Skip to content
28 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Suriyada “Ərəb baharı”nın davamı – Bəşşar Əsəd gedə bilər – ŞƏRH
  • Siyasət

Suriyada “Ərəb baharı”nın davamı – Bəşşar Əsəd gedə bilər – ŞƏRH

İsrail və Türkiyə ərazisi illərdir Suriyadan təhdid olunur. Müxalifət Bəşşar Əsəd hakimiyyətinə qarşı silahlı mübarizəni bərpa edib. Suriya
Cavidan 2 Dekabr, 2024
2b056029-7256-35b7-a056-302d0b8bb03b_850

İsrail və Türkiyə ərazisi illərdir Suriyadan təhdid olunur. Müxalifət Bəşşar Əsəd hakimiyyətinə qarşı silahlı mübarizəni bərpa edib.

Suriya Milli Ordusu (SMO müxalifət) Əsəd silahlılarına və PKK qruplaşmasının YPG qoluna qarşı döyüşür. Məlumatlara əsasən, müxalifət “Azadlıq şəfəqi” əməliyyatı ilə Tel-Rıfat rayonunun mərkəzini PKK/YPG terror dəstələrindən tamamilə təmizləyib. SMO Deyr Camal rayonunu və Hırbıl kəndini də terrorçulardan azad edib.

Qeyd edək ki, Türkiyə ilə sərhəddən 18 km aralı yerləşən Tel-Rıfatı PKK/YPG qruplaşması səkkiz ildir işğal altında saxlayır. SMO Cümhuriyyətlə sərhəddən 13 km aralı yerləşən Minning hava limanına nəzarəti də ələ keçirib.

Bu, müxalifətin bölgələri Bəşşar Əsəd və PKK terrorçularından azad etməsinə dair xəbərlərdən nümunədir. Baş verənlərə əsasən, son dayanacağın Dəməşq olduğu qənaətinə gəlmək olar. Başqa sözlə, Bəşşar Əsədin devrilməsi müxalifətin başlıca hədəfidir.

Əslində bu, 13 il öncə yarımçıq qalmış fəaliyyətin davamı da sayıla bilər. Çünki 2011-ci il yanvarın 26-da Suriyada davam edən “Ərəb baharı” Bəşşar Əsədin istefasına nail olmamışdı. Onda başlanan etirazlar nəticəsində siyasi məhbuslar, bütün vilayət rəhbərləri işdən azad edilmişdi. Bir sıra deputat və yüksək rütbəli şəxslər istefa vermişdi. Rusiya və İrandan dəstək alan Bəşşar Əsədin silahlı dəstələri etiraz aksiyaları keçirilən şəhərlərə silahlı müdaxilə etmiş, onlara atəş açmışdı.

Görünür, müxalifət yarımçıq qalmış işini sona çatdırmaq istəyir.

Tehran və Moskvanın yardımı ilə Suriyanın bir hissəsinə Əsəd nəzarət edir. Ancaq ona verilən “möhlət” də bitmək üzrədir. Onun müdafiəçiləri Rusiya və İran 13 il bundan əvvəlki gücə, qüdrətə malik deyillər. Xüsusən Tehran hakimiyyəti İsrailə qarşı HƏMAS və “Hizbullah” cəbhəsində çox böyük canlı qüvvə və hərbi texnika, avadanlıq, raket itkisi verib. Elə “Hizbullah” lideri Həsən Nəsrullah, HƏMAS başçıları İsmayıl Haniyə və Yəhya Sinvarın adını çəkmək kifayət edər. İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunları da yüksək vəzifəli generallarını, başqa zabitlərinin döyüşçülərini məlum istiqamətdə itirib.

Odur ki, İran itkilərini yeni qurbanlarla əvəzləyir. Ancaq bu da Tehran hakimiyyətin perspektivinə təsir göstərə bilər. Çünki HƏMAS, “Hizbullah”ın müdafiəsi istiqamətində döyüşlərdə iştirakdan İran cəmiyyəti heç nə qazanmayıb. Az qala hər gün sosial tələblərlə ölkədə etiraz aksiyaları keçirilir. İranın maliyyə və iqtisadiyyat naziri Əbdülnasir Himməti bildirib ki, ölkə iqtisadiyyatına istehsalat üçün lazım olan sərmayəni cəlb edə bilməyiblər.

Bu həm də o deməkdir ki, HƏMAS və “Hizbullah” cəbhələri Tehranın gücünü azaldıb, nüfuzuna zərbə dəyib. İsraillə Livan arasında atəşkəsə dair razılaşmanın imzalanması isə İslam Respublikasının yəhudi dövlətinin şərtlərini qəbul etməsi deməkdir.

Belə ehtimal da etmək olar ki, bütün hallarda İran hakimiyyəti Qəzza zolağı və Livanda məğlub olub. Dekabrın 2-3-dən isə beynəlxalq müşahidəçilər İsraillə-Livan arasında imzalanan atəşkəs razılaşmasının reallaşmasına nəzarət edəcək. Belə ehtimal etmək olar ki, həmin istiqamətlərdən artıq İsrailin təhlükəsizliyinin təhdidi azalacaq. Bu, həm də İranın həmin istiqamətlərdə mövqeləri əldən verməsi deməkdir.

Bəşşar Əsəd rejiminin, yaxud Suriyanın İran üçün nə kimi əhəmiyyəti var? Bunları belə sıralamaq olar:

– Suriya İsraillə həmsərhəddir. İran bu ölkədəki qüvvələri (onlara “islam müqavimət hərəkatı” adlandırır), o cümlədən Sepahın “Fatimiyyun” silahlı qruplaşması vasitəsi ilə yəhudi dövlətini təhdid edə bilir;

– Suriyada İslam Respublikasına məxsus dini-siyasi ideoloji mərkəz yerləşir. O, başqa dövlətlərin şübhələnməməsi üçün orada açdığı bu məktəblər vasitəsi ilə “Xomeyni inqilabının doktrinasını” təbliğ edir;

– Tehran Ərəb Respublikasına diqqəti artırmaqla hədəfdən yayınır;

– İslam Respublikası HƏMAS, “Hizbullah”, Suriya olaylarında iştirak etməklə bölgədə nüfuz və güc sahibi olduğunu göstərir;

– Tehran Sepahın Qüds qoşunlarının hazırladığı “hizbullah”çı müxtəlif qruplara özünü sədaqətli göstərir;

– Ehtimal olunur ki, İran hakimiyyəti ilə Bəşşar Əsəd rejimi narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Bu baxımdan Tehran çirkli işlərini həyata keçirmək üçün ondan yararlanır və s.

Ötən gün İranın xarici işlər naziri Abbas Ərakçı Suriyada səfərdə olub və Bəşşar Əsədlə görüşüb. Ona tam yardım edəcəkləri vədini verib.

İran hakimiyyəti İraqdakı “Həşdi-Şəbi”, “Kətaib Hizbullahı” və “Fatimiyyun” silahlı qruplarının üzvlərini Suriyaya göndərir. Livan “Hizbullah”ının silahlılarının da İsraillə sərhəddən çıxarılaraq Bəşşar Əsədin sərəncamına veriləcəyi də ehtimal edilir.

İran bu yolla son dayağı sayılan Suriya möhkəmlənmək taktikasını tutur. Tehran “Bəşşar Əsəd” qalasını da itirəcəyi halda hədəfə özü yaxınlaşmış olur. Ona görə də İslam Respublikası hərbi, siyasi və diplomatik vasitələrdən istifadə edərək Suriyadakı rejimin qalmasına çalışır.

Rusiya və İranın yardımlarından məhrum olacağı halda Bəşşar Əsədin iki yolu qalır – ya müqavimət göstərməkdən imtina, ya da intihar.

Rusiya ötən illərlə müqayisədə bu dəfə zəifləyib. Bunun da başlıca səbəbi Ukrayna ilə müharibədir. Digər tərəfdən Moskva Suriyanın federallaşmasına əvvəllər razılıq verib. Odur ki, siyasi baxımdan onun qərblə Ərəb Respublikasının gələcəyinə dair razılaşması mümkündür.

Yeri gəlmişkən, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa Suriyadakı vəziyyətə dair birgə bəyanat verərək, hadisələri yaxından izlədiklərini bildirib. Məcburi köçün və humanitar yardımın kəsilməsinin qarşısını almaq üçün bütün tərəfləri gərginliyi azaltmağa, mülki şəxsləri və infrastrukturu qorumağa çağırıb.

Müəlliflər BMT Təhlükəsizlik Şurasının 2014-cü ildə qəbul edilmiş 2254 saylı qətnaməsinin müddəalarının icrası istənilib. Həmin sənəddə hər iki tərəfin nümayəndələrindən ibarət keçid hökumətin yaradılması təklif olunur. Qətnamədə BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun olaraq Suriyanın müstəqilliyi, ərazi bütövlüyü, vahidliyinə sadiqlik də vurğulanır. Qətnamədə Ərəb Respublikasını Dəstəkləyən Beynəlxalq qrupun fəaliyyətinə önəm verilir.

Bu hadisələrdə Türkiyənin də adı hallanır. Rəsmi Ankara “Zeytun budağı” və “Fırat qalxanı” antiterror əməliyyatları ilə İraq və Suriya ilə Türkiyə arasında bufer zonası yaratmağa nail olub. Çünki hər iki ölkənin ərazisindən PKK-nın müxtəlif adlı silahlı terrorçuları Cümhuriyyətin ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyini təhdid edir. Suriyada Hafiz və Bəşşar əsədlərin hakimiyyətləri illərində daim Türkiyə terrorçuların hədəfində olub. Terrorçu qruplaşmanın başçısı Abdulla Öcalanın Suriyadan Yunanıstan oradan isə Keniyaya qaçırılması da təsadüfi deyil.

Türkiyə ölkənin ərzi bütövlüyünü daim müdafiə edib. Hətta, orada kürd muxtariyyətinin yaradılmasına qarşı sərt təpgi göstərib. Bu ilin yazın Suriyanın şimalındakı PKK qruplaşmasının yerli seçkiləri təxirə salması da rəsmi Ankaranın reaksiyasının nəticəsidir. Bu isə Türkiyənin Suriyanın ərazi bütövlüyü, suverenliyi tərəfdarı olmasının ən aydın nümunəsidir.

Beləliklə, Ərəb Respublikasındakı hadisələr Yaxın Şərqi bir daha yırğalayır. HƏMAS, “Hizbullah”dan sonra bu üçüncü dalğadır. Bu dalğa daha böyük dəyişikliklər üçün keçid də sayılır. HƏMAS, “Hizbullah”dan, o isə Suriyadakı rejimdən zəif sayılırdı. Belə getsə növbə onların dayağının, sponsorunun – İran hakimiyyətinindir…(Report)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Yeni bələdiyyə sədrinin seçilməsi ilə bağlı qaydalar təsdiqləndi
Next: Bakıda tıxac olan yollar açıqlanıb – SİYAHI

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026
aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 652)
  • Dünya (3. 423)
  • Gündəm (11. 905)
  • İdman (668)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

London və Tehran razılığa gəldi Screenshot 2026-06-27 161735 1
  • Dünya

London və Tehran razılığa gəldi

27 İyun, 2026
İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib Screenshot 2026-06-27 153547 2
  • Dünya

İsrail Livanla razılaşmadan bir gün sonra ölkənin cənubuna hücum edib

27 İyun, 2026
Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb Screenshot 2026-06-27 150343 3
  • Cəmiyyət

Azərbaycan dəri istehsalını 2 dəfədən çox artırıb

27 İyun, 2026
Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib Screenshot 2026-06-27 143920 4
  • Dünya

Bakı–Naxçıvan təyyarə reysləri ildırım səbəbindən ləğv edilib

27 İyun, 2026
İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib Screenshot 2026-06-27 115728 5
  • Dünya

İran XİN ABŞ-ın hava zərbələrinə reaksiya verib

27 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9652) Dünya (3423) Gündəm (11905) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (354) Siyasət (3007) Texnologiya (15) İdman (668) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.