Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Tramp-Netanyahu görüşünün nəticəsi  – “Yaxın Şərqin Rivierası” – TƏHLİL

ABŞ Prezidenti Donald Trampın ilk rəsmi qonağı İsrailin Baş naziri Benyamin Netanyahu olub. O, yəhudi dövlətinin hökumət başçısını
Cavidan 6 Fevral, 2025

ABŞ Prezidenti Donald Trampın ilk rəsmi qonağı İsrailin Baş naziri Benyamin Netanyahu olub. O, yəhudi dövlətinin hökumət başçısını fevralın 4-də qəbul edib.

Bu görüş HƏMAS və Livan “Hizbullah”ı ilə İsrail arasında atəşkəsdən, habelə Suriyada Bəşşar Əsəd rejiminin süqutundan sonra baş tutduğuna görə regional və qlobal baxımdan əhəmiyyətli, diqqət mərkəzində olan bir hadisə idi. Çünki İsrailin HƏMAS və “Hizbullah”a qarşı keçirdiyi hərbi əməliyyatlar bütün istiqamətlərdə ABŞ, Böyük Britaniya tərəfindən dəstəklənib, yardım olunub.

Bununla yanaşı, silahlı qruplaşmaların yəhudi dövlətinə qarşı müharibəsində iştirakını elan edən Yəməndəki husi qiyamçılara qarşı Ştatlar və Krallıq ara-sıra havadan zərbələr endirərək onları zəiflətmək taktikasını seçmişdi.

Bütün hallarda bu savaşda İsrail hökuməti başçısının qətiyyəti də qeyd ediləsi haldır. Çünki ona hökuməti ilə birlikdə beynəlxalq səviyyədə və ölkə daxilində güclü təzyiqlər də var idi. Qlobal miqyasda ona “soyqırımı törətməyə” son verməyə, daxildə isə istefaya çağırışlar edilirdi.

Bütün hallarda Benyamin Netanyahu hökumətin qarşıya qoyduğu vəzifəni yerinə yetirən baş nazir oldu. O, İsrailin təhlükəsizliyini təhdid edən üç real qüvvəni neytrallaşdırmaqla regionda yeni şəraitin qurucularından biri kimi ölkəsinin tarixində yer ala biləcək.

Regionda bu uğurun qalibi kimi onun ABŞ-də qarşılanması önəmli sayılır.

HƏMAS, “Hizbullah”, Bəşşar Əsədin zəifləməsi və süqutunda beynəlxalq ictimaiyyətin də oynadığı önəmli rolu nəzərdən qaçırmaq ədalətsizlik olardı. Çünki ərəb dövlətləri, Türkiyə, Çin, Avropa İttifaqı, Rusiya müəyyən mənada neytral olmaqla qarşı tərəfin uğuru üçün “yaşıl işıq” yandırdı. Əks halda, silahlı qarşıdurma davam edə, itki və dağıntıların miqyası daha böyük ola bilərdi.

Bu baxımdan, beynəlxalq ictimaiyyət də Donald Trampla Benyamin Netanyahunun görüşünü, orada veriləcək bəyanatları diqqətlə izləyib.

Nəzərə almaq lazımdır ki, regionda sülhün tərəfdarı olan Qərbdən xaric qüvvələr özlərini daha çox əməkdaşlıq və ticarətin tərəfdarı sayırlar. Ona görə də ABŞ liderinin görüşdə verdiyi açıqlamalar həm də bölgənin gələcəyi üçün müəyyən mənada yol xəritəsi də sayıla bilər.

Bu sammitdə əsas hansı istiqamətlər diqqət mərkəzində olub:

– Qəzza zolağının gələcəyi;

– Fələstin dövlətinə münasibət;

– İsrailə hərb də daxil olmaqla, ediləcək yardım;

– İsrailli köçkünlərin evlərinə qayıtmaları;

– ABŞ-nin regionda hərbi mövcudluğunun davam etməsi;

– ərəb dövlətləri ilə İsrailin gələcək əməkdaşlığı;

– Yaxın Şərqin gələcəyinə dair ismarışlar və s.

Donald Tramp Binyamin Netanyahu ilə birgə mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib: “Birləşmiş Ştatlar Qəzza zolağına nəzarəti ələ keçirəcək və biz orada işlər görəcəyik. Biz onun sahibi olacağıq və bu ərazidəki bütün təhlükəli partlamamış bombaların, başqa silahların çıxarılmasına görə məsuliyyət daşıyacağıq”.

O, zolağın sakinlərini başqa ölkələrə köçürmək istədiklərini də vurğulayıb. Donald Tramp əlavə edib ki, Qəzza dağılmış binalardan və partlamayan bombalardan təmizlənəndən sonra iqtisadi inkişaf məsələləri üzərində işləyəcəklər. Onun sözlərinə görə, Qəzzada indiki vəziyyətdə sakinlərin yaşaması mümkün deyil: “Bura insanları xoşbəxt edə biləcək bir yer olmalıdır”.

Tramp administrasiyasının hesablamalarına əsasən, müharibə nəticəsində dağılan bölgənin bərpası 3-5 il sürə bilər.

Məlum olduğu kimi, Qəzza zolağı uzun illər Fələstindəki müxtəlif silahlı qruplaşmaların yerləşdiyi əsas ərazilərdən olub. Bu baxımdan, onun ancaq HƏMAS dövründən, yəni 20 ilə yaxın müddətdə bu hala düşdüyünü zənn etmək düzgün sayılmaz.

Zolaqda uzun tunellər, istehkam qurğularında silah-sursatların gizlədilməsi, müharibə zamanı istifadə edilən raket anbarları, minalar və başqa döyüş sursatlarının olduğu istisna edilmir. Ona görə Donald Tramp ərazinin bu kimi partlamamış bombalardan təmizlənməsini istədiklərində israrlı görünür.

Misir, İordaniya və başqa ərəb ölkələri 2,3 milyon fələstinlinin – zolaq sakinlərinin ərazilərində yerləşdirilməsi ilə bağlı ABŞ prezidentinin çağırışından imtina ediblər. Donald Tramp isə bu addımı humanitar baxımdan atdıqlarını bildirib. Bununla belə o, HƏMAS-la İsrail arasında uzunmüddətli atəşkəsin qalacağına da ehtiyatla yanaşıb: “Sülhün qorunacağına mənim heç bir təminatım yoxdur”.

İsraillə ABŞ-nin maraqlarının üst-üstə düşdüyü məsələlərdən biri İran hakimiyyəti ilə bağlıdır.

Binyamin Netanyahunun səfərindən əvvəl Donald Tramp İrana qarşı iqtisadi təzyiqləri gücləndirmək haqqında sərəncam imzalayıb. Həmin sənəddə İslam Respublikasının neft ixracını sıfır səviyyəsinə endirməyə nail olunması nəzərdə tutulub.

Bununla belə, ABŞ prezidenti mətbuat konfransında İranla münasibətin faciəli bitməsini istəmədiyini də bildirib. Tramp iranəsilli ABŞ vətəndaşları arasında çoxlu dostlarının olduğunu vurğulayaraq deyib: “Onlar gözəl insanlardır. Mən həqiqətən razılaşma, sülh istəyirəm və bunun fəlakətlə bitməsini istəmirəm”.

O, bir daha qeyd edib ki, İslam Respublikası heç vaxt nüvə silahı əldə etməməlidir. Çıxış və imzaladığı sənədlərə əsasən, belə ehtimal etmək olar ki, Donald Tramp İrana maksimum təzyiq və danışıq taktikasını seçib. Başqa sözlə, “kökə və qamçı”.

Bu məsələdə seçimin məsuliyyəti Tehranın üzərində qalıb.

Almaniya, Fransa, İspaniya, Kanada, Çin xarici işlər nazirlikləri Qəzza zolağından sakinlərin məcburi köçürülməsinin beynəlxalq hüquqa zidd olduğunu bildiriblər. Bu ölkələrin Trampla müəyyən intriqaları olduğunu nəzərə alsaq, açıqlamalarında obyektiv olmadıqları da istisna edilmir. Belə qənaətə gəlmək olar ki, həmin ölkələr Ağ Evə təzyiq üçün Qəzza zolağından müvəqqəti köçürülmədən alət kimi istifadə edirlər.

Böyük Britaniyanın Baş naziri Kir Starmer Krallığın Aşağı Palatasında çıxışında deyib ki, sakinlər evlərinə qayıtması üçün Qəzza zolağının bərpasında fələstinlilərə yardım edə bilərlər. O, iki dövlətlə bağlı məsələnin həllində fələstinlilərin yanında olacaqlarını da qeyd edib.

Donald Trampın açıqlaması regionda əsas söz sahibi ABŞ-nin olduğunu deməyə əsas verir. Belə düşünmək olar ki, Qəzza bütün beynəlxalq təzyiqləri, təhdidləri, təhlükəsizlik problemlərini göz önünə alaraq onu HƏMAS-dan, başqa silahlı qruplaşmalardan təmizləyənindir. Oranın bərpası, idarə edilməsi, gələcəyi barədə qərarı o verəcək.

Trampın açıqlamasına əsasən, bu, ABŞ-İsrail cütlüyüdür. O, Qəzzanı “Yaxın Şərqin Riviera”sına çevirəcəyik deyib. Riviera – qədim italyan sözüdür. Kot d’Azur Fransanın 1860-cı ildə ilhaqından sonra Nitsa qraflığına verdiyi ilk ləqəbdir. Çünki oradakı iqlim qışda belə dəniz kimi mavi səma ilə Şimali İtaliyanın iqliminə bənzəyirdi. Lanqedok və Provans bölgələrində Mistral (şimal-qərb) və Tramontana (şimal) küləkləri əsdikdə Aralıq dənizinin temperaturu yayda çox sərin olur. Bu fenomen Fransız Rivierası ilə İtaliya Rivierası arasındakı sahildə çox nadir hallarda və ya ümumiyyətlə müşahidə olunmur. Bu sahil xətti ilk müasir kurort zonalarından biri olub.

Bütün iddialara baxmayaraq, Donald Tramp Qəzza ilə bağlı hədəfini açıqlayıb. Bura silahlı qruplaşmaların, terrorçuların bazasından Kurort Zolaq Rivierasına çevrilə bilər.(Report)

Continue Reading

Previous: Paşinyanın Babayanla gizli ittifaqı, yeni partiyalar – Ermənistan seçkilərə hazırlaşır – ŞƏRH
Next: Prezident minimum pensiyanın artırılmasını təsdiqləyib

Bölmənin digər xəbərləri

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
  • Siyasət

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025

Top 7 Xəbər

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 1

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 2

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 3

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 4

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 5

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 6

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 7

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8470) Dünya (3046) Gündəm (10590) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 10 Dekabr, 2025
  • Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 10 Dekabr, 2025
  • Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 10 Dekabr, 2025
  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.