Skip to content
14 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Ermənistanı sülhə əngəl törətmək cəhdlərindən əl çəkməyə çağırırıq – XİN
  • Siyasət

Ermənistanı sülhə əngəl törətmək cəhdlərindən əl çəkməyə çağırırıq – XİN

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun
Cavidan 11 Dekabr, 2021
xin (1)

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq.

Bu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədi boyunca təxribatları barədə bəyanatında deyilir.

Qeyd edilir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məlumat verildiyi kimi, son günlərdə Ermənistan silahlı qüvvələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində vəziyyəti gərginləşdirən təxribatlarını davam edirmişdir.

“8 dekabr 2021-ci il tarixində dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində növbəti təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Asif Adil oğlu şəhid olub.

9-10 dekabr tarixlərində isə Ermənistan hərbi bölmələri Basarkeçər rayonu istiqamətində yerləşən döyüş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində qarşı tərəfin təxribatlarının qarşısı alınıb.

Azərbaycan və Ermənistan arasında münaqişə sonrası münasibətlərin normallaşması istiqamətində Azərbaycan tərəfindən müvafiq addımların atıldığı bir vaxtda, xüsusilə də 3+3 formatlı məsləhətləşmələr mexanizminin Moskva görüşü ərəfəsində Ermənistan tərəfinin təxribatçı fəaliyyətini davam etdirməsi, bu ölkənin aqressiv mövqeyini və regional sülh quruculuğu səylərinə xələl gətirdiyini nümayiş etdirir.

İki dövlət sərhədində yaşanan gərginlik və Kəlbəcər rayonu istiqamətində törədilən qanlı cinayətin məsuliyyəti birbaşa Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistan XİN-in Azərbaycanı bu dövlətin suveren ərazilərini pozmaqda ittiham etməsi tamamilə əsassızdır. Məhz bu kimi saxta ittihamların qarşısını almaq üçün Azərbaycan iki dövlətin sərhədinin delimitasiyası üzrə danışıqlara ən qısa zamanda başlanılmasının tərəfdarıdır.

Əgər Ermənistan həqiqətən bölgədə sülh və sabitlik istəyirsə, o zaman münasibətlərin normallaşdırılması istiqamətində real addımlar atmalı və imitasiyalara son verməlidir.

Ermənistan tərəfini bölgədə məqsədli gərginlik yaradaraq sülh quruculuğuna əngəl törətmək cəhdlərindən əl çəkməyə və üzərinə götütdüyü öhdəliklərə uyğun olaraq, üçtərəfli bəyanatları tam icra etməyə çağırırıq”, – XİN bildirir.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: SON DƏQİQƏ: Azərbaycanda karantin rejimi ilə bağlı YENİ QƏRAR
Next: Operativ Qərargah Yeni il şənlikləri ilə bağlı QADAĞALAR QOYDU

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-10 152615
  • Siyasət

Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib

Cavidan 10 İyun, 2026
Screenshot 2026-06-03 125225
  • Gündəm

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Cavidan 3 İyun, 2026
Screenshot 2026-06-01 172355
  • Siyasət

Monteneqro Prezidenti Azərbaycan liderini təbrik edib

Cavidan 1 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 592)
  • Dünya (3. 406)
  • Gündəm (11. 872)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 003)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib Screenshot 2026-06-13 145738 1
  • Cəmiyyət

Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib

13 İyun, 2026
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb Ekran şəkli 2026-06-12 173806 2
  • Cəmiyyət

Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb

12 İyun, 2026
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var Ekran şəkli 2026-06-12 165610 3
  • Dünya

Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var

12 İyun, 2026
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb Ekran şəkli 2026-06-12 162203 4
  • Cəmiyyət

FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb

12 İyun, 2026
Xüsusi qabiliyyət imtahanlarına start verilir 6a2be826bf8a66a2be826bf8a7178126 b 5
  • Cəmiyyət

Xüsusi qabiliyyət imtahanlarına start verilir

12 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9592) Dünya (3406) Gündəm (11872) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3003) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.