Skip to content
7 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Eks-prezidentlər Paşinyana qarşı – baş nazirə qarşı gizli ittifaq qurulur – ŞƏRH
  • Siyasət

Eks-prezidentlər Paşinyana qarşı – baş nazirə qarşı gizli ittifaq qurulur – ŞƏRH

Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Ermənistan hakimiyyəti özünə yeni sığınacaq axtarır. Baş nazir Nikol Paşinyanın ABŞ və
Cavidan 18 Fevral, 2025
0d88b39c-c4ee-3608-b119-ea928a1f2c18_850

Dünyada baş verən geosiyasi dəyişikliklər fonunda Ermənistan hakimiyyəti özünə yeni sığınacaq axtarır. Baş nazir Nikol Paşinyanın ABŞ və Fransaya səfərləri də məhz bu niyyətə xidmət edir və erməni siyasətçi dünyada baş verən dəyişikliklərin onun hökumətinə necə təsir edəcəyini anlamaq istəyir. Hökumət anlayır ki, ölkə daxilində vəziyyət gərginləşir, ictimai dəstək günü-gündən azalır və daxili fikir ayrılıqları nəticəsində iqtidar komandasındakı çatlar da getdikcə dərinləşir və bu, artıq daxili qarşıdurmalarla nəticələnməyə doğru gedir.
Baş nazir isə getdikcə ölkə daxilində onu dəstəkləyənləri getdikcə itirməyə başlayıb. Hətta bu sıraya onun tərəfdarları da əlavə edilib. Məsələn, 2018-ci ildə baş tutan “məxməri inqilab”dan sonra daim Paşinyanı dəstəkləyən “Nouvelles d’Arménie” jurnalının redaktoru Ara Toranyan da artıq hökumət başçısına aid ümidlərini itirdiyini bildirib. O, Fransaya səfəri zamanı Paşinyanın ermənilərlə görüşünü sərt dildə tənqid edib. Toranyanın bu açıqlaması isə onu deməyə əsas verir ki, yaxın vaxtlarda baş naziri dəstəkləyən digər nüfuzlu şəxslərin də dilindən buna bənzər açıqlamalar eşidiləcək.
Digər tərəfdən isə erməni müxalifəti müəyyən nəticələr əldə etməyə, daxili sosial problemləri, narazılıqları iqtidara qarşı istifadə edərək, möhkəmlənməyə, ictimai rəyi artırmağa çalışır. Müxalifət xarici dəstəyi artırmaqla mümkün çatışmazlıqları kompensasiya etməyə çalışır. Məsələn, Ermənistanın sabiq prezidenti Robert Koçaryan mətbuat konfransı keçirərək, ölkənin Aİ-yə üzvlük prosesi ilə bağlı parlamentdə qəbul edilən qanun layihəsini sərt tənqid edib. Sabiq prezidentin bəyanatlarının təhlili göstərir ki, əsas iki istiqamət seçilib: Qarabağ erməniləri kartı və Rusiyadan qopmağın fəsadları. Bununla da Koçaryan həm müəyyən dairələrə, xüsusən də şimala dəstək üçün mesaj göndərib, həm də Qarabağ erməniləri kartından növbəti parlament seçkilərində iştirak edəcəyinə işarə verib. Heç şübhəsiz ki, açıqlamalarında separatçı Samvel Şahramanyanın adını hallandırması, onu təmizə çıxarmaq istəyi də bununla əlaqədardır. Bununla yanaşı, Robert Zəngəzur dəhlizi ilə bağlı açıqlamasında da İrana işarə edərək, Tehrana bununla mesaj göndərmiş sayılıb. Ümumi olaraq, keçmiş siyasətçinin çıxışı son günlər baş verən hadisələr fonunda müxalifəti təşkilatlanmaya, Rusiyadan xüsusi dəstək almağa yönəlik sayılır.

Robert Koçaryan
Koçaryanın Serj Sarkisyanla, yəni Ermənistanın üçüncü prezidenti ilə bağlı verdiyi açıqlamalar xüsusi diqqət cəlb edib. Onun sözlərindən belə anlaşılır ki, sabiq prezidentləri birləşdirən məqsəd Paşinyanın hakimiyyətdən uzaqlaşdırılmasıdır. Əlavə olaraq, Koçaryana yaxın media orqanlarında bu açıqlama ilə bağlı verilən şərhlərdən də anlamaq olar ki, Ermənistanın ikinci və üçüncü prezidentləri baş nazirə qarşı gizli ittifaq qurublar və ya yaxın günlərdə bu işlə bağlı ciddi addımlar atılacaq. Bu da o deməkdir ki, Paşinyana qarşı yeni cəbhə yaranır və Robertlə Serjin ittifaqı vəziyyəti bir az da qəlizləşdirə bilər.
Eyni zamanda “Hayastan” bloku və “Ana Ermənistan” ictimai nəqliyyat tariflərinin artırılmasını bəhanə edərək, hər gün etirazlara qalxır, aksiyalar keçirir. Məqsəd paytaxt İrəvanda kütləvi nümayişlərə, etirazlara nail olmaqdır. Bununla belə, deputatların belə küçələrə düşməsi, avtobus və digər ictimai nəqliyyat vasitələrinə daxil olması etirazın kütləviləşməsi ilə nəticələnmir. Bu da sadə erməni vətəndaşının artıq nə iqtidara, nə də müxalifətə bel bağlamaq istəmədiyi faktını üzə çıxarır. Neçə aydır paytaxt İrəvanda ictimai nəqliyyatda qiymət artımı ilə bağlı etirazlara hökumətin fərqli reaksiyası da üzə çıxıb. Əvvəlcə rayon administrasiyalarının əməkdaşlarına gediş haqqının bahalaşmasına etiraz edən, gediş haqqını ödəməyən vətəndaşlara qarşı çıxmaq tapşırılsa da, bu yaxınlarda əmr dəyişdirilib.
Yeni təlimata əsasən, hətta şəxsi avtomobili olanlar da işə gedib-gəlmək üçün ictimai nəqliyyatdan istifadə etməlidirlər. Buna səbəb isə sosial şəbəkələrdə etiraz edən insanları təhqir edən şəxslərin bələdiyyə işçiləri, inzibati ərazi dairəsi əməkdaşlarının olduğu barədə çoxsaylı faktların üzə çıxması olub. Ehtimal etmək olar ki, sonuncu təlimatla aranı sakitləşdirmək, insanlarda daha çox əsəbə və narazılığa səbəb olacaq hərəkətlər sərgiləməmək nəzərdə tutulub.

Hakim partiyanın isə hazırda ən böyük məqsədi Gümrü seçkilərində qalib gəlməkdir. Əbəs deyil ki, Paşinyan “Vətəndaş müqaviləsi” partiyasına göstəriş verərək, nəyin bahasına olursa-olsun, bu seçkidə səs toplamaq, qalib gəlməyi tapşırıb. O, komanda yoldaşlarını əmin edib ki, təmsil etdiyi siyasi partiya martda keçiriləcək seçkilərdə Gümrüdə qalibi olacaq. “Vətəndaş müqaviləsi”nin qapalı keçirilən iclasında bələdiyyə sədrinin müavini Sarik Minasyan iştirak edib və o, elitanı inandırıb ki, seçilmək üçün əlindən gələni edir. Bunun üçün daim vətəndaşlarla görüşlər keçirir, onların etimadını qazanır.
Qeyd etmək yerinə düşər ki, partiya iclasında Şirak qubernatoru David Aruşanyan, Gümrü Ağsaqqallar Şurasının üzvləri, hətta Şirakın sabiq qubernatoru Muşeq Muradyan da iştirak edib. Bütün diqqət və müzakirələr məhz Gümrü seçkiləri ilə bağlı olub. Bununla belə, söyləmək yerinə düşər ki, hakim partiyanın Gümrü seçkiləri ilə bağlı ciddi narahatlıqları var.
Paşinyandan fərqli olaraq, onlar bu seçkidə qələbəyə şübhə ilə yanaşırlar. Çünki qarşı tərəf Ruben Mxitaryan, Vardan Qukasyan, Karen Simonyan və Martun Qriqoryan kimi namizədlərə üstünlük verib və sözügedən şəxslər Gümrüdə kifayət qədər böyük nüfuza sahibdirlər və seçkidən əvvəl hakim partiya əleyhinə səs toplamaqla məşğuldurlar.

Yenicə müxalifətə keçən Ovik Ağazaryan da yaxın vaxtlarda Nikol Paşinyanın istefası prosesinə başlamaq niyyətində olduğunu açıqlayıb. Hazırda sabiq deputat etimadsızlıq prosesinə başlamaq üçün yeni yaratdığı partiyanın nümayəndələri ilə müxtəlif görüşlər keçirir və müzakirələr aparır.
Qeyd edək ki, fevralın 8-də Ovik Ağazaryan və “Vətəndaş müqaviləsi”ndən xaric edilmiş digər deputat Akop Aslanyanın yeni yaradılmış “Vahid Milli Sosialist Partiyası”nın təsis qurultayı keçirilib və Ağazaryan bəyan edib: “Biz Nikol Paşinyanın yenidən seçilməməsi və yenidən baş nazir olmasının qarşısını almaq üçün mübarizə aparacağıq”. Ağazaryan planı müdaxilələrdən qorumaq üçün dəqiq tarix söyləmir və bu barədə açıqlama verməkdən imtina edir.
Yeri gəlmişkən, bu yaxınlarda erməni mətbuatında müxalifətin gizli lider üzərində işlədiyi, bu şəxsin siyasətdə dönüş edəcəyi barədə bir neçə məqalə yayımlanıb. Ehtimal etmək olar ki, müxalifət bu fikri ya qəsdən ortaya ataraq diqqətləri dağıtmağa çalışır, ya da gizli lider hazırlanıb sadəcə onun xarici xüsusi xidmət orqanları ilə razılaşmasını gözləyir. Hər bir halda, söyləmək olar ki, Ermənistanın siyasi arenasında ciddi təlatümlər baş verir və vəziyyət getdikcə gərginləşməyə doğru gedir. Görünür, 2026-cı il seçkilərinə qədər hələ çox sular axacaq…(Report)

Post navigation

Previous: Əhalinin və əczaçılıq müəssisələrinin nəzərinə!
Next: Əli Əsədov Tehranda İran Prezidenti ilə görüşüb

Bölmənin digər xəbərləri

6ac631f06658a6ac6b
  • Siyasət

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

Cavidan 7 Oktyabr, 2026
aF4NBW3l4t2elv
  • Gündəm

Azərbaycanın çoxvektorlu diplomatiyası – İlham Əliyevin yeni mesajları – ŞƏRH

Cavidan 6 Oktyabr, 2026
6ac4b24c9bc386ac4b
  • Siyasət

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib

Cavidan 6 Oktyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 231)
  • Dünya (1. 080)
  • Gündəm (3. 446)
  • İdman (244)
  • İqtisadiyyat (167)
  • Kateqoriyasızlar (231)
  • Kriminal (296)
  • Mədəniyyət (96)
  • Siyasət (433)
  • Texnologiya (15)

Xəbər Trendi

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib 1
  • Cəmiyyət

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

7 Oktyabr, 2026
Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib 6ac6493822c4b 2
  • Cəmiyyət

Ermənistanın müdafiə naziri: Sərhədi keçən Azərbaycan hərbçisi diverstant deyil, müqavimət göstərməyib

7 Oktyabr, 2026
Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib 6ac631f06658a6ac6b 3
  • Siyasət

Ərdoğan Putinlə Qara dənizdə naviqasiya təhlükəsizliyini müzakirə edib

7 Oktyabr, 2026
Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib W90hILBh7wBZv 4
  • Dünya

Mariyana Kuyundziç: Aİ 2008-ci ildən Azərbaycanda 29 təhsil layihəsi həyata keçirib

7 Oktyabr, 2026
Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb idpKQkFomqg9EyPiM v v 5
  • Dünya

Ukraynaya raket zərbəsi nəticəsində 13 nəfər ölüb

7 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3231) Dünya (1080) Gündəm (3446) Kateqoriyasızlar (231) Kriminal (296) Mədəniyyət (96) Siyasət (433) Texnologiya (15) İdman (244) İqtisadiyyat (167)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.