Skip to content
16 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  •  “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik – ANALİZ
  • Gündəm
  • Siyasət

 “Soyuq müharibə”nin qalibləri “Amerikanın səsi”, “Azadlıq” yolayrıcında: ya arxiv, ya yenilik – ANALİZ

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarının bağlanması ilə bağlı təklifi
Cavidan 10 Fevral, 2025
23cbc87d-3003-3c89-b798-e7ec3f8f1137_850

ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask “Azadlıq Radiosu” və “Amerikanın səsi” radiostansiyalarının bağlanması ilə bağlı təklifi dəstəkləyib.

Prezident Donald Trampın ən yaxın adamlarından sayılan ABŞ-nin məşhur iş adamı, milyarder maraqlı çıxış, görüş və təşəbbüsləri ilə seçilir.

Prezidentin andiçməsindən bir neçə gün sonra Mask iki milyon federal məmura e-poçt göndərərək onları işdən çıxmağa çağırıb. O, işçilərə yeddi aylıq əməkhaqqının bonus şəklində verilməsini də təklif edib.

Ötən ilin payızında o, seçilmiş prezident Donald Trampın müşaviri olaraq İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səidinin iştirakı ilə İslam Respublikasının iki məmuru ilə görüşüb. Tərəflər ABŞ ilə İran arasında gərginliyin azaldılmasına dair məsələləri müzakirə ediblər. Məlumatlara əsasən, bir saatdan artıq sürən danışıq “müsbət” qiymətləndirilib.

Bu günlərdə dünya mediasının gündəmində müzakirə olunan USAID-lə bağlı ən sərt ifadəni də dövlət rəsmisi kimi İlon Mask işlədib: “Bu, cinayətkar təşkilatdır və ölmək vaxtıdır”. İlon Mask Ağ Ev administrasiyasında heç bir vəzifə daşımasa da, təklifləri dövlət başçısı tərəfindən bəyənilir.

Bu açıqlamanın ardınca Donald Tramp agentliyin Vaşinqtondakı mənzil-qərargahının bağlanmasına razılıq verib.

İlon Mask bir müddət əvvəl dövləti “Associated Press” və “Politico”nu maliyyələşdirməni, “talançı xərcləmələri” dayandırmağa çağırıb. Bunun ardınca “Politico”nun maliyyələşməsi planı dayandırılıb.

Belə çıxır ki, ABŞ Prezidentinin dövlət büdcəsinə qənaət siyasətinə “Azadlıq Radiosu” və “Amerikanın səsi” də daxil edilib.

İlon Mask ABŞ Milli kəşfiyyatının keçmiş direktoru Rik Qrenellinin bunların bağlanması ilə bağlı təklifini dəstəkləyərək bildirib: “Boğucu bürokratiyanı nəzərə almasaq, Avropa indi azaddır. Onlar heç kim dinləmir. Sadəcə olaraq, radikal, ağılsız solçular amerikalı vergi ödəyicilərinin bir milyard dollarını yandırmaq üçün öz aralarında danışırlar”.

Hər iki radio keçmiş SSRİ-nin dağılmasında siyasi-təbliğat vasitəsi və alternativ informasiya mənbəyi kimi əvəzsiz rol oynayıb.

“Azad Avropa radiosu/Azadlıq radiosu” 1949-cu ildə Milli Komitə tərəfində Azad Avropa uğurunda anti-kommunist təbliğat mənbəyi olaraq yaradılıb. Əvvəllər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi və Konqresi tərəfindən maliyyələşib. 1976-cı ildə bu radiolar birləşib.

1950-ci il iyulun 4-də Qərbi Almaniyada sosialist düşərgəsi üçün verilişlər yayımlayıb. Əvvəlcə Bolqarıstan, Çexoslavakiya (indiki Çexiya və Slovakiya – red.), Macarıstan, Polşa, Rumıniyaya, 1975-ci ildən isə Litva, Latviya və Estoniya üçün proqramlar hazırlayıb, xəbərlər verib.

“Azadlıq Radiosu”nun Azərbaycan xidməti 1953-cü il martın 6-da təsis edilib. Bu redaksiyanın ilk direktoru Abdürrəhman Fətəlibəyli olub.

1990-cı il yanvarın 20-də Bakıda sovet qoşunlarının törətdiyi qanlı hadisələri bütün dünyaya və Azərbaycan vətəndaşlarına büronun rəhbəri Mirzə Xəzər Mehdi Məmmədovun vasitəsi ilə çatdırıb.

2014-cü ilin dekabrından radionun Bakı bürosu bağlanıb. Onun verilişləri Praqadan yayımlanıb. Zaman keçdikcə Azərbaycan cəmiyyətinin informasiya əldə etmək imkanları genişləndiyindən radio öz aparıcılığını da itirib.

“Azadlıq radiosu” Azərbaycan dili ilə yanaşı, rus, erməni, gürcü, adıgey, avar, inquş, osetin, çeçen, karaçay-balkar, qazax, qırğız, tacik, özbək, türkmən, tatar, Belarus, Ukrayna, uyğur, qarakalpak, Kırım-tatar dillərində verilişlər yayımlayıb, yayımlayır.

Sovet kəşfiyyat xidməti bu radionun neçə-neçə əməkdaşının qətlə yetirməsində ittiham olunur.

Radionun Pakistan, Əfqanıstan, İran, İraq və başqa ölkələr üzrə büroları da fəaliyyət göstərir.

“Amerikanın səsi” radiosu ABŞ-nin Qlobal media agentliyinin tərkib hissəsidir. Onun mənzil-qərargahı Vaşinqtonda yerləşir. O, Azərbaycan dili də daxil olmaqla, ingilis və daha 45 dildə xəbərlər, rəylər, mədəniyyət proqramları yayımlayır.

Radiostansiya ilk dəfə 1942-ci il fevralın 24-də yayımlanmağa başlayıb.

Bu radio ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşir.

Keçmiş SSRİ vətəndaşları hər iki radiodan ittifaqda baş verənlər barədə doğru məlumatlar əldə edib. Hətta bir zamanlar bu radioları dinləyən SSRİ sakinlərinə qarşı cinayət işi açılıb.

Bu radiolar “soyuq müharibə”nin təbliğat vasitələri sayılıb. Hadisələr sübut etdi ki, “Azadlıq” və “Amerikanın səsi” radiostansiyaları ABŞ-SSRİ informasiya müharibəsinin qalibləridəndir. Onlar yaydıqları xəbərlər, hazırladıqları verilişlərlə sovet cəmiyyətindən gizli saxlanılan mətləbləri ifşa ediblər.

Hətta cəmiyyətin Sovet İttifaqı Kommunist Partiyasının başçılıq etdiyi rejimə qarşı mübarizəyə hazırlanmasında da onların rolu danılmazdır.

Bu, bir tarixi epoxadır. Keçmiş SSRİ vətəndaşları arasında bu radioları izləməyən az adam tapılar.

İndi vəziyyət dəyişib. Cəmiyyətlərin informasiya əldə etmək imkanları da çoxalıb. Xüsusən, sosial şəbəkə bu istiqamətdə daha fəaldır. Görünür, İlon Mask və Rik Qrenelli maliyyə baxımından onların bağlanmasını istəyirlər. Digər tərəfdən, zaman keçdikcə bəzən informasiya vasitələrinin fəaliyyəti dövlətlərarası münasibətlərə də xələl gətirə bilir. Həmin ideyanın yaranmasına bu məsələnin də səbəb olması istisna edilmir.

Dünyada alternativ informasiya əldə etmək imkanları genişləndikcə xarici təsirləri azaltmaq həm də hər dövlətin təhlükəsizlik məsələsinə çevrilir. Odur ki, ölkələr təhlükəsizliyi təhdid edən mənbələri neytrallaşdırmağa çalışırlar. Belə çıxır, həmin radiolar qlobal təhlükəsizlik baxımından ABŞ-nin maraqlarına artıq uyğun sayılmır. Ona görə də sözü Ağ Evdə keçən İlon Mask maliyyələşdirmə məsələsini qabartmaqla onların bağlanmasına diqqəti çəkib.

Hazırda Rusiya Ukraynada müharibə aparır. Ukraynalıların isə daha çox hərbi sahədə yardıma ehtiyacı var. Çünki bu savaşın hədəfləri məlumdur. Onu “Azadlıq”sız belə şərh edənlər çoxdur. “Amerikanın səsi” və “Azadlıq” radioları artıq aparıcı deyillər. Onlar “soyuq savaşın” qalibləridir. Odur ki, bu informasiya vasitələri ya tarixə qovuşacaq, ya da dəyişəcək…(Report)

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Milli Məclisin növbəti plenar iclasının tarixi və gündəliyi açıqlanıb
Sonrakı: Nazirlik: Heyvanların aşağı çəkidə kəsilməsi ət istehsalına mənfi təsir göstərir

Bölmənin digər xəbərləri

BVSpZcyrH8UTPC4Mpmn
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

Cavidan 16 Oktyabr, 2026
v-a593-3838e9591392_1200
  • Cəmiyyət

Paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslər “Tərəqqi” medalı ilə təltif edilib

Cavidan 16 Oktyabr, 2026
BgdWpx14hmRP1dfN b
  • Gündəm

Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib

Cavidan 15 Oktyabr, 2026

Teqlər

2026 Aktiv yaddaş Alış-veriş Android ani çap AnTuTu Apple Azerbaijan Business Women AzInTelecom Birbank Business Counterpoint Research Elektron ticarət Fitbit Edge Fitnes-qolbaq fotoaparat Fujifilm Gadget geympad Google Instax Square 2 iPad Pro iPhone 18 Pro Mastercard Meta Microsoft Muse Wonder Newsbeat oyun Planşetlər Pul köçürmələri Reytinq Rəqəmsal İmza Samsung Science SheMatters Pakistan smartfon Smartfonlar Süni intellekt SİMA İmza Texnologiya Tədqiqat World Xbox Xbox Nano Controller

Bölmələr

  • Cəmiyyət (3. 299)
  • Dünya (1. 084)
  • Gündəm (3. 463)
  • İdman (250)
  • İqtisadiyyat (170)
  • Kateqoriyasızlar (236)
  • Kriminal (300)
  • Mədəniyyət (97)
  • Siyasət (440)
  • Texnologiya (15)

Xəbər Trendi

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb 6ad22284840ac6ad22v 1
  • Dünya

Surqutda “Qazprom”un müəssisəsi dron hücumuna məruz qalıb, güclü yanğın başlayıb

16 Oktyabr, 2026
Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var qeza__1_ 2
  • Cəmiyyət

Avtomobil TIR-la toqquşdu – Ölən və yaralananlar var

16 Oktyabr, 2026
Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları BVSpZcyrH8UTPC4Mpmn 3
  • Siyasət

Prezidentin AQEM Sammitində sülh, əməkdaşlıq, təhlükəsizlik çağırışları

16 Oktyabr, 2026
Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb 6ad20c5e54b746ad20c5e5v 4
  • Cəmiyyət

Azərbaycanın Baş Qərargah rəisi NATO-nun nümayəndə heyəti ilə görüşüb

16 Oktyabr, 2026
Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər tzwFEebTOuIZtyvDbnYv 5
  • Cəmiyyət

Paşinyan və Pezeşkian İrəvanda ikitərəfli münasibətləri müzakirə ediblər

16 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3299) Dünya (1084) Gündəm (3463) Kateqoriyasızlar (236) Kriminal (300) Mədəniyyət (97) Siyasət (440) Texnologiya (15) İdman (250) İqtisadiyyat (170)

Sayt üzrə statistika

  • 0
  • 103
  • 96
  • 4. 913

«Addim.az günün 24 saatı ərzində ölkədə və dünyada baş verən ən mühüm və aktual hadisələri operativ şəkildə işıqlandırır, cəmiyyəti maraqlandıran suallara cavab axtarır, dərin analitik təhlillər, foto və videohesabatlarla oxucularına informasiya dünyasında hər addımda bələdçilik edir.»

  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.