Skip to content
11 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Azyaşlıların Aşura mərasimlərinə cəlbi onların psixikasına mənfi təsir edir – ŞƏRH

Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkə kimi artıq özünü dünyada təsdiq edib. Ölkəmizdə din dövlətdən ayrıdır. Bununla belə, hər
Cavidan 15 İyul, 2024

Azərbaycan hüquqi, dünyəvi, demokratik ölkə kimi artıq özünü dünyada təsdiq edib. Ölkəmizdə din dövlətdən ayrıdır. Bununla belə, hər kəsin dini etiqad və vicdan azadlığı konstitusiya, eləcə də “Dini etiqad azadlığı haqqında” qanunla qorunur.

Bu gün ölkədə fərqli dinlərə məxsus insanlar birgə yaşayır, dövlətin inkişafına öz töhfələrini verirlər. Lakin bəzən dini ayinlərin icrası zamanı xoşagəlməz, ifratavarma hallarına da rast gəlinir. Belə hallar adətən Aşura mərasimləri zamanı yaşanır. Son illərdə bununla bağlı xeyli maarifləndirici tədbirlər görülüb və nəticələr də var – zəncirvurma, qantökmə kimi hallar xeyli azalıb.

Bu arada, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlanması ilə əlaqədar müraciət yayıb. Müraciətdə deyilir: “Şura olaraq dindarlarımıza xatırlatmaq istərdik ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq, qurşağadək soyunaraq sinə vurmaq və s. dinimizə görə qəbuledilməzdir. Həmçinin, QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” qanunun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Təziyə mərasimləri zamanı milli-mənəvi dəyərlərimizə və dövlətçilik ənənələrimizə xələl gətirən şüarların səsləndirilməsi, dövlət simvollarına uyğun olmayan atributların istifadəsi, ictimai asayişin pozulmasına Azərbaycan qanunlarına əsasən icazə verilmir”.

Təbii ki, məscidə getmək hər kəsin şəxsi işi, inancıdır. Ancaq təəssüf doğuran hal ondan ibarətdir ki, oradakı bəzi dini mərasimlər zamanı bir sıra xoşagəlməz hallar baş verir. Onların sırasında azyaşlı uşaqların Aşura vaxtı məscidlərə aparılması halları da var. O uşaqlar Aşuranın mahiyyətini hələ dərk edəcək yaşda deyillər. Dövlət qurumları, aidiyyəti orqanlar da mərasimin keçiriləcəyi günlər ərəfəsində uşaqların bura cəlb edilməməsi ilə bağlı vətəndaşlara öz tövsiyələrini verir.

Daxili İşlər Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu günlərdə vətəndaşlara birgə müraciət edib.
Müraciətdə deyilir ki, “Dini etiqad azadlığı haqqında” qanuna əsasən dini mərasimlər yalnız məscid və ziyarətgahların ərazisində keçirilməlidir. Bütün mərasimlər zamanı, o cümlədən iyulun 7-dən başlayan Məhərrəm ayında dini ibadət yerlərində təhlükəsizliyin təmin edilməsi və yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün müvafiq tədbirlər görülür: “Bəzi hallarda valideynlərin azyaşlı uşaqlarını dini ayinlərin icra olunduğu məkanlara aparması halları müşahidə olunur. Valideynlərdən xahiş edirik ki, kütləvi mərasimlərin keçirildiyi yerlərdə, o cümlədən təziyə məclislərində azyaşlı uşaqların iştirakının onların təhlükəsizliyi və sağlamlığı baxımından məqsədəuyğun olmadığını nəzərə alsınlar, habelə qanunvericiliklə icazə verilməyən hallara yol verilməməsinə diqqətlə yanaşsınlar”.

Əvvəla, ondan başlayaq ki, uşaqların Aşura mərasiminə gətirilməsi onların psixoloji sarsıntı keçirməsinə səbəb ola bilər. Mütəxəssis və psixoloqlar da bunu təsdiq edirlər. Qeyd olunur ki, bu, onların gələcəkdə ciddi problem yaşamasına səbəb olur, şəxsi inkişaflarına mənfi istiqamət verir.Bu, düzgün hal deyil. Dünyagörüşü yenicə formalaşmağa başlayan uşaqları bu kimi yerlərə aparmaq olmaz, xüsusilə, dini mərasimlərə. Çünki dində uşaqlara müəyyən yaş məhdudiyyəti qoyulub. Hansı ki, bu yaşdan sonra uşaqlar şəxsi seçimləri ilə mərasimlərə qatılıb-qatılmamağa qərar verə bilərlər.

Beləliklə, azyaşlıların imanını gücləndirmək adı altında onları dini mərasimlərə aparmaq yolverilməzdir. Valideynlər fikirləşirlər ki, uşağı kiçik vaxtdan dinə inamlı tərbiyə edirlər. Əslində isə uşaqlar özlərini dərk etdikdən sonra bu mövzuda qərar verməlidirlər. Elm və texnologiyanın yüksək sürətlə inkişaf etdiyi dövrdə yaşadığımızı nəzərə alsaq, uşaqlarımız elmi biliklər almalı, dünyəvi şüur və milli mənəvi dəyərlərlə tərbiyə olunmalıdır.

Çünki Azərbaycan xalqının zəngin milli, mənəvi dəyərləri var. İslam dini də bu dəyərlərin fövqündə durur. Odur ki, dinin müxtəlif qrupların maraqlarına uyğun şəkildə təbliğ olunmasına yol verməməliyik. Hər bir insan dini şüurlu şəkildə dərk edib yaşamalı, dini ibadətlərini heç kimə zərər vermədən həyata keçirməlidir.(Report)

Continue Reading

Previous: Prezidentdən yeni icra başçısı – Təyinatı
Next: Siqaret idxalı ilə bağlı yeni tələb qoyuldu

Bölmənin digər xəbərləri

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
  • Siyasət

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib
  • Cəmiyyət

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib
  • Cəmiyyət

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025

Top 7 Xəbər

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 1

Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib

10 Dekabr, 2025
Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 2

Ədliyyə Akademiyasına yeni rektor təyin edilib

10 Dekabr, 2025
Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 3

Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib

10 Dekabr, 2025
Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 4

Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi

10 Dekabr, 2025
Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 5

Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK

10 Dekabr, 2025
Astarada 7800 abonentin qazı kəsiləcək 6

Astarada 7800 abonentin qazı kəsiləcək

10 Dekabr, 2025
Keçmiş hakimə yeni vəzifə verildi 7

Keçmiş hakimə yeni vəzifə verildi

10 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 470)
  • Dünya (3. 046)
  • Gündəm (10. 590)
  • İdman (593)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (437)
  • Kriminal (1. 293)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 909)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8470) Dünya (3046) Gündəm (10590) Kateqoriyasızlar (437) Kriminal (1293) Mədəniyyət (322) Siyasət (2909) Texnologiya (14) İdman (593) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib 10 Dekabr, 2025
  • Ədliyyə Akademiyasına yeni rektor təyin edilib 10 Dekabr, 2025
  • Şahin Əliyev Ədliyyə Akademiyasının rektoru vəzifəsindən azad edilib 10 Dekabr, 2025
  • Baş nazir iclas keçirdi – Tapşırıqlar verildi 10 Dekabr, 2025
  • Metronun “20 Yanvar” stansiyası ətrafında YENİLİK 10 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.