Skip to content
27 Avqust, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • “Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq” – Prezident
  • Gündəm
  • Siyasət

“Onun vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq” – Prezident

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı
Cavidan 21 Aprel, 2025
5aab8506-8af4-3b88-9658-34be7bb4866d_850

Azərbaycan Prezidenti İlham Əliyev Roma Papası Fransiskin vəfatı ilə bağlı Müqəddəs Roma Kilsəsinin Kamerlenqosu Kardinal Kevin Farrellə başsağlığı məktubu ünvanlayıb.

Mətndə deyilir:

“Zati-həzrətləri,

Müqəddəs Taxt-Tacın başçısı, zəmanəmizin görkəmli din xadimi Roma Papası, Zati-müqəddəsləri Fransisk Həzrətlərinin vəfatı xəbərini dərin sarsıntı hissi ilə qarşıladıq.

Roma Papası Fransiskin simasında beynəlxalq birlik və dünya katolikləri həyat amalı bəşəriyyətin əmin-amanlığı naminə fədakarcasına xidmət olan parlaq din xadimini, yüksək mənəvi keyfiyyətlərə malik böyük şəxsiyyəti itirdi.

Roma Papası Fransisk bütün həyat və fəaliyyətini ümumbəşəri dəyərlərin qorunub saxlanmasına, dinlərarası və mədəniyyətlərarası anlaşmanın və humanizm ideallarının təşviqinə həsr etmiş, insanlar arasında qarşılıqlı anlaşma, birlik və həmrəylik münasibətlərinin bərqərar olması naminə yorulmadan çalışmışdı. Dərin məzmunlu və şərəfli ömür yolu ilə örnək olan Roma Papası Fransisk bəşəri dəyərlərin fövqündə duran nəcib əməlləri, insanlara mərhəmət, şəfqət və mənəvi ucalığa çağırışları, xeyirxahlığı və fədakarlığı ilə bütün dünyada böyük rəğbət, dərin hörmət və ehtiram qazanmışdır.

Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafında və möhkəmlənməsində Zati-müqəddəsləri Fransisk Həzrətlərinin misilsiz xidmətləri olmuşdur. Onunla görüşlərimi, səmimi ünsiyyətimizi həmişə ən xoş təəssüratlarla xatırlayacağam. Roma Papası Fransiskin əziz xatirəsi və zəngin mənəvi irsi qəlblərdə və hafizələrdə daim yaşayacaqdır.

Bu ağır itkinin kədərini bölüşür, Sizə, Müqəddəs Taxt-Taca və bütün həmməzhəblərinizə şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Post navigation

Previous: Sabah 27 dərəcə isti olacaq
Next: Növbəti iki ayda IV və VI siniflər üzrə monitorinqlər keçiriləcək

Bölmənin digər xəbərləri

7XG5IZLS556Xg v
  • Dünya

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

Cavidan 26 Avqust, 2026
18
  • Cəmiyyət

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

Cavidan 26 Avqust, 2026
prezdent
  • Gündəm

Prezident İlham Əliyev “Sabah”ı təbrik edib

Cavidan 26 Avqust, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 010)
  • Dünya (1. 030)
  • Gündəm (3. 317)
  • İdman (223)
  • İqtisadiyyat (156)
  • Kateqoriyasızlar (200)
  • Kriminal (273)
  • Mədəniyyət (93)
  • Siyasət (401)
  • Texnologiya (15)

Xəbər Trendi

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr 1787750000_1787232620_ v 1
  • Cəmiyyət

BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr

27 Avqust, 2026
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir 7XG5IZLS556Xg v 2
  • Dünya

Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir

26 Avqust, 2026
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib VEfF8cXPypEzG v 3
  • Cəmiyyət

Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib

26 Avqust, 2026
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb FqWCIPWaOdT2NRSa2gX3 v 4
  • Cəmiyyət

Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb

26 Avqust, 2026
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib 18 5
  • Cəmiyyət

Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3010) Dünya (1030) Gündəm (3317) Kateqoriyasızlar (200) Kriminal (273) Mədəniyyət (93) Siyasət (401) Texnologiya (15) İdman (223) İqtisadiyyat (156)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.