlı qeydlər olunsa da, stansiyanın ciddi ekoloji və humanitar fəlakətə səbəb ola biləcəyi yazılsa da, Aİ və digər beynəlxalq təşkilatlar Ermənistana münasibətdə qeyri-adi biganəlik nümayiş etdirir.

Bütün bunlar beynəlxalq ictimaiyyət üçün də ciddi siqnaldır. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik dərhal Ermənistana qarşı tədbirlər görməli və bu ölkədəki atom obyektlərinin təhlükəsizliyi, Dilican dərəsindəki vəziyyət ciddi şəkildə yoxlanılmalıdır. Əks halda, Ermənistanın məsuliyyətsizliyi region üçün yeni Çernobıl faciəsinə çevrilə bilər.(Report)

Continue Reading

Previous: Müdafiə Nazirliyinin hərbi qulluqçuları və mülki işçiləri təltif edilib – SİYAHI
Next: Kallasın İrəvan səfərinin pərdəarxası – Aİ Ermənistanı Kremlin orbitindən çıxarır – ŞƏRH

Bölmənin digər xəbərləri

Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış
  • Siyasət

Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış

22 Yanvar, 2026
İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir
  • Siyasət

İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir

22 Yanvar, 2026
Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL
  • Gündəm

Suriyada son hadisələr: dördgünlük atəşkəs, 14 maddəlik saziş – TƏHLİL

21 Yanvar, 2026

Top 7 Xəbər

2026-cı il “Oskar” mükafatının əsas namizədlərinin siyahısı açıqlanıb 1

2026-cı il “Oskar” mükafatının əsas namizədlərinin siyahısı açıqlanıb

22 Yanvar, 2026
“Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır” 2

“Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır”

22 Yanvar, 2026
Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış 3

Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış

22 Yanvar, 2026
Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi 4

Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi

22 Yanvar, 2026
Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu – SİYAHI 5

Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu – SİYAHI

22 Yanvar, 2026
Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq 6

Sabah Biləsuvarın bir hissəsində qaz olmayacaq

22 Yanvar, 2026
İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir 7

İlham Əliyev Davosda “Sülh Şurasının Nizamnaməsi”nin imzalanma mərasimində iştirak edir

22 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 728)
  • Dünya (3. 137)
  • Gündəm (10. 907)
  • İdman (609)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (452)
  • Kriminal (1. 316)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8728) Dünya (3137) Gündəm (10907) Kateqoriyasızlar (452) Kriminal (1316) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (609) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • 2026-cı il “Oskar” mükafatının əsas namizədlərinin siyahısı açıqlanıb 22 Yanvar, 2026
  • “Kəndlərdə kommunal ödənişlər aşağı olmalıdır” 22 Yanvar, 2026
  • Prezidentin adından yayılan saxta məlumatla bağlı – “Meta”ya çağırış 22 Yanvar, 2026
  • Saakaşvili 3 il sonra ilk dəfə məhkəmə iclasına getdi 22 Yanvar, 2026
  • Trampın “Sülh Şurası”na bu ölkələr üzv oldu – SİYAHI 22 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.