Skip to content
1 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilir – Fərman
  • Gündəm
  • Siyasət

Bakı Limanı “Azərbaycan Dəmir Yolları”na birləşdirilir – Fərman

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək. Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərman dəmiryol
Cavidan 25 Fevral, 2025
prezident

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti yenidən təşkil ediləcək.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərman dəmiryol nəqliyyatı sahəsində nəqliyyat əməliyyatlarını və logistika proseslərini daha səmərəli və operativ qaydada həyata keçirmək, eləcə də dəniz nəqliyyatına olan ehtiyacların daha dolğun ödənilməsini təmin etmək məqsədilə imzalanıb.

Sənədə əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Liman) ona qoşulması formasında yenidən təşkil ediləcək.

Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilir:

– Azərbaycan Respublikasının Prezidentinə:

– Cəmiyyətin yenidən təşkili və ləğvi;

– Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.

– Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):

– Bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;

– Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.

– Müəyyən edilsin ki, Limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.

– Azərbaycan Respublikasının Nazirlər Kabineti:

– Bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

– Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

– Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON):

– Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

– Bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Gürcüstanda güclü qardan zərər çəkənlərə hərbçilər yardım edəcək
Next: Yenə qar yağacaq – Xəbərdarlıq

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-01 165537
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 162725
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

Cavidan 1 İyul, 2026
Screenshot 2026-07-01 154646
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

Cavidan 1 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 673)
  • Dünya (3. 430)
  • Gündəm (11. 918)
  • İdman (670)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (519)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 008)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir Screenshot 2026-07-01 165537 1
  • Cəmiyyət

Ursula fon der Lyayen: Aİ Azərbaycanla tərəfdaşlığı dərinləşdirmək niyyətindədir

1 İyul, 2026
AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib Screenshot 2026-07-01 162725 2
  • Cəmiyyət

AMB Özbəkistanda maliyyə sektorunun rəqəmsal transformasiyasını müzakirə edib

1 İyul, 2026
Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH Screenshot 2026-07-01 154646 3
  • Siyasət

Davam edəcək Vaşinqton-Tehran danışıqları: milyardlar hesabına yaranan etimad – ŞƏRH

1 İyul, 2026
Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək Screenshot 2026-07-01 151534 4
  • Cəmiyyət

Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək

1 İyul, 2026
“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib Screenshot 2026-07-01 144509 5
  • Gündəm

“Global Media Group”un altı əməkdaşı MEDİA-nın müsabiqəsində qalib gəlib

1 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9673) Dünya (3430) Gündəm (11918) Kateqoriyasızlar (519) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3008) Texnologiya (15) İdman (670) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.