Skip to content
3 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 023)
  • Dünya (3. 238)
  • Gündəm (11. 321)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 958)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Dövlət başçısı: Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik

Cavidan 6 Yanvar, 2025

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəklərini bildirib.

Dövlət başçısı bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə deyib.

Prezident ekipaj üzvlərinin, xüsusilə də pilotların peşəkarlığını vurğulayıb:

“Ekipaj üzvlərinin qəhrəmanlığı haqqında mən vida mərasimi zamanı bildirmişdim. Bir daha demək istəyirəm, bu, doğrudan da böyük fədakarlıqdır. Mən bildirdim, çox güman, pilotlar bilirdilər ki, bu qəzadan sağ çıxa bilməyəcəklər. Onlar təcrübəli pilotlar idi, idarəolunmaz vəziyyətdə olan təyyarəni məhz öz peşəkarlıqları nəticəsində bir yolla məkana yetişdirə bilmişdilər və qəza enişi olsa da, təyyarəni endirə bilmişdilər”.

Dövlət başçısı qeyd edib ki, ekipajın digər üzvləri – bələdçilər də soyuqqanlılıq göstərmişlər:

“Təyyarədə xaosun yaranmaması üçün böyük cəsarət göstərmişlər. Onlar da görürdülər, bilirdilər ki, onları nələr gözləyir. Yəqin, heç ümid etmirdilər ki, bu vəziyyətdən sağ-salamat çıxa bilərlər. Belə vəziyyətdə özünü təmkinlə, soyuqqanlılıqla, cəsarətlə aparmaq, əlbəttə ki, bir daha onların yüksək keyfiyyətlərini göstərir. Xüsusilə nəzərə alsaq ki, bələdçilərin ikisi qadın idi”.

İ.Əliyev vurğulayıb ki, Azərbaycan dövləti öz oğul və qızlarının fəaliyyətini, qəhrəmanlığını həmişə layiqincə qiymətləndirib:

“Bu dəfə də ekipaj heyətinin qəhrəmanlığı layiqincə qiymətləndirildi. Ekipajın üç üzvünə ölümündən sonra “Milli Qəhrəman” yüksək adı verildi, sağ qalan iki ekipaj üzvü də yüksək dövlət mükafatı ilə təltif olundu. Ola bilər ki, yaxınlarını itirən ailələr üçün bu, kiçik bir təsəllidir, amma Azərbaycan dövlətinin öz vətəndaşlarına münasibətinin təzahürüdür”.

Prezident söyləyib ki, həlak olanların hər biri təkcə onun yaxınları, ailə üzvləri üçün deyil, həm də Azərbaycan dövləti üçün əzizdir:

“Biz buna operativ şəkildə reaksiya verdik, elə bir şəraitdə Azərbaycanın hər bir vətəndaşının həyatının bizim üçün çox qiymətli olduğunu bəyan edərək, prinsipial davrandıq və ədalət, Azərbaycan vətəndaşlarının bu qəzada həlak olmalarına səbəb olan təqsirkarların cəzalandırılmasını tələb edəcəyik”.

Continue Reading

Previous: İlham Əliyev Azərbaycan idmançılarını Qarabağ və Şərqi Zəngəzura səfər etməyə çağırıb
Next: Azərbaycanda pravoslav xristianları Milad bayramını qeyd edirlər

Bölmənin digər xəbərləri

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib
  • Gündəm

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

3 Mart, 2026
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir
  • Gündəm

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir

3 Mart, 2026
İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb
  • Gündəm

İcbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi daha 1 il təxirə salınıb

2 Mart, 2026

Top 7 Xəbər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib 1

Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib

3 Mart, 2026
İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub 2

İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub

3 Mart, 2026
Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir 3

Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir

3 Mart, 2026
Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb 4

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb

3 Mart, 2026
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 5

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir

3 Mart, 2026
İsrail Ordusu eyni anda Tehran və Beyruta zərbələr endirir 6

İsrail Ordusu eyni anda Tehran və Beyruta zərbələr endirir

3 Mart, 2026
Pirşağı və Ləhic bağlarında işıq olmayacaq 7

Pirşağı və Ləhic bağlarında işıq olmayacaq

3 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 023)
  • Dünya (3. 238)
  • Gündəm (11. 321)
  • İdman (632)
  • İqtisadiyyat (573)
  • Kateqoriyasızlar (467)
  • Kriminal (1. 343)
  • Mədəniyyət (338)
  • Siyasət (2. 958)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9023) Dünya (3238) Gündəm (11321) Kateqoriyasızlar (467) Kriminal (1343) Mədəniyyət (338) Siyasət (2958) Texnologiya (14) İdman (632) İqtisadiyyat (573)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Ceyhun Bayramov pakistanlı həmkarı ilə Yaxın Şərqdəki gərginliyi müzakirə edib 3 Mart, 2026
  • İsrail ordusu Livanın cənubunda bir neçə mövqe tutub 3 Mart, 2026
  • Ombudsman: Şəkərli diabet xəstələrinə göstərilən tibbi yardımın həcminin artırılması gündəmdədir 3 Mart, 2026
  • Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılıb 3 Mart, 2026
  • İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edir 3 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.