Skip to content
24 Yanvar, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 738)
  • Dünya (3. 141)
  • Gündəm (10. 922)
  • İdman (610)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Yanvar 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Dek    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Laçında Azərbaycan, Türkiyə və Pakistan Zirvə görüşü keçirilib – YENİLƏNİB

Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri
Cavidan 28 May, 2025

Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilib.

Dövlətimizin başçısı Zirvə görüşündə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

– Hörmətli Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan.

Hörmətli Pakistan Baş naziri, əziz qardaşım Məhəmməd Şahbaz Şərif.

Əziz dostlar.

Azərbaycana, Şərqi Zəngəzura, Laçına xoş gəlmisiniz.

Bugünkü Zirvə görüşü Azərbaycanın Müstəqillik Günündə, erməni işğalından azad edilmiş Laçında keçirilir. Bunun böyük rəmzi mənası var. Bugünkü Zirvə görüşü sayca ikincidir. Keçən ilin iyulunda Azərbaycan-Türkiyə-Pakistan birinci Zirvə görüşü keçirilmişdir. Əminəm ki, biz bu ənənəni davam etdirəcəyik.

Ölkələrimiz və xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər əsasında bir-birinə bağlıdır. Bir-birimizin uğurlarına sevinmişik, çətin günlərdə bir-birimizin yanında olmuşuq.

Azərbaycan, Türkiyə və Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və ədalətin tərəfində olub. 2020-ci ildə 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən Türkiyə və Pakistanın ölkəmizə göstərdiyi siyasi və mənəvi dəstəyə görə bir daha minnətdarlığımızı bildiririk. Azərbaycan da öz növbəsində daim Türkiyənin və Pakistanın yanında olub. Bu gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.

Ölkələrimizin strateji mövqeyindən və dinamik iqtisadi potensialımızdan istifadə etməklə qarşılıqlı faydalar əldə etmək üçün geniş imkanlar var.

Siyasət, iqtisadiyyat, energetika, qarşılıqlı investisiyalar, nəqliyyat, müdafiə, kənd təsərrüfatı, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığın birgə layihələr və proqramlar vasitəsilə daha böyük sürətlə inkişaf edəcəyinə inanırıq.

Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox sərmayə qoyub, Pakistan iqtisadiyyatına 2 milyard ABŞ dolları qoymağa hazırdır. Hal-hazırda konkret investisiya layihələri üzrə işlər gedir.

Azərbaycan və Türkiyənin əməkdaşlığı nəticəsində yalnız bölgəmizin deyil, geniş coğrafiyanın enerji xəritəsi dəyişib. Ölkələrimiz enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rola malik olub və bu gün bərpaolunan enerjinin istehsalı və ixracı istiqamətində geniş layihələrə start verilib. Bununla yanaşı, Azərbaycan və Türkiyədən keçməklə Asiya ilə Avropanı birləşdirən nəqliyyat yolları strateji əhəmiyyət daşıyır. Multimodal yük marşrutunun inkişafı yolu ilə Pakistanın da bu təşəbbüsdə yaxından iştirakının əməkdaşlığımıza daha da təkan verəcəyinə əminik.

Müdafiə sahəsində əməkdaşlıq tərəfdaşlığımızın önəmli istiqamətlərindən biridir. Birgə hərbi təlimlər və hərbi-texniki sahədə layihələr silahlı qüvvələrimizin potensialını gücləndirib. Bizim hərbi əməkdaşlığımız geniş coğrafiyada sülhü və sabitliyi gücləndirir.

Biz, həmçinin rəqəmsal innovasiyalar, süni intellekt və kosmik texnologiyalar kimi yeni əməkdaşlıq sahələrini araşdırmalıyıq.

Birgə mədəni tədbirlər, akademik tərəfdaşlıqlar və turizm əlaqələrinin fəallaşması xalqlarımız arasındakı bağları daha da gücləndirəcəkdir.

Eyni zamanda, beynəlxalq platformalarda və təşkilatlarda həmrəyliyimiz gücümüzə güc qatır. Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM), habelə D-8 kimi beynəlxalq platformalarda birgə səylərimizi daha da möhkəmləndirmək əzmindəyik.

Həmçinin ölkəmizin ötən il D-8-in 11-ci Zirvə görüşü zamanı yekdilliklə bu təşkilatın üzvü seçilməsində göstərilən dəstəyə görə qardaş Türkiyəyə və qardaş Pakistana bir daha təşəkkür edirəm.

Hörmətli həmkarlar,

Azərbaycan hər zaman qardaş Türkiyə və Pakistanın yanında olub.

Türkiyənin terrorçuluqla mübarizə istiqamətində əldə etdiyi uğurlar bizi ürəkdən sevindirir. PKK terror qruplaşmasının özünü ləğv etməsi və tərksilah ilə bağlı qərarı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyinin və əzminin, Türkiyə dövlətinin gücünün nümunəsidir. Bu tarixi hadisə yalnız Türkiyə üçün deyil, ümumilikdə bölgədə sülh və əmin-amanlıq üçün önəmli məsələdir. Bu tarixi hadisə münasibətilə qardaş Türkiyəni bir daha təbrik edirəm.

Pakistan və Hindistan arasında son gərginliyi böyük narahatlıq hissi ilə, eləcə də sülh və sabitliyin bərpa olunacağı ümidi ilə yaxından izlədik. Bu gərgin dönəmdə ilk gündən Pakistanla həmrəyliyimizi açıq şəkildə ifadə etdik. Münaqişənin dialoq və sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanan həllini dəstəkləyirik.

Əziz dostlar, 30 illik Ermənistan işğalından sonra dirçəliş dövrünü yaşayan Laçına bir daha xoş gəlmisiniz.

Əminəm ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədi olacaq.

Diqqətinizə görə təşəkkür edirəm.

X X X

Sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxış etdilər.

***

Laçında Azərbaycan Prezidenti İlham Əliyevin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşü keçirilir.

Bu barədə “Report”un Laçına ezam olunmuş əməkdaşı xəbər verir.

Continue Reading

Previous: Zelenski Rusiyanı hədələdi
Next: Kreml: Moskva Ukraynada nizamlanma üzrə memorandum layihəsi üzərində işi tamamlayır

Bölmənin digər xəbərləri

Baş nazir İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb
  • Dünya

Baş nazir İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

23 Yanvar, 2026
İranda etirazlar zamanı insan tələfatı və maddi ziyanla bağlı rəsmi rəqəmlər açıqlanıb
  • Dünya

İranda etirazlar zamanı insan tələfatı və maddi ziyanla bağlı rəsmi rəqəmlər açıqlanıb

23 Yanvar, 2026
Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb
  • Cəmiyyət

Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb

23 Yanvar, 2026

Top 7 Xəbər

Baş nazir İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb 1

Baş nazir İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb

23 Yanvar, 2026
İranda etirazlar zamanı insan tələfatı və maddi ziyanla bağlı rəsmi rəqəmlər açıqlanıb 2

İranda etirazlar zamanı insan tələfatı və maddi ziyanla bağlı rəsmi rəqəmlər açıqlanıb

23 Yanvar, 2026
Milli Məclis və İspaniya Krallığı Deputatlar Konqresinin sədrlərinin görüşü olub 3

Milli Məclis və İspaniya Krallığı Deputatlar Konqresinin sədrlərinin görüşü olub

23 Yanvar, 2026
Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb 4

Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb

23 Yanvar, 2026
Rusiyanın Donetskə PUA zərbəsində biri 5 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, yaralananlar var 5

Rusiyanın Donetskə PUA zərbəsində biri 5 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, yaralananlar var

23 Yanvar, 2026
Dövlət Komitəsi mina təhlükəsinə dair yeni maarifləndirici çarx hazırlayıb – VİDEO 6

Dövlət Komitəsi mina təhlükəsinə dair yeni maarifləndirici çarx hazırlayıb – VİDEO

23 Yanvar, 2026
İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib 7

İşğaldan azad edilmiş ərazilərdə ötən il 1079 döyüş silahı aşkar edilib

23 Yanvar, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 738)
  • Dünya (3. 141)
  • Gündəm (10. 922)
  • İdman (610)
  • İqtisadiyyat (559)
  • Kateqoriyasızlar (454)
  • Kriminal (1. 317)
  • Mədəniyyət (329)
  • Siyasət (2. 927)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8738) Dünya (3141) Gündəm (10922) Kateqoriyasızlar (454) Kriminal (1317) Mədəniyyət (329) Siyasət (2927) Texnologiya (14) İdman (610) İqtisadiyyat (559)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Baş nazir İspaniya Deputatlar Konqresinin sədri ilə görüşüb 23 Yanvar, 2026
  • İranda etirazlar zamanı insan tələfatı və maddi ziyanla bağlı rəsmi rəqəmlər açıqlanıb 23 Yanvar, 2026
  • Milli Məclis və İspaniya Krallığı Deputatlar Konqresinin sədrlərinin görüşü olub 23 Yanvar, 2026
  • Hərbi xidmət əleyhinə cinayətlərin sayı azalıb 23 Yanvar, 2026
  • Rusiyanın Donetskə PUA zərbəsində biri 5 yaşlı uşaq olmaqla 4 nəfər ölüb, yaralananlar var 23 Yanvar, 2026
© Addim.az | MoreNews by AF themes.