Skip to content
7 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Paşinyanın Babayanla gizli ittifaqı, yeni partiyalar – Ermənistan seçkilərə hazırlaşır – ŞƏRH

Cavidan 6 Fevral, 2025

Artıq bir müddətdir ki, erməni mətbuatında baş nazirin qəfildən növbədənkənar seçkilər elan edəcəyi barədə xəbərlər dolaşmaqdadır. Bu da öz növbəsində həm müxalifətin, həm də iqtidarın aktivləşməsinə səbəb olub.

Başda “Hayastan” fraksiyası olmaqla, digər müxalif partiyalar tezbazar dövriyyəyə “Nikol Paşinyanın hakimiyyətdə qalması Ermənistanın bir dövlət kimi mövcudluğunu şübhə altına qoyacaq” tezisini buraxaraq cəmiyyətə qorxu saçmağa, zəif elektoratlarını gücləndirməyə çalışırlar.

Hakim partiyada da çaxnaşma baş verib. “Vətəndaş müqaviləsi” partiyasındakı mənbələrin məlumatına görə, Paşinyan bir neçə yaxın silahdaşına növbədənkənar seçkiyə hazırlaşdığını, amma qərarı təkbaşına verməyəcəyini bildirib. O, eyni zamanda deyib ki, hər an fors-major variantlarla hakimiyyəti əldə saxlamağa hamı hazır olmalıdır.

Nikolun bu qərarı təkbaşına verə bilməyəcəyi onun kənardan idarə olunduğu, əsasən Qərb dairələrindən sifariş əsasında hərəkət etdiyini bir daha sübut edir. Elə erməni siyasətçinin ABŞ-yə əvvəlcədən planlaşdırılan dini icmalarla görüşünü də bəzi mənbələr bu məsələ ilə şərh edirlər. Ağ Evin qapısından içəri keçmək, Tramp tərəfindən görüşə dəvət edilmək Paşinyan üçün xülyadan başqa bir şey deyil.

Eyni zamanda, hələlik onunla heç bir yüksək rütbəli Ştatlar rəsmisi də görüşməyib. Sadəcə, bir-iki senator və konqresmenlə başını qatmaqla, ABŞ-Ermənistan münasibətləri barədə moizələr oxumaqla gününü keçirir.

Maraqlıdır ki, baş nazirin erməni icması ilə görüşü də fiaskoya uğrayıb. Görüşdən foto və videoları paylaşan bir sıra portal və sosial şəbəkə səhifələri Paşinyanı alqışlayan şəxsləri tanımadıqlarını, bu insanların diasporun nüfuzlu şəxsləri olmadıqlarını bildiriblər. Elə Nikolun dini icmalarla görüşə ateist Arsen Torosyanı da aparması başqa bir gülünc mövzudur. O, bu hərəkəti ilə ya dini icmalara, xüsusən də Kilsəyə hörmətsizliyini nümayiş etdirir, ya da Torosyanın Qərbdəki “day-dayılarından” istifadə etmək niyyətini güdür.

Qeyd etmək yerinə düşər ki, USAİD-in (ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi) fəaliyyətini dayandırmaq qərarı artıq İrəvanda panikaya səbəb olub. Çünki siyasi fəalların böyük bir qrupu illərdir Amerika proqramlarından qidalanır. Bu vəziyyət Ermənistanın hökumət dairələrini də şoka salıb. Çünki onlar bundan sonra xarici maliyyədən məhrum olanların hədəfinə və maliyyəçisinə çevriləcəklərini başa düşürlər.

Artıq bəzi QHT nümayəndələri deyirlər ki, Ermənistan hökuməti onların itkilərini ödəməlidir və yaxın vaxtlarda onların maliyyələşməsi bərpa olunmasa, bəzi QHT-lərin maliyyə problemlərini hökumət öz üzərinə götürəcək. Vəziyyətin belə olduğu halda güman etmək olar ki, Paşinyan əlavə dərddən qurtulmaq üçün Ştatlarda QHT-ləri üçün dilənçilik fəaliyyətinə də start verəcək, onların maliyyə problemini həll etməyə çalışacaq. Əks halda, onsuz da sosial problemlərlə çalxalanan, hökumətə qarşı hər gün yeni bir cəbhənin yarandığı erməni dövlətində yeni narazı kütlənin ortaya çıxma təhlükəsi var. Seçkilər yaxınlaşdığı üçün belə bir kütlənin yaranması hakimiyyəti əldən vermək istəməyən Paşinyan üçün arzuolunmaz ssenaridir.

Bəs görəsən, Paşinyan seçkilərə necə hazırlaşır? Bu yaxınlarda hakim partiyanın bəzi üzvlərinin mandatının ləğvi, bir sıra iriranqlı məmurların işdən atılması prosesi davam edə bilərmi? Nəzərə almaq lazımdır ki, paralel olaraq Ermənistanda bəzi keçmiş hərbçilərə, yüksək rütbəli ordu mənsublarına qarşı cinayət işləri açılır. Bu isə əvvəlcədən ordunu neytrallaşdırmaq, vəzifədə qalanlara xatırlatma mesajı sayıla bilər.

Cəza tədbirləri elə hakim partiyadan da yan keçmir. Nikol Paşinyan keçmiş dostu və komanda yoldaşı Edmon Marukyanın həyat yoldaşı Tatev Matinyanı Ermənistan Arbitraj və Vasitəçilik mərkəzinin direktoru vəzifəsindən azad etib. Səbəb isə Marukyanın daim dəstəkçisi olduğu Nikol hakimiyyətinin açıqlamaları və qərarlarına etiraz etməsi olub.

Eyni zamanda, yayılan söhbətlərə görə, baş nazir Qarabağ separatçılarından sayılan Samvel Babayanla kölgə əməkdaşlığını yenidən aktivləşdirib. Məlum olub ki, Babayana tikinti tenderləri üçün müəyyən kvota verilib. Samvel isə bundan istifadə edərək Qarabağ ermənisi olan iş adamlarına məlumat ötürür, tenderlər və ətraflı bilgiləri verir, onların qalib gəlməsini təmin edir.

Qarabağ ermənisi bunu pul qazanmaq üçün yox, mümkün qədər geniş kütləni öz tərəfinə çəkmək üçün edir. Ermənistanın ikinci prezidenti Robert Köçəryanın “Hayastan” fraksiyasının da Qarabağ erməniləri kartından istifadə edəcəyini nəzərə alsaq, bu, Paşinyan tərəfindən düşünülmüş plandır. Bu yolla Babayan seçkidən əvvəl böyük elektorat qazana və Köçəryanın səs payını azalda bilər. Çünki Samvelin seçkidə iştirak etmək üçün Ermənistan vətəndaşlığı var və qanunla tələb olunan müddətdə bu ölkədə yaşayıb.

Artıq “Hayastan” fraksiyası məsələdən duyuq düşdüyü üçün baş nazirin siyasətinə qarşı, xüsusən də Qarabağ erməniləri ilə bağlı proqramları sərt tənqid atəşinə tutub. Tiqran Abramyan bildirib ki, tezliklə Qarabağ erməniləri üçün ayrılan sosial yardımlar kəsiləcək və ölkədən kütləvi köç dalğası başlayacaq. Bununla da Abramyan ikili vətəndaşlığı olan və seçkilərdə potensial seçici olacaq Qarabağ ermənilərinə “yanınızdayıq, sizin dərdinizə şərikik, sizi unutmamışıq” mesajını verib.

Respublika Partiyası və Daşnaksütyun da seçkilərə görə aktivləşmə fazasına qədəm qoyub. Hər ikisi rusiyayönümlü olan bu partiyalar son dövrlər Paşinyan hakimiyyətini sərt tənqidləri ilə yadda qalıb. Çox güman ki, son vaxtlar Moskva ilə münasibətlərin korlanması, Avrasiya İqtisadi İttifaqı və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ətrafında gedən diskussiyalar, rusiyalı sərhədçilərin yavaş-yavaş ölkədən çıxarılması fonunda “şimal küləyi”nin sərt əsəcəyinə, onların da üzünə gün doğacağına ümid edirlər.

Digər müxalifət partiyaları ilə yanaşı, bu yaxınlarda deputatlıq fəaliyyətinə xitam verilən Akop Aslanyan və Ovik Ağazaryan yeni Vahid Milli Sosialist Partiyasını qurublar. Məlum olub ki, partiyanın təsis qurultayı 8 fevral tarixinə planlaşdırılıb. Ehtimal edilir ki, Ağazaryan və Aslanyan Nikol Paşinyan rejiminin devrilməsi ilə bağlı bəyanatlarla ajiotaj yaratmaq qərarına gələcəklər.

Ovik Ağazaryanın oğlu Hovsep Ağazaryan da bu partiyaya qoşulacaq və üzvü olacaq. Yeri gəlmişkən, atası ilə bağlı hadisələrdən sonra Hovsep İqtisadiyyat Nazirliyindəki işindən qovulub və guya öz xahişi ilə də hakim partiyadan ayrılıb. Eyni zamanda, “Vətəndaş müqaviləsi”ndən xaric edilən İvan Ağazaryan, yəni Ovikin böyük oğlu da yeni partiyaya üzv olmağa hazırlaşır.

Akop və Ovik də boş durmur, qurultaya qədər ictimai-siyasi xadimlərlə görüş keçirirlər. Eyni zamanda, vaxtilə hakim partiyadan xaric edilən, incik olan, düşmən kəsilənləri də sıralarına qatmağı planlaşdırırlar. Bu şəxsləri toplaya bilsələr, hakimiyyət dəyişikliyinə çağırış edəcəkləri ehtimal edilir və seçkilərdə iştirak planları da 8 fevralda açıqlana bilər.

Bir neçə il partiyanın nüfuzlu şəxslərindən olan Aslanyan və Ağazaryanın sürpriz açıqlamalar verəcəkləri, Paşinyanın qəzəbinə səbəb ola biləcək mövzuları müzakirə edəcəklərini ehtimal etmək olar. Nə də olsa, uzun müddət onun yanında olublar və müəyyən sirlərdən xəbərləri var.

Qısacası, Ermənistan hazırda seçki təlatümünü yaşayır və seçkilərə ciddi hazırlaşır. Söyləmək olar ki, bu, erməni dövlətinin tarixində ən vacib və ən qalmaqallı seçki ili olacaq. Çünki Paşinyanın məğlubiyyəti və ya qələbəsi bir çox şeyi kökündən dəyişə bilər. Müxalifət də bunu bildiyi üçün var qüvvəsi ilə seçkilərə hazırlaşır.(Report)

Continue Reading

Previous: İlham Əliyev: Azərbaycan ağır günlərdə Türkiyənin ətrafında səfərbər oldu
Next: Tramp-Netanyahu görüşünün nəticəsi  – “Yaxın Şərqin Rivierası” – TƏHLİL

Bölmənin digər xəbərləri

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025
Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH
  • Gündəm

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH

4 Dekabr, 2025

Top 7 Xəbər

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 1

Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ

6 Dekabr, 2025
“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 2

“Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU

6 Dekabr, 2025
İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 3

İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək

6 Dekabr, 2025
Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 4

Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı

6 Dekabr, 2025
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 5

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

6 Dekabr, 2025
Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək 6

Əsgərliyə yararsız olanlar MƏCBURİ müalicəyə göndəriləcək

6 Dekabr, 2025
Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL 7

Azərbaycan rəqəmsal yarışda: dayanıqlı data mərkəzlərinə keçid necə olmalıdır? – TƏHLİL

6 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 442)
  • Dünya (3. 042)
  • Gündəm (10. 560)
  • İdman (588)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (435)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8442) Dünya (3042) Gündəm (10560) Kateqoriyasızlar (435) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (588) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Yağış yenidən başlayır – XƏBƏRDARLIQ EDİLDİ 6 Dekabr, 2025
  • “Qobu Park”dakı yanğında xəsarət alanların SON DURUMU 6 Dekabr, 2025
  • İcra Hakimiyyəti küçə işıqlarının təmirinə yarım milyon xərcləyəcək 6 Dekabr, 2025
  • Zabit olmaq istəyənlərin nəzərinə! – Nazirlik məlumat yaydı 6 Dekabr, 2025
  • Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb 6 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.