Skip to content
1 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 345)
  • Dünya (3. 347)
  • Gündəm (11. 694)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür

Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür. Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin
Cavidan 8 Noyabr, 2024

Bu gün Şuşa Şəhərinin işğaldan azad olunmasından 4 il ötür.

Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Beləliklə, erməni işğalçılarından təmizlənən şəhərin mərkəzinə Azərbaycanın üçrəngli şanlı bayrağı sancılıb. Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Şuşa döyüşləri İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən ən uğurlu əməliyyatlardan biridir. Döyüşlər zamanı Azərbaycan Ordusu sıx meşələri, keçilməz yarğanları və çətin dağ keçidlərini aşaraq Şuşaya istiqamət götürüb. Belə ki, noyabrın 7-də ordumuz şəhərin qayalıqlarına dırmaşaraq yüngül silah-sursat ilə Şuşaya daxil olub. Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri şəhərə bir çox istiqamətdən yaxınlaşmaq üçün yüz nəfərlik qruplara bölünüblər. Döyüşlər zamanı Şuşaya Ermənistan tərəfindən “İsgəndər” ballistik raketləri atılıb. Raketin hədəfi isə azərbaycanlı hərbçilər olub. Buna baxmayaraq, Müzəffər Azərbaycan Ordusu tezliklə erməni qoşunlarını məhv edərək şəhərdən qovub.

2021-ci ilin mayında Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilib.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü təntənəli şəkildə qeyd ediləcək.

2023-cü il sentyabrın 25-də Qətərin Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransının iştirakçılarının yekdil rəyi ilə Şuşa 2024-cü il üçün İslam dünyasının paytaxtı elan olunub.

Xatırladaq ki, Şuşa şəhəri 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğaldan sonra şəhərin 22 min əhalisi məcburi köçkün kimi Azərbaycanın müxtəlif bölgələrində yerləşib. Şuşanın işğalı zamanı 195 nəfər həlak olub, 165 nəfər yaralanıb. Bundan başqa, 55 nəfər əsir düşüb və girov götürülüb.

Continue Reading

Previous: “Prezident Zəfər Günü ilə bağlı – Paylaşım etdi
Next: Bu gün Azərbaycanda Zəfər Günüdür

Bölmənin digər xəbərləri

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq
  • Cəmiyyət

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

1 May, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM
  • Cəmiyyət

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026

Top 7 Xəbər

Milli Məclisin iclası başladı 1

Milli Məclisin iclası başladı

1 May, 2026
Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 2

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb

1 May, 2026
Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 3

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

1 May, 2026
Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq 4

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

1 May, 2026
Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 5

Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb

30 Aprel, 2026
Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM 6

Lətif Kərimovun 120 illiyi qeyd ediləcək – SƏRƏNCAM

30 Aprel, 2026
Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib 7

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 345)
  • Dünya (3. 347)
  • Gündəm (11. 694)
  • İdman (648)
  • İqtisadiyyat (591)
  • Kateqoriyasızlar (484)
  • Kriminal (1. 379)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9345) Dünya (3347) Gündəm (11694) Kateqoriyasızlar (484) Kriminal (1379) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (648) İqtisadiyyat (591)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Milli Məclisin iclası başladı 1 May, 2026
  • Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb 1 May, 2026
  • Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb 1 May, 2026
  • Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq 1 May, 2026
  • Hikmət Hacıyev Səudiyyə Ərəbistanı səfiri ilə görüşüb 30 Aprel, 2026
© Addim.az | MoreNews by AF themes.