Skip to content
13 Oktyabr, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Ana Səhifə
  • Siyasət
  • Qətər rəhbərliyi aviaqəza ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib
  • Gündəm
  • Siyasət

Qətər rəhbərliyi aviaqəza ilə bağlı Prezident İlham Əliyevə başsağlığı verib

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Əmirin müavini Şeyx Abdullah bin Həməd Al Tani və
Cavidan 8 Yanvar, 2025
c5b33888-51ee-328f-9f1b-2f4616eaf748_850 (1)

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Əmirin müavini Şeyx Abdullah bin Həməd Al Tani və Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubları ünvanlayıblar.

Mətnlərdə deyilir:

“Zati-aliləri.

Azərbaycana məxsus təyyarənin qəzaya uğraması nəticəsində baş vermiş faciə ilə bağlı Zati-alinizə və həlak olanların ailələrinə Qətər Dövlətinin Hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Dünyasını dəyişənlərə Uca Allahdan rəhmət diləyirəm. Məkanları behişt olsun!”

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Hadisədən sonra Prezident İlham Əliyevin tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

Dövlət başçısı eyni zamanda qəzada həlak olan ekipaj üzvlərini – İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevanı Azərbaycanın Milli Qəhrəmanı adı, xəsarət alan ekipaj üzvləri – Zülfiqar Sərdar oğlu Əsədov və Aydan Vaqif qızı Rəhimlini isə 1-ci dərəcəli “Rəşadət” ordeni ilə təltif edib.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə bəyan edib ki, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir.

Həmçinin, qəza ilə əlaqədar Prezident İlham Əliyev dekabrın 26-sının Azərbaycanda matəm günü elan olunması barədə Sərəncam imzalayıb.

Xəbəri paylaş
Bəyəndinizsə dostlarınızla paylaşın:
WhatsApp WhatsApp ilə paylaş Telegram Telegram ilə paylaş Facebook Facebook-da paylaş LinkedIn LinkedIn-də paylaş Instagram Instagram üçün linki kopyala Kopyala Xəbərin linkini kopyala

Post navigation

Əvvəlki: Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsi – Video
Sonrakı: Mirzоyan: İrəvan və Bakı münasibətlərin normallaşmasında irəliləyiş qeydə alıb

Bölmənin digər xəbərləri

UAX6Bi71qp1i79Ec5Vxv
  • Gündəm

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər

Cavidan 13 Oktyabr, 2026
OtKJUR1hbZ6LjwNIZ b
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

Cavidan 12 Oktyabr, 2026
QmBsyGYfDNOEEUoaSNCeV
  • Siyasət

İlham Əliyevin adından Kamboca Baş nazirinin şərəfinə rəsmi nahar verilib

Cavidan 12 Oktyabr, 2026

Teqlər

2026 AirPods 3 Android AnTuTu Apple AirPods 3 Azerbaijan Business Women Azərbaycan-Pakistan Business Crew Dragon e-Devlet FCC Femmes Digitales Forza Horizon 6 Health iphone massenger MIUI12 mobil rabitə Newsbeat Oyunlar Panic Button peyk interneti Playground Games PlayStation 5 PS5 qadağa Reytinq Science SheMatters Pakistan SHE RISES Baku 2026 Smartfonlar Snapdragon 888 sosial şəbəkələr spacex Sport Starlink Starlink Mobile sticker stiker Stories Türkiyə uşaqlar World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (3. 260)
  • Dünya (1. 081)
  • Gündəm (3. 453)
  • İdman (246)
  • İqtisadiyyat (169)
  • Kateqoriyasızlar (235)
  • Kriminal (299)
  • Mədəniyyət (97)
  • Siyasət (439)
  • Texnologiya (5)

Xəbər Trendi

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər UAX6Bi71qp1i79Ec5Vxv 1
  • Gündəm

Arzu Əliyeva və Alyona Əliyeva “44” bədii filminin premyerasında iştirak ediblər

13 Oktyabr, 2026
Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb v200 (1) 2
  • Cəmiyyət

Kəmaləddin Heydərov İranın daxili işlər naziri İsgəndər Momeni ilə görüşüb

12 Oktyabr, 2026
Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ 7ef44aa8-dda v 3
  • Cəmiyyət

Sabah Azərbaycanda güclü külək əsəcək – XƏBƏRDARLIQ

12 Oktyabr, 2026
Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib OtKJUR1hbZ6LjwNIZ b 4
  • Siyasət

Prezident İlham Əliyev İranın daxili işlər nazirini qəbul edib

12 Oktyabr, 2026
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər 5
  • Kateqoriyasızlar

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər

12 Oktyabr, 2026

BÖLMƏLƏR

Cəmiyyət (3260) Dünya (1081) Gündəm (3453) Kateqoriyasızlar (235) Kriminal (299) Mədəniyyət (97) Siyasət (439) Texnologiya (5) İdman (246) İqtisadiyyat (169)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.