Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 076)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Gərginləşən Türkiyə-Suriya münasibətləri: ABŞ “suları bulandırır” – TƏHLİL

Cavidan 27 Avqust, 2024

Türkiyənin son illərdəki xarici siyasətində əsas istiqamətlərdən biri bir neçə dövlətlə, o cümlədən Suriya ilə münasibətlərin normallaşması prosesidir. Rəsmi Ankara bunun üçün Suriyadakı Bəşər Əsəd rejimi ilə müəyyən dialoqlara can atır. Ümumiyyətlə, tərəflər arasında əlaqələr mürəkkəb xarakterə malikdir.

2011-ci ildə Suriyada vətəndaş müharibəsinin başlanması Türkiyə ilə münasibətlərə təsir edən əsas məqamlardan idi. Belə ki, məhz bu hadisədən sonra tərəflər arasında diplomatik münasibətlər minimum həddə çatdı. Vətəndaş müharibəsi başlayandan sonra Türkiyə Suriyadakı səfirini geri çağırmış, ölkədəki diplomatik fəaliyyətlərini təxirə salmışdı. 2012-ci ildə Türkiyə hökuməti suriyalı diplomatları ölkədən qovmuşdu.

Əslində, tərəflər arasında gərginliyin təxminən bir əsr yaşı var. Belə ki, 1930-cu ildən etibarən Suriyanın Türkiyənin Hatay şəhərinə iddiası ilə başlayan gərginlik Cənub-Şərqi Anadolu layihəsinin qüvvəyə minməsi nəticəsində ortaya çıxan “su anlaşılmazlıqları” ilə daha da artmışdı. Bundan sonra Suriya hökumətinin PKK, ASALA kimi terrorçu qruplaşmalara dəstəyi ilə mövcud gərginlik ən maksimal həddə çatmışdı. 1998-ci ilin oktyabr ayında Suriya hökumətinin PKK lideri Abdullah Öcalanı deportasiya etməsi ilə tərəflər arasında əsən “sərin küləkləri” qismən səngitmişdi. Amma bu, çox çəkmədi. Suriyada vətəndaş müharibəsi vaxtı Türkiyənin Azad Suriya ordusuna dəstəyi səbəbi ilə iki ölkə arasındakı münasibətlər yenidən gərginləşmiş və diplomatik əlaqələr dayandırılmışdı.

2012-ci ildə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-4 döyüş təyyarəsi Suriya tərəfindən vurulmuşdu. Həmin ildə Suriyadan Türkiyə ərazisinə top mərmisi atılmışdı. 2013-cü ildə isə Suriya Silahlı Qüvvələrinə məxsus Mi-17 helikopteri sərhədi keçdiyinə görə türk qırıcıları tərəfindən vurulmuşdu.

Göründüyü kimi, tərəflər arasında ikitərəfli əlaqələr ziqzaqvari xarakter daşıyır, enib-qalxan tendensiya ilə inkişaf edir. Lakin nəzərə almaq lazımdır ki, müasir geosiyasətdə dövlətlər arasında əlaqələr təkcə ikitərəfli xarakter daşımır, həm də regional və qlobal siyasətə təsir edir.

Çox güman, son zamanlar Türkiyənin Bəşər Əsəd rejimi ilə əlaqələri normallaşdırmağa can atması həm də bununla bağlıdır. Əslində, bu istiqamətdə müəyyən irəliləyiş əldə olunmuşdu. Lakin “gizli əllər” işə düşdü. Belə ki, B.Əsəd Türkiyə ilə dialoqdan imtina edib. Bildirilib ki, B.Əsəd dialoq üçün şərtlər irəli sürüb.

O, Türkiyənin Suriya torpaqlarından çıxmasının zəruriliyini ifadə edib. Halbuki bundan əvvəl B.Əsədin Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşə biləcəyi barədə məlumat yayılmışdı.

Rəsmi Ankaranın Bəşər Əsəd hakimiyyəti ilə münasibətlərinin normallaşmasında Rusiya da xüsusi rol oynayır. Çünki münasibətlərin normallaşması həm Ankaranın, həm də Moskvanın maraqlarına uyğundur. Bu, perspektivdə ABŞ-nin Suriyadakı təsir imkanlarının azaldılması və hər iki dövlətə qarşı mümkün təhdidlərin azaldılması deməkdir.

Bəşşar Əsəd

Suriyadakı Bəşər Əsəd rejimi ilə Türkiyə arasındakı münasibətlərin normallaşması həm də Türkiyəyə qarşı Suriyadakı terrorçuların təhdidinin zəifləməsi deməkdir.

Məlum olduğu kimi, uzun illərdir ki, Suriyanın şimalındakı PKK, YPG kimi terror təşkilatları vasitəsilə Türkiyəyə təzyiq edilir. İndiki məqamda rəsmi Ankaranın Bəşər Əsəd rejimi ilə münasibətləri normallaşdırması həm də terrora qarşı mübarizədə Türkiyənin əlini gücləndirə bilər.

Mümkündür ki, Türkiyənin öz maraqlarını təmin etməsini istəməyən bəzi qüvvələr hazırda “dirijorluq” rolunu oynayırlar. İstisna deyil ki, məhz “görünməz əllər” Bəşər Əsəd rejimi ilə Türkiyə arasında münasibətlərin normallaşmasına mane olmaq istəyir.

Xatırlatmaq yerinə düşər ki, son zamanlar ABŞ Suriyadakı terrorçulara dəstəyi artırıb. Oradakı terrorçulara hərbi texnika, o cümlədən silah-sursat göndərilir.

Son zamanlar Suriyadakı terrorçuların silahlandırılması da məhz destruktiv xarakter daşıyır və birbaşa olaraq Türkiyənin maraqlarını təhdid edir. İş orasındadır ki, bu proses Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması dövrünə təsadüf edir.

B.Əsədlə R.T.Ərdoğan arasında görüşün gözlənildiyi bir vaxtda yenidən gərginliyin yaranması təsadüfi deyil.

Görünən odur ki, ABŞ Türkiyə ilə Əsəd rejimi arasında münasibətlərin normallaşmasını istəmir və mümkün qədər bu prosesə mane olmağa çalışır.

Əlbəttə, Ankara mümkün qədər Vaşinqtonun bu oyununu pozmağa çalışacaq. Bunun üçün isə terrorçulara qarşı mübarizə yeni mərhələyə qədəm qoymaqla yanaşı, həm də Əsəd rejimi ilə diplomatik münasibətlərin bərpası istiqamətində səylər güclənə bilər.(Report)

Continue Reading

Previous: Bakıda bu yol tam bağlanır
Next: Qarabağ müharibəsi veteranlarının sayı ARTIB – RƏSMİ

Bölmənin digər xəbərləri

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL
  • Cəmiyyət

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • Cəmiyyət

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub
  • Cəmiyyət

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026

Top 7 Xəbər

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 1

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 2

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 3

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 4

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 5

Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 6

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib 7

Ötən il 900 əsər və ifa qeydiyyatdan keçirilib

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 076)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (575)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9076) Dünya (3262) Gündəm (11402) Kateqoriyasızlar (473) Kriminal (1351) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (575)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 13 Mart, 2026
  • Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 13 Mart, 2026
  • Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 13 Mart, 2026
  • Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 13 Mart, 2026
  • Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.