Skip to content
29 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab – ŞƏRH
  • Siyasət

Rusiya təbliğatının ənənəvi aqressiyası – Azərbaycanın haqlı tələblərinə şantajla cavab – ŞƏRH

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi”nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması
Cavidan 7 Fevral, 2025
27f914ed-79c7-3cba-b81a-5a01e6ffec6a_850

Rusiya tərəfi AZAL-a məxsus təyyarənin vurulması ilə bağlı rəsmi Bakının tutarlı arqumentlərinə, “Rus evi”nin qeyri-qanuni fəaliyyətinin qarşısının alınması ilə bağlı addımlarına özünəməxsus şəkildə cavab verməyə başlayıb.

Hər hansı bir keçmiş sovet respublikasına qarşı siyasət yürüdərkən Rusiya tərəfi ənənəvi olaraq onun diasporuna təzyiqlərin olacağı ilə təhdid edir. Bu dəfə də eyni oldu. Şimal qonşumuz özünün ağır artilleriyasını işə salmaq qərarına gəlib. Məsələyə bu ölkənin hakim “Yedinaya Rossiya” partiyası cəlb edilib. Bu partiyanın Dövlət Dumasında təmsil olunan nümayəndələri də illərdir sınaqdan çıxmış “tədbirlərin” görülməsini təklif ediblər.

Belə ki, deputat Nikolay Valuyev Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının qapadılması, biznesin məhdudlaşdırılmasını, bu ölkə ərazisində qeyri-qanuni yaşayan azərbaycanlıların çıxarılmasını, qanuni yaşayanların isə hərbi uçota götürülməsi və cəbhəyə göndərilməsi və s. bu kimi iddialarla çıxış edib. Bundan ürəyi soyumayan “Velikorus şovinizmi”nin parlaq nümayəndəsi azərbaycanlılar da daxil olmaqla Mərkəzi Asiya və Qafqazdan olan gəlmələri öz xəstə və irqçi təxəyyülünün məhsulu olan və rus dilində jarqon istifadə olunan “şobla-vobla” adlandırıb.

100-ə yaxın xalqın dövləti kimi özünü təqdim edən Rusiya Federasiyasında deputat digər millətlərin nümayəndələrinin ünvanına jarqon sözlərlə təhqirlə yağdırırsa, bu, həmin ölkədə yaşayan və ya ora hər hansı bir məsələdən ötrü səfər etmək istəyən digərlərinə də ciddi siqnaldır.

Məlum məsələdir ki, Azərbaycana qarşı addımlarla bağlı təkliflər paketi ömrünü boksa həsr edən, karyerası ərzində başından zərbələr alan bir şəxsin beyninin məhsulu deyil. Bunun kökünü Kremldən gələn göstərişlərdə axtarmaq lazımdır.

Nikolay Valuyev

Buna sübut kimi həmin partiyanın Dumada digər nümayəndəsi Yevgeni Popovun səsləndirdiyi təkliflərdir. O təklif edib ki, əgər “Rossotrudniçestvo”nun fəaliyyəti dayandırılarsa, Azərbaycanın Rusiyada iki şirkətinin də fəaliyyətinə baxmaq lazımdır.

Ukraynanın Donetsk vilayətində separatçılıq işlərində qazandığı uğurlara görə, Rusiyanın Dövlət Dumasının deputatı mandatını hədiyyə alan Andrey Pinçuk adlı birisi isə özünün terrorçu mahiyyətini ortalığa qoyaraq “Crocus” şirkətinin və “Sadovod” ticarət kompleksinin az qala müsadirə edilməsi təklifini irəli sürüb. Gələcəkdə erməni separatçısı Arayik Arutunyanın taleyini yaşaya biləcək A.Pinçuk nəzərə almayıb ki, “Sadovod” prezident Vladimir Putinin dostu və sinif yoldaşı İlham Rəhimova məxsusdur.

Belə bir təklifi iki faktorla izah etmək olar. Ola bilər ki, Pinçukun başı Donetskdə separatçılığa elə qarışıb ki, vacib məsələlərdən məlumatsızdır. Və ya Rusiyada mərkəzdənqaçma meyilləri elə güclənib ki, hətta hakimiyyətyönlü təbliğatçılar özlərində ölkə rəhbərinə meydan oxumaq cürəti tapıblar.

Bu ara rusiyalı təbliğatçılar hədlərini o dərəcədə aşıblar ki, Azərbaycanın mülki təyyarəsinin vurulmasında rəsmi Bakını ittiham etməyə başlayıblar.

İttihamlara qalsa Azərbaycan Rusiyanı “top atəşinə” tutar. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı Rusiyanın birmənalı dəstəyindən tutmuş, ötən əsrin 90-cı illərində bir milyard dollarlıq silahın Ermənistana verilməsinə qədər. Məsələni ictimailəşdirən general Lev Roxlinin öldürülməsini də bu sıraya qatmaq olar. Ermənistanda uzun illər hakimiyyətdə olmuş Koçaryan və Sarqsyan rejimləri də məhz Kremlin birbaşa dəstəyi sayəsində iqtidarı əldə saxlayırdılar.

Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsi

İkinci Qarabağ Müharibəsi zamanı da Rusiya 90-cı illərdəki addımlarını təkrarladı. Erməni tərəfi Rusiya tərəfindən silahlandırıldı, Azərbaycana qarşı istifadə edilmək üçün onlara “İsgəndər”, “Pansır”, “Pole 3M” və digər sistemlər verildi.

44 gün ərzində Azərbaycan mətbuatı bununla bağlı dəfələrlə yazılar dərc etdi, məsələyə dövlət başçısı səviyyəsində münasibət bildirildi.

Silah yardımından əlavə Rusiya Ermənistana informasiya sahəsində də lazımi yardımı göstərdi. Bu ölkənin əsas telekanallarının efirindən solovyovlar, skobeyevalar və digərləri Azərbaycana qarşı saysız-hesabsız tənqid, təhqir, hədələr yağdırdılar.

Rusiyanın təbliğatçıları hətta Azərbaycanın işğalda altında olan torpaqlarının azad edilməsini də onun xoş niyyəti kimi qələmə verirlər. Yəqin bu “xoş niyyətin” nəticəsi kimi Rusiya hər vəchlə torpaqların tam azad edilməsinə mane olmağa çalışırdı. Vəziyyəti nəzarətdən qaçırmamaq üçün Moskvanın son ümidi bölgəyə yeridilən sülhməramlılarla bağlı idi. Kremldə elə bilirdilər ki, Qarabağı da Ukraynanın ərazisində qeyri-qanuni yaradılmış qondarma Luqansk XR, Donetsk XR kimi istifadə etmək olar.

Bu fonda rusiyalı milyarder Ruben Vardanyanın Qarabağda qəfil peyda olmasını da yalnız sadəlövh insanlar təsadüf saya bilər. Rusiyada Vardanyan tipli oliqarxların birbaşa olaraq xüsusi xidmət orqanlarının kurasiyası altında fəaliyyət göstərdiyini nəzərə alsaq onun da Kremlin “Qarabağ layihəsi” kimi qəbul edilməsi təbiidir. Bundan başqa həmin zaman Qarabağda Rusiya diasporu da peyda oldu. Hətta ona sədr də tapıldı. Lakin Azərbaycan jurnalistlərinin qısa araşdırmasından sonra məlum oldu ki, həmin sədr də son təyinatına qədər Rusiyada Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşı olub.

Moskva, Kreml

Miqrantlarla bağlı şantajlara gəldikdə, Rusiya da bu kateqoriyadan olan insanlarla necə davranılması hamıya məlumdur. Artıq insanları şantaj edib, hədə-qorxu gəlib müharibəyə aparır və qırğına verirlər.

Azərbaycana qarşı təbliğatçıların istifadə etmək istədikləri iqtisadi faktorlara gəldikdə isə qeyd etmək lazımdır ki, 2024-cü ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4,8 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin cəmi 10 %-ni təşkil edir. İki ölkə arasındakı ticarət dövriyyəsinin 75 %-ni isə Rusiyanın Azərbaycana ixracı təşkil edir. Kimə daha böyük ziyan dəyəcəyi də bu rəqəmlə izah olunur.

Azərbaycan heç kimdən asılı deyil, hamı ilə əməkdaşlığa hazırdır, amma bu cür davranışı da qəbul etmir. Heç bir tarixi mərhələdə Azərbaycanda Rusiya rəhbərliyinə, xalqına qarşı təhqiramiz davranış olmayıb. Amma bu gün Kremlə yaxın “propaqandistlərin” ritorikası Rusiyanın hakimiyyət dairələrində nələrin baş verdiyi məsələsi ətrafında bir daha düşünməyə ciddi əsas yaradır.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Şurada deputat Əli Əhmədovu Samir Şərifov əvəz edəcək
Next: Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026
aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.