Skip to content
13 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 076)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Dünya
  • Gündəm
  • Siyasət

Rəsmi Kiyevə çatmayan 102 milyard dollar – Ukraynanın ABŞ-nin de-fakto ştatı olmaq şansı – TƏHLİL

Prezident Donald Tramp və administrasiyası bir sıra beynəlxalq hadisələrə ABŞ-nin yeni münasibətini açıqlayır. Qərblə Şərqin, başqa sözlə, Vaşinqtonla
Cavidan 4 Fevral, 2025

Prezident Donald Tramp və administrasiyası bir sıra beynəlxalq hadisələrə ABŞ-nin yeni münasibətini açıqlayır.

Qərblə Şərqin, başqa sözlə, Vaşinqtonla Moskvanın maraqlarının toqquşduğu məsələlərdən biri də Rusiyanın Ukraynada apardığı müharibədir. Bu hərbi qarşıdurma nəticəsində ən çox itirən ikinci tərəfdir. Bu, ərazi və dinc sakinlərin itkisi, vətəndaşların qaçqın düşməsindən də müşahidə olunur.

“Forbes”in məlumatına görə, Ukrayna nadir mineral ehtiyatlar olan ərazisinin böyük bir hissəsini itirib. 2023-cü ilin aprelində Ukraynanın nadir metal ehtiyatlarının ümumi dəyəri 15 trilyon dollar qiymətləndirilib. Bundan başqa, əmanətlərin 70 faizdən çoxu Rusiyanın ilhaq etdiyi Donetsk və Luqansk, eləcə də cəbhə xəttinə yaxında yerləşən Dnepropetrovsk vilayətindədir.

Bildirilib ki, smartfonlardan tutmuş elektromobillərə qədər yüksək texnologiyalı cihazların istehsalı üçün əsas komponentlərdən biri olan titan və litiumun Avropada ən böyük ehtiyatları da Ukrayna ərazisində yerləşir.

“Bild”in yaydığı məlumata görə, Donald Tramp ABŞ-nin yardımı qarşılığında Ukraynadan nadir metalları istəyir. Ukraynanın ümumilikdə 6,7 milyard avro dəyərində litium, kobalt, titan və başqa nadir filiz ehtiyatları var. Tramp administrasiyası Kiyevlə bu metalların ABŞ-yə tədarükünü təmin edən müqavilə bağlamaq niyyətindədir. O, Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib: “Onlara verdiklərimizin qarşılığında bunu istəyirik”.

Volodimir Zelenski və Donald Tramp

“Financial times”ın yazdığına görə, rəsmi Kiyev Donald Trampa əsas təbii ehtiyatlar üzrə əməkdaşlıq üçün “xüsusi şərait” təklif edib: “Əlbəttə, biz Amerika ilə işləməyə hazırıq”. Bununla yanaşı, Ukrayna hakimiyyəti ölkənin təbii ehtiyatlarının Rusiya və İrandan müdafiəsinin vacibliyini vurğulayıb.

Ukrayna Prezidenti Volodimir Zelenski Trampın nadir torpaq metalları ilə bağlı sözlərinə hələ ki cavab verməyib.

Ukrayna belə böyük itkilərin ağır nəticələrini aradan qaldıra, ilhaq və işğal edilmiş torpaqları azad edə biləcəkmi? Ukrayna Rusiya ilə danışıqlara deyil, müharibə variantına niyə üstünlük verib? Beynəlxalq dəstəyi var idi?

Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşüb, müharibəni dayandırmaq niyyətində olduğunu bildirib.

Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin üç il tamam olacaq. Bu müddət ərzində Ukraynanın uğuru işğal olunan Xerson şəhərinin azad edilməsi və RF-nin Kursk vilayətinə girməkdir.

Ərazilərin azad edilməsi, qaçqınların qayıtması və başqa bu kimi məsələlər baxımından Ukraynanın elə ciddi uğuru hiss olunmur. Düzdür, Rusiyanın da uğurlarını davamlı saymaq məntiqli deyil. Çünki onun qoşunlarının sıralarında başqa dövlətlərin, o cümlədən Şimali Koreya əsgərlərinin döyüşdüyü müşahidə olunub. Bu o deməkdir ki, onun canlı qüvvə baxımından ciddi problemi var. Bu isə perspektivdə tutduğu əraziləri əldə saxlamağın RF-yə elə də asan başa gəlməyəcəyini ehtimal etməyə əsas verir. Başqa sözlə, onun müharibəni davam etdirmək üçün resurslarının kifayət etməyəcəyi də istisna olunmur. Bunun üçün, ilk növbədə, Ukraynaya yardım başlıca amil sayılır. Ştatların müharibə zamanı Kiyevə etdiyi yardımlarla bağlı müxtəlif rəqəmlər səslənir.

Volodimir Zelenski bu məsələyə aydınlıq gətirərək bildirib: “Biz ABŞ-nin vəd etdiyi 177 milyard dolların 75 milyardını almışıq. Bəziləri guya Ukraynanın Ştatlardan ordunun dəstəklənməsi üçün 200 milyard dollar aldığını iddia edir. Bu, həqiqətə uyğun deyil. Mən qalan pulların hara xərcləndiyini bilmirəm”.

Bəs Ukraynaya Rusiya üzərində qələbə çalmaq üçün ayrılan maliyyə vəsaiti hara xərclənib?

Tramp bəyan edib ki, sələfi (özündən əvvəlki prezident Cozef Bayden – red.) Avropa ölkələrindən Ukraynaya ayrılan maliyyənin artırılmasını tələb etməyib, sadəcə olaraq ABŞ vergi ödəyicilərinin pullarını paylayıb: “Biz Ukraynaya az qala 300 milyard dollar yardım etdik, Avropa isə 200 milyard dollardan daha az verib. Niyə? Çünki Bayden onlardan heç vaxt pul istəməyib, sadəcə pulumuzu paylayıb”.

Cozef Bayden vitse-prezident olduğu dövrdə Ukraynada Rusiya təsirinin qarşısını almağa, korrupsiyanın kökünü kəsməyə çalışanlardan sayılırdı. Ancaq oğlu Hanterin Ukraynanın təbii qaz şirkətində işə başlaması ilə müxtəlif qanun pozuntularının baş verməsi halları üzə çıxıb. Məlumata görə, Hanter Bayden 2014-cü ildə “Burisma Holding”in idarə heyətinin üzvü elan edilib. Şirkətin təsisçisi 2014-cü ildə kütləvi nümayişlər nəticəsində hakimiyyətdən devrilmiş Rusiya tərəfdarı prezident Viktor Yanukoviçin siyasi müttəfiqi olub.

Onda Hanterin müəssisəsi Rusiya tərəfindən ilhaq edilmiş Krım yarımadasında təbii qaz hasilatı ilə bağlı əməliyyatlar aparıb.

Donald Tramp və V.Zelenskinin hakimiyyətə gəlişləri ilə Bayden ailəsinin Ukraynadakı qara biznesi ifşa olunub.

Bu günlərdə Baydenin lideri olduğu Demokrat Partiyasından senator Nyu-Cersi ştatının keçmiş senatoru Bob Menendez korrupsiyada, Misir və Qətər üçün qeydiyyatsız xarici agent kimi işləməkdə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum olunub.

Bob Menendez

Xatırladaq ki, B.Menendez rüşvətxorluq, fırıldaqçılıq, xarici agent kimi fəaliyyət göstərmək və ədalətə maneə törətmək kimi 16 federal ittiham üzrə mühakimə edilib. Qeyd edək ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş qatı ermənipərəst Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından biri olub.

Cozef Bayden də erməni lobbisinin parlaq nümayəndəsidir. Belə görünür ki, demokratların sırasında ermənilərə lobbiçilik edənlər daha çox fırıldaqla məşğul olublar. Ukrayna üçün ayrılan maliyyə vəsaitinin “qeyb” olmasının da başlıca baiskarı Cozef Bayden sayılır.

Prezidentliyinin son günlərində o, iki məhkəmə işi üzrə oğlu Hanteri əfv etmək qərarına gəlib. Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. Donald Tramp Hanter Baydenin əfvi ilə bağlı sələfinin sərəncamını ləğv edib.

Ukraynanın müharibədə uduzma səbəblərindən biri və başlıcası maliyyə çatışmazlığıdır. Çünki Zelenskinin, az qala, hər çıxışında yardım istəməsi təsadüfi deyil.

Hadisələr göstərir ki, Cozef Bayden hakimiyyətinin etdiyi “yardımlar”la Ukrayna torpaqlarını ilhaq və işğaldan azad edə bilməz.

Marko Rubio

ABŞ-nin dövlət katibi Marko Rubionun da açıqlamasından bu qənaətə gəlmək mümkündür. O deyib ki, Ukraynanın mövcudluğu təhlükə altındadır: “Sənaye və energetika sahəsi dağıdılıb, çoxlu sayda insan ölkəni tərk edib və heç vaxt evlərinə qayıtmayacaq. Ukraynanın bərpası xərclərini kimin ödəyəcəyi məlum deyil. Bayden administrasiyası Ukraynanı Rusiyanı məğlub edib hər şeyi 2012-ci il vəziyyətinə qaytara biləcəklərini düşünərək yanıltdı”.

Ona görə də Donald Tramp həmkarı Vladimir Putinlə danışıqları önə çəkir. Kremldən isə bildirilib ki, danışıqlara başlamaq üçün Volodimir Zelenskinin legitimliyi, onun Moskva ilə danışıqların aparılmasını qadağan edən fərmanının hüquqi aspektlərini həll etmək lazımdır.

Daha sonra vurğulanıb ki, sülh nizamlanması Ukraynanın neytral, blokdan kənar nüvəsiz statusu, demilitarizasiyası və denasifikasiyası, ərazisində xarici qoşunların və bazaların yerləşdirilməməsi, müasir ərazi reallıqlarının nəzərə alınması və Ukrayna böhranının bütün səbəblərinin aradan qaldırılması barədə 2022-ci il İstanbul sənədi əsasında mümkündür.

Donald Tramp və Vladimir Putin

Ukrayna beynəlxalq səviyyədə verilən açıqlamalar, bir sıra dövlətlərin vədlərinə arxayın olaraq savaşa girişib. O da istisna deyil ki, Rusiya ilə müqayisədə Ukrayna müharibəyə hazır olmayıb. Cozef Bayden administrasiyasına arxayın olmaq isə ölkənin nadir yeraltı qazıntı yataqlarının böyük bir hissəsini itirməsi ilə nəticələnir. Habelə, Ukrayna üçün ayrılmış 102 milyard dollar məbləğində dələduzluq da Ukraynanın məğlubiyyətinə təsir edən hallardandır.

Ukraynanın nadir filiz yataqlarını ABŞ-nin nəzarətinə verməsi çıxış yolu ola bilər. Rəsmi Kiyev Trampın bu planına razılıq verərsə, onda Ukrayna de-fakto Ştatların protektorluğuna, himayəsinə keçir. Elə Tramp Putinlə bu məsələdən danışa bilər. Belə vəziyyət isə Ukraynanın ABŞ-nin qeyri-rəsmi 51-ci ştatı olması deməkdir. Onsuz da Donald Tramp ölkəsinin ərazisini böyütmək strategiyasını reallaşdırmaq istəyir…(Report)

Continue Reading

Previous: Suriyanın birinci xanımı ilk dəfə GÖRÜNDÜ
Next: İlham Əliyev Şri-Lanka Prezidentini təbrik edib

Bölmənin digər xəbərləri

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL
  • Cəmiyyət

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • Cəmiyyət

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub
  • Cəmiyyət

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026

Top 7 Xəbər

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 1

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 2

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 3

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 4

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 5

Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 6

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 7

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 076)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9076) Dünya (3262) Gündəm (11402) Kateqoriyasızlar (473) Kriminal (1351) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 13 Mart, 2026
  • Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 13 Mart, 2026
  • Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 13 Mart, 2026
  • Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 13 Mart, 2026
  • Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.