Skip to content
22 Sentyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Ermənistanda yeni qanun layihəsi – Aİ-yə üzvlük Marsda su tapmaq qədər qəliz məsələdir – ŞƏRH
  • Siyasət

Ermənistanda yeni qanun layihəsi – Aİ-yə üzvlük Marsda su tapmaq qədər qəliz məsələdir – ŞƏRH

Bir neçə müddətdir Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyub. Ermənistan parlamenti Aİ-yə üzvlük
Cavidan 14 Fevral, 2025
48779660-e95c-3052-837a-cdcbd3d5eb45_850

Bir neçə müddətdir Ermənistanda Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı müzakirələr yeni mərhələyə qədəm qoyub. Ermənistan parlamenti Aİ-yə üzvlük prosesinə başlamaq üçün qanun layihəsini müzakirəyə çıxarıb. Maraqlıdır ki, bu addım baş nazir Nikol Paşinyanın Fransa səfərindən sonra baş tutub və ehtimal etmək olar ki, erməni siyasətçi məhz Emmanuel Makronla görüşdə bu məsələni müzakirə edərək İrəvana qayıdıb. ABŞ səfəri uğursuz olan Paşinyanın təyyarənin mühərrikinin istisi soyumadan Parisə uçması da məhz bu məsələyə dəlalət edir. Qeyd etmək yerinə düşər ki, qanun layihəsi vətəndaş təşəbbüsü tərəfindən 60 min imzanın toplanaraq təqdim edilməsindən başlayıb.

Parlamentə təqdim edilən qanun layihəsi heç bir müxalifət partiyası tərəfindən dəstəklənməyib. Hakim partiya isə səs çoxluğundan istifadə edərək, layihəni qəbul edib. “Mənim şərəfim var” bloku konkret olaraq layihənin əleyhinə çıxıb, “Hayastan” bloku isə səsvermədə iştirakdan imtina edib. Fraksiyalar bunu Ermənistanın sonu adlandırıblar. Bu günə qədər Rusiya əleyhinə bəyanatlar səsləndirən Ovik Ağazaryanın layihənin lehinə səs verəcəyi düşünülsə də, siyasətçi bundan imtina edib və səsvermədə iştirak etməyib. Bu da onu deməyə əsas verir ki, 2026-cı il seçkilərində müxalifətin əsas hədəfi Moskvadan dəstək almaq, günü-gündən dərinləşən İrəvan-Kreml narazılığından istifadə etməkdir.

2026-cı il seçkiləri ilə bağlı manipulyasiyaların başladığı bir dövrdə həm müxalifətin, həm də iqtidarın diqqəti əsasən Gümrü bələdiyyə seçkilərinə yönəlib. Mübaliğəsiz demək olar ki, Gümrü seçkiləri “Mülki müqavilə” üçün çox vacibdir və hətta onu ölüm-dirim mübarizəsi də adlandırmaq olar. Regionlarda əsas strukturlara öz adamlarını gətirmək, növbəti parlament seçkilərində dəstək almaq Paşinyan hakimiyyətinin əsas məqsədlərindən biridir.

İşin maraqlı tərəfi odur ki, müxalifət bu qanun layihəsinə səs verməməklə, gələcəyə yönəlik addımlar atırlar. Birincisi, siyasətdən az-maz başı çıxan hər kəs dərk edir ki, Ermənistanın Avropa İttifaqına üzvlüyü Marsda su tapmaq qədər qəliz məsələdir. Çünki qurumun yeni ildə yayımlanan platformasında genişlənmə siyasəti ilə bağlı heç bir bənddə buna işarə yoxdur. İkincisi, ortada Gürcüstan təcrübəsi var və neçə illik gözləntidən sonra eyni fiaskonun İrəvanı da gözləyəcəyi gün kimi aydındır. Üçüncüsü, ortada standartlar məsələsi var və beynəlxalq hesabatlara baxanda, Ermənistanda son il ərzində Aİ-nin tələblərinin heç birinin reallaşmadığı, vəziyyətin daha da pisləşdiyi üzə çıxır. Bu sıraya təhsil, səhiyyə və korrupsiyaya qarşı mübarizədə hakimiyyətin uğursuzluqlarını da qeyd etmək lazımdır.

Eyni zamanda iqtisadi uyğunsuzluq da əsas problemlərdəndir və bu standartlara çatmaq üçün İrəvana ən azı 50 il vaxt lazımdır. Dördüncüsü, 12 fevral tarixində Ermənistan parlamentində qəbul edilən qanun layihəsi ilə bağlı nə Avropa Komissiyasından, nə də Aİ-nin siyasi qurumlarından heç bir bəyanat səsləndirilməyib, dəstəklənməyib. Bu da onu deməyə əsas verir ki, İrəvan Aİ-inin heç vecinə də deyil. Qəbul edilən qanun layihəsi İttifaqın heç tükünü də tərpətməyib. Çünki onlar belə bir üzvlüyü nəzərdə tutmayıblar. Danışıqlar, söhbətlər sadəcə siyasi manipulyasiya xarakteri daşıyır.

İşin maraqlı tərəfi odur ki, Nikol Paşinyanın diktəsi və Qərbdəki ağalarının sifarişi ilə parlamentə daxil olunan qanun layihəsi birbaşa Ermənistan Konstitusiyasının pozulmasıdır. Məsələ burasındadır ki, Konstitusiyanın 205-ci maddəsi və Ermənistan Respublikası Qanununun 15-ci maddəsi ilə millətlərarası beynəlxalq təşkilatlara üzvlük proseduru tənzimlənir. Müvafiq olaraq, beynəlxalq təşkilat kimi Avropa İttifaqına qoşulma prosesinin təşəbbüskarı olmaq səlahiyyəti hökumətə, üzvlük üçün zəruri olan referendumun keçirilməsi qərarı isə Ermənistan Respublikası xalqının iradəsini birbaşa ifadə edən referendum yolu ilə Milli Assambleyaya məxsusdur. Elə buna görə də parlamentdə qəbul edilən qanun layihəsi hüquqi baxımdan absurd sənəd sayılır, çünki qanunun tələblərinə uyğun deyil.

Bundan əlavə, layihədə yer alan “Ermənistan Respublikası xalqının iradəsini ifadə edən Ermənistan Respublikası” ifadəsi birbaşa Konstitusiyanın 205-ci maddəsinin 1-ci hissəsi ilə ziddiyyət təşkil edir. Çünki erməni xalqının Aİ-yə üzvlüklə bağlı iradəsi yalnız referendum yolu ilə ifadə edilə bilər. Parlament isə bu qanun layihəsi ilə xalqın iradəsini yox, öz iradəsini ifadə edib. Belə bir qanun layihəsi parlamentə bir neçə min imza ilə yox, referendum nəticəsi ilə daxil ola bilərdi. Deməli, Paşinyan komandası siyasi ambisiyaları üçün Konstitusiya maddəsini pozub.

Beləliklə, hüquqi baxımdan qanun layihəsinin Avropa İttifaqına üzvlük və ya üzv olmama məsələsi ilə bağlı hər hansı hüquqi nəticəsi ola bilməz, lakin bir siyasi sənəd kimi Ermənistan Respublikasının dövlətlərüstü təşkilatlara, xüsusən də Avrasiya İqtisadi İttifaqına üzvlüyü nəzərə alınmaqla, Ermənistan Respublikası üçün geri dönməz siyasi və iqtisadi nəticələr ola bilər. Çünki bu proses erməni iqtisadiyyatı üçün həyati əhəmiyyət kəsb edən Aİİ bazarları ilə azad ticarəti təhlükə altına qoyur.

Xatırlamaq lazımdır ki, bu yaxınlarda Rusiya XİN-in müavini Mixail Qaluzin bəyanat verərək bildirdi ki, İrəvan Aİ və Aİİ arasında seçim etməli olacaq. Bu da Ermənistan iqtisadiyyatının ciddi təhlükə ilə üz-üzə olduğuna işarədir. Belə bir qanun layihəsinin erməni dövləti üçün mənfi geosiyasi nəticələri də mövcuddur. Paşinyan bununla da Ermənistanı geosiyasi çıxılmaz vəziyyətə sala bilər.

Bütün bunlardan çıxan nəticə odur ki, parlamentə təqdim edilən qanun layihəsi əslində hakim partiyanın növbəti populist addımıdır. Qərbpərəst qanad ictimaiyyətə vizaların liberllaşdırılacağı vədini versələr də, Paşinyan hakimiyyəti dövründə yerli sakinlər Aİ-yə üzv dövlətlərə viza almaqda daha çox çətinliklə üzləşiblər.

Qısacası, Aİ-nin Ermənistana ehtiyacı yoxdur və onu orada gözləyən yoxdur. İrəvan və Paşinyan hakimiyyəti Qərbə sadəcə Rusiyaya qarşı mübarizə baxımından lazımdır. Bir sözlə, “Avropaya doğru” layihəsi nəinki nöqsanlıdır, həm Ermənistan-Rusiya, həm də Ermənistan-Avropa İttifaqı əlaqələrinə və münasibətlərinə daha çox xələl gətirəcək. Ermənistan Aİ-yə üzv ola bilməyəcək, amma paralel olaraq Rusiya və İranla münasibətləri korlayacaq…(Report)

Post navigation

Previous: Zaxarova: Ermənistan Aİ-yə üzvlüyün mümkün nəticələrini anlamalı və əhalinin fikrini öyrənməlidir
Next: Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb

Bölmənin digər xəbərləri

6ab237cc231386abb
  • Siyasət

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

Cavidan 22 Sentyabr, 2026
Screenshot_20260921_173337_com_android_chrome_ChromeTabbedActivity
  • Siyasət

Şakərindən əl çəkə bilməyən Ermənistan – köhnə havaya “oynayan” rəsmi İrəvan – ŞƏRH

Cavidan 21 Sentyabr, 2026
raeh5NCLseTv
  • Siyasət

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət – ŞƏRH

Cavidan 18 Sentyabr, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 145)
  • Dünya (1. 061)
  • Gündəm (3. 382)
  • İdman (237)
  • İqtisadiyyat (163)
  • Kateqoriyasızlar (221)
  • Kriminal (286)
  • Mədəniyyət (96)
  • Siyasət (415)
  • Texnologiya (15)

Xəbər Trendi

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir 1df1e942-9463-326e-p 1
  • Cəmiyyət

Prezident: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını prioritet hesab edir

22 Sentyabr, 2026
Sabah Azərbaycanda 34 dərəcə isti olacaq t5ZwNU7K9bq7SIRnb 2
  • Cəmiyyət

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

22 Sentyabr, 2026
Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib 6ab237cc231386abb 3
  • Siyasət

Prezidentin sədrliyi ilə dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramına həsr olunmuş müşavirə keçirilib

22 Sentyabr, 2026
Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib 5c0b07d4-f447-35bf b 4
  • Gündəm

Formula 1-ə görə Bakıda bəzi məktəblər distant təhsilə keçib

22 Sentyabr, 2026
Sentyabrın pensiya ödənişləri yekunlaşıb 6ab221e3440a86ab221e3 v 5
  • Cəmiyyət

Sentyabrın pensiya ödənişləri yekunlaşıb

22 Sentyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3145) Dünya (1061) Gündəm (3382) Kateqoriyasızlar (221) Kriminal (286) Mədəniyyət (96) Siyasət (415) Texnologiya (15) İdman (237) İqtisadiyyat (163)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.