Skip to content
25 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İrəvana yaranacaq etimad amili – Rusiyanın bazasının mümkün bağlanması – ŞƏRH
  • Siyasət

İrəvana yaranacaq etimad amili – Rusiyanın bazasının mümkün bağlanması – ŞƏRH

Cavidan 19 May, 2025
48779660-e95c-3052-837a-cdcbd3d5eb45_850

Ermənistan Cənubi Qafqaz regionunun inkişafını iddiaları və havadarlarının barmağına baxmaqla ləngidir.

Azərbaycan torpaqlarını erməni işğalından azad etməklə bölgədə sülh üçün əsas yaradıb. Bu vəziyyətin davamlı olması üçün rəsmi İrəvanın və Ermənistanın siyasi elitasının daha məntiqli addım atması vacibdir. Çünki Cənubi Qafqazda yalnız bu ölkədə yabançı hərbçilər və hərbi missiyalılar xidmət edir. Təbii ki, söhbət Rusiyanın Gümrüdəki 102 saylı hərbi bazası və Fransanın patronluğu ilə Avropa İttifaqının mülki müşahidə missiyasından gedir.

Hər iki missiya perspektivdə regionda sabitliyin pozulması üçün amil ola bilər.

Aleksandr Nevski ordenli 102-ci Rusiya hərbi bazası (h/h 04436) Rusiya-Ermənistan münasibətlərinin mühüm tərkib hissəsi sayılır. Bazanın iki qarnizonu var: Gümrüdə və İrəvanda. Hərbi bazanın aviasiya komponenti “Erebuni” aerodromunda yerləşir.

Bazanın fəaliyyəti haqqında müqavilə 25 il müddətinə bağlanmışdı, ancaq 2010-cu ildə Rusiyanın ovaxtkı Prezidenti Dmitri Medvedevin İrəvana səfəri zamanı müqavilə daha 24 il (2044-cü ilə qədər) uzadılıb. Rusiya iddia edir ki, onun hərbçilərinin məsuliyyət daşıyacağı məsələlər Ermənistan ərazisinə aiddir. Başqa sözlə, bu ölkəyə qarşı istənilən xarici təhdid Rusiyaya qarşı hədə kimi qiymətləndiriləcək.

2017-ci ildə Rusiya və Ermənistan Birləşmiş Qoşun Qruplaşmasının formalaşması başa çatdıqdan sonra hərbi baza Ermənistan Silahlı Qüvvələrinin hissələri ilə birlikdə qruplaşmanın tərkibinə daxil edilib.

2020-ci ilin noyabrında Qarabağda Rusiya sülhməramlı kontingentinin xidmətə başlaması ilə “Erebuni” aviabazasından qırıcılar sutkaboyu xidmət aparıb. Rusiya Hərbi Hava Qüvvələri Ermənistan və Qarabağ ərazisində hərəkət edən kontingentin sülhməramlı kolonlarının örtüyünü təmin edib. 2019-cu ildə bazanın qarnizonlarını yeni və modernləşdirilmiş hərbi texnika ilə təchiz etməklə hərbi potensialını iki dəfə artırmasına dair məlumat yayılıb.

İki ölkə arasında müqaviləyə uyğun olaraq baza xərclərinin yarısını Rusiya, o biri hissəsini isə Ermənistan üzərinə götürür. Bundan başqa, 102-ci baza yerləşdiyi ölkəyə pul kompensasiyası olmadan yerləşdirilib.

Rusiya hərbi hissəsinin hərbçiləri Gümrü şəhərində bir sıra cinayət hadisələri törətdiklərinə görə mühakimə olunub. 2015-ci ilin yanvarında Valeri Permyakov adlı rusiyalı hərbçi Gümrüdə Avetisyan ailəsinin altıaylıq körpə və iki yaşlı qız da daxil olmaqla, yeddi nəfəri öldürüb. 2016-cı ilin avqustunda Ermənistanda məhkəmə Permyakovu qətldə təqsirli bilərək barəsində ömürlük həbs cəzası çıxarsa da, məhkum 2017-ci ilin mayında Rusiya tərəfinə təhvil verilib.

2018-ci ilin dekabrında Gümrüdə 102-ci Rusiya hərbi bazasının hərbçisi saxlanılıb. O, şəhərdə 57 yaşlı xadiməni öldürmüşdü.

Bu hərbi hissənin perspektivdə Ermənistanda daxili məsələlərə də müdaxilə etməsi mümkündür. Çünki onun yazılmayan əsas vəzifələrindən biri dislokasiya olunduğu ölkədə həm də RF-nin maraqlarının təminidir. Bu baxımdan, hərbi baza Ermənistanda qarışlıq sala, yaxud qarşıdurma zamanı tərəflərdən birini müdafiə edə bilər. Çünki belə hadisələr zamanı ölkənin təhlükəsizliyini bəhanə edərək, səbəb kimi göstərib prosesə güc kimi müdaxilə etməsi ehtimalı həmişə gündəlikdədir. Əks halda RF bu qoşunu niyə Ermənistanda saxlayır?!

Bu ölkədə müxalifət adlanan kəsim rusiyayönlüdür. Onlara revanşistlər də deyilir. Həmin qrupun hakimiyyətə gəlişini, yaxud onların qonşu ölkələrə qarşı ərazi iddiasının təmin edilməsi istiqamətində 102 işə yaraya bilər. 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanan kimi Rusiya qoşunlarının sülhmarmlı adı altında Qarabağa yeridilməsi hadisəsi uzaq keçmişdə olmayıb. Moskva durmadan onların sayını artırır, bölgədə erməni terrorçu və silahlı dəstələrə təlim keçir, onları Azərbaycana qarşı müharibəyə hazırlayırdı.

Oxşar hadisənin gələcəkdə həmin hərbi hissə vasitəsi ilə həyata keçirilməyəcəyinə təminat yoxdur.

Ermənistanın müstəqillik aktının, konstitusiyasının dəyişdirilməsi şərti bu tip hadisələrə qarşı hüquqi əsasdır.

Deməli, Rusiyanın Ermənistandakı hərbi bazası Ermənistan və regionda sabitlik, sülh üçün təhdid mənbəyidir.

Bu günlərdə “Hraparak” qəzetində 102 saylı hərbi hissənin bağlanması ehtimalına dair məqalə yayılıb. Bildirilib ki, Ermənistan Azərbaycanla sülh sazişi imzalayandan sonra 102-ci Rusiya hərbi bazasını bağlaya bilər. Məlumata görə, saziş layihəsinin mətnində ölkə ərazisində heç bir xarici hərbi bazanın yerləşdirilə bilməyəcəyi göstərilir. Bu o deməkdir ki, dövlətlərarası saziş imzalandıqdan sonra Rusiyanın bu hərbi hissəsi ölkə ərazisindən çıxarılmalıdır.

Bir müddət əvvəl amerikalı keçmiş diplomat Ceyms Uorlik də oxşar açıqlama ilə çıxış etmişdi. O bildirmişdi ki, Ermənistan və Azərbaycan arasında saziş imzalanarsa, bu, bütün regionu dəyişə bilər.

Rəsmi İrəvanın sülh müqaviləsinin imzalanması üçün şərtlərə əməl etməsi Cənub Qafqazda xarici hərbi müdaxilə ehtimalını da azaldar. Ermənistan Rusiya asılılığından qurtular.

Ona görə də regionda əmin-amanlıq bu ölkə konstitusiyasının dəyişməsindən, sülh sazişinin imzalanmasından başlayır. Bu da 102 saylı bazanın regionda yaranacaq şəraitə uyğun olmayacağına əsasən çıxarılmasını aktuallaşdırar. Bu, həm də Ermənistanın Rusiya qarşısında təklənməməsi üçün başlıca yardım olar.

Yeri gəlmişkən, 2007-ci il noyabrın 15-də Rusiya qoşunlarını Gürcüstandan çıxardı. Halbuki onlar bunu 2008-ci il ərzində reallaşdırmağı planlaşdırırdı. Həmin vaxt Rusiya qoşunları Abxaziya və Cənubi Osetiyada sülhməramlı mandatı ilə qaldı. Bu günədək də həmin qoşun Gürcüstanın həmin bölgələrində qalmaqdadır.

Tarixi hadisələr sübut edir ki, xarici ölkə qoşunlarının başqasının ərazisində mövcudluğu sabitlik və perspektiv üçün təhdid mənbəyidir.

İki ölkə arasında sülh üçün ilkin addımlardan biri 102-ci hərbi hissənin Ermənistanı vaxtından əvvəl tərk etməsi də ola bilər. Bu, həm Rusiyanın, həm də Ermənistanın barış prosesinə dəstəyi olar. Hər iki ölkəyə inam və etibarı artırar. Hətta bu perspektivdə Rusiyanın etibarlı və daha uğurlu tərəfdar kimi region ölkələri ilə gələcək əməkdaşlığına yardım edər. Bu baxımdan da RF qoşunlarının sülh sazişi imzalanmazdan əvvəl çıxması Cənubi Qafqazda sabitliyə, təhlükəsizliyə daha faydalı olar.

Avropa İttifaqının mülki monitorinq missiyası da Azərbaycanla Ermənistan arasında etimadın yaranmasına bir maneədir. Bu missiya həm də Ermənistanın etibarına zərbə vurur.

Rəsmi İrəvanın Azərbaycanla sülh sazişi imzalamaq üçün 102-ci hərbi hissə və Avropa İttifaqının mülki müşahidə missiyasını Ermənistandan çıxarmağa tələsməsi vacib sayılır. Yoxsa, bu hərbi hissənin, Aİ monitorinqçilərinin bu ölkədə varlığı Cənubi Qafqazda yeni problemlərin yaranmasında təsir göstərə bilər.(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Azərbaycanda köhnə tikililərin sökülməsi ilə üzə çıxan problemlərin həlli üçün təkliflər hazırlanıb
Next: Cənubi Koreya prezidentliyinə namizədlərdən biri geri çəkilib

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-15 092509
  • Gündəm

Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub

Cavidan 15 İyun, 2026
Screenshot 2026-06-10 152615
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-03 125225
  • Gündəm

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Cavidan 3 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 641)
  • Dünya (3. 417)
  • Gündəm (11. 899)
  • İdman (667)
  • İqtisadiyyat (601)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 405)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb 6a3bde15110926a3bde15 v 1
  • Cəmiyyət

Milli Məclis və TBMM sədrləri görüşüb, Azərbaycan-Türkiyə strateji müttəfiqliyinin önəmi vurğulanıb

24 İyun, 2026
Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib 1782306181 b 2
  • Kriminal

Azərbaycan Qırğızıstanın beynəlxalq axtarışa verdiyi şəxsi təhvil verib

24 İyun, 2026
Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib 1782304152051-664152687 3
  • İdman

Milli Paralimpiya Komitəsində Tunis Qran-prisinin mükafatçıları ilə görüş keçirilib

24 İyun, 2026
İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq 6a3bba01aabca6a3bba v 4
  • Dünya

İran XİN: AEBA müfəttişlərinin nüvə obyektlərinə girişi yalnız yekun razılaşma çərçivəsində müzakirə olunacaq

24 İyun, 2026
Neftçalada DOST filialının açılışı olub 1782301v 5
  • Kateqoriyasızlar

Neftçalada DOST filialının açılışı olub

24 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9641) Dünya (3417) Gündəm (11899) Kateqoriyasızlar (518) Kriminal (1405) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (667) İqtisadiyyat (601)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.