Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Azərbaycanda “Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar” təsdiqlənib
  • Gündəm
  • Siyasət

Azərbaycanda “Sazişlərin Rəqabət Məcəlləsindəki şərtlərə cavab verməsinə dair meyarlar” təsdiqlənib

Nazirlər Kabineti “Sazişlərin Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə
Cavidan 11 Mart, 2025
3420cfb5-2486-3db3-b4eb-3b3bebf4d5fb_850

Nazirlər Kabineti “Sazişlərin Rəqabət Məcəlləsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarlar”nı təsdiqləyib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, meyarlar Rəqabət Məcəlləsinə uyğun hazırlanıb və sazişlərin Məcəllənin 13.1-ci maddəsində qeyd olunan şərtlərə cavab verməsinə, həmçinin texnologiyanın transferti, bazarın tədqiqi və inkişafı ilə əlaqəli sazişlərin istisna edilməsinə dair meyarları müəyyən edir. Meyarlarda istifadə olunan anlayışlar Məcəllədə və  digər normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.

Qərara əsasən, istehlakçılara verdiyi fayda rəqabətin məhdudlaşdırılmasının mənfi təsirlərindən üstün olan sazişlər və uyğunlaşdırılmış hərəkətlər aşağıdakı meyarlardan ən azı üçünə cavab verdikdə Məcəllənin 13.1-ci maddəsinin tələblərinə uyğun olaraq istisna edilir:

-saziş nəticəsində miqyas iqtisadiyyatının əldə edilməsi və sazişin olmadığı vəziyyətlə müqayisədə ən azı 1 il ərzində müvafiq bazarda məhsul istehsalının 30 faiz artması;

-saziş nəticəsində sazişin bağlanıldığı müvafiq bazara aid olmayan yeni bir məhsulun istehsalının mümkün olması;

– saziş nəticəsində müvafiq bazarda məhsul başına düşən xərclərin 3-6 ay ərzində 15 % və daha çox azalması;

– saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində ən azı 1 il ərzində investisiyaların əvvəlki il ilə müqayisədə 20 % artması;

– saziş nəticəsində müvafiq bazarın məhsul sərhədində əhəmiyyətli nouhaunun yaranması;

-texniki imkanların məhdud olması səbəbi ilə bir təsərrüfat subyektinin yalnız saziş iştirakçısı olmaqla müvafiq bazarda fəaliyyət göstərməsinin, məhsul istehsalı və ya istifadəsini həyata keçirməsinin mümkün olması;

– müvafiq bazarın məhsul sərhədində fəaliyyət göstərməklə əlaqədar olaraq dövlət təhlükəsizliyi, istehlakçıların sağlamlığının qorunması, ictimai asayiş və sosial öhdəliklərin prioritet olması nəticəsində məhsulun saziş olmadan istehsalının və ya istifadəsinin həmin prioritetlərə zərər vurma ehtimalının olması;

-məhsulun istehsalı və ya istifadəsi ilə əlaqədar olaraq xüsusi keyfiyyət və lisenziya meyarlarının müəyyən edilməsi nəticəsində onun saziş olmadan istehsalının və ya istifadəsinin qeyri-effektiv nəticələrə səbəb olması.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Suriya Əfqanıstana çevrilə bilər – “HTŞ” hakimiyyətə gəlişi ilə “Taliban”a oxşayır – ŞƏRH
Next: Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-27 161735
  • Dünya

London və Tehran razılığa gəldi

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 150343
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

Cavidan 27 İyun, 2026
Screenshot 2026-06-27 143920
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

Cavidan 27 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.