Skip to content
19 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb
  • Gündəm
  • Siyasət

Azərbaycan Prezidentinin Xocalıya səfəri Türkiyə mətbuatında geniş işıqlandırılıb

Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocalıya səfəri Türkiyənin aparıcı media qurumları
Cavidan 29 May, 2024
59d7932f-4f39-31a1-8696-92f91a5024e7_850

Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Arzu Əliyevanın Xocalıya səfəri Türkiyənin aparıcı media qurumları tərəfindən geniş işıqlandırılıb.

Anadolu agentliyi, “TRT” televiziyası, “Milliyet”, “Sözcü”, “Star”, “Yeni Şafak” qəzetləri, “Haberler.com” və digər onlayn media qurumları dövlət başçısının səfərinə diqqət ayırıblar.

“Əliyev Xocalıya səfər etdi!”, “Azərbaycan bir daha belə acı yaşamayacaq”, “Ermənilərin soyqırımı törətdiyi Xocalıya azərbaycanlı ailələrin köçürülməsinə başlanıldı”, “Azərbaycan Prezidenti Xocalıda Ermənistana səsləndi”, “Əliyev xəbərdarlıq etdi: Ərazi iddiaları ilə bağlı yeni cəhdləri izləyirik”, “İşğaldan azad edilən Xocalıda yeni dövr: Azərbaycan ailələri qayıdırlar” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Prezident İlham Əliyevin Müstəqillik Gününü işğaldan azad edilən ərazilərdə, bu bölgələrə qayıdan keçmiş məcburi köçkünlərlə birlikdə qeyd etdiyi vurğulanır.

Xəbərlərdə Azərbaycanın işğaldan azad edilən ərazilərin yenidən qurulması və məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtmaları üçün həyata keçirilən Böyük Qayıdış proqramı haqqında məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Xocalı şəhərində həyata keçirilən bərpa-yenidənqurma işləri, icra olunacaq yeni layihələr, o cümlədən əsaslı təmir edilən yaşayış kompleksi ilə tanış olublar. Dövlətimizin başçısı və birinci xanım Xocalıya ilk qayıdan 20 ailəyə mənzillərin açarlarını təqdim ediblər. Yazılarda dövlətimizin başçısının Xocalıda həyata keçirilən işlər, o cümlədən yeni yaşayış binalarının inşası, fevralın 26-da Xocalıda xocalılılarla birlikdə təməli qoyulan Xocalı Memorial Kompleksinin yaradılması barədə fikirləri diqqətə çatdırılıb.

Məqalələrdə Prezident İlham Əliyevin Xocalıda səsləndirdiyi fikirlərə istinad edilərək hər şeyin vaxtının olduğu, bizim doğma torpaqlarımıza qayıtmağımız, həm Vətən müharibəsi, həm də antiterror əməliyyatının xalqımızın gücünü, iradəsini, əsgər və zabitlərimizin qəhrəmanlığını bütün dünyaya sübut etməsi barədə fikirlərinə xüsusi yer verilib. Bu baxımdan Prezident İlham Əliyevin aşağıdakı fikirləri xüsusi vurğulanıb: “Onların qəhrəmanlığı, fədakarlığı sayəsində biz bu gün buradayıq. Onlar sinələrini qabağa verərək düşmənə elə bir sarsıdıcı zərbə endirmişlər ki, əminəm, bundan sonra Ermənistan heç vaxt Azərbaycana qarşı hər hansı bir hərbi təxribat törətməyə cəhd etməyəcək. Halbuki Ermənistanda revanşistlər də kifayət qədər çoxdur. Biz son hadisələri də izləyirik, görürük ki, bizə qarşı yenidən ərazi iddiaları irəli sürmək cəhdləri var. Ona görə biz hər an hazır olmalıyıq. Əlbəttə ki, ilk növbədə, ordumuzu daha da gücləndirməliyik və bunu edirik”.

Yazılarda 1992-ci il fevralın 25-dən 26-a keçən gecə ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı haqqında da məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun keçirdiyi antiterror əməliyyatı nəticəsində bir çox ərazilər kimi, Xocalı da işğaldan azad edilərək əzəli sahiblərinə qaytarılıb.(AZƏRTAC)

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: İran əsilli tikinti maqnatı Trampın təyyarəsini satın aldı
Next: “Zəngəzur” tankeri əsaslı təmir olunub

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-18 105947
  • Cəmiyyət

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

Cavidan 18 İyun, 2026
Screenshot 2026-06-18 090738
  • Cəmiyyət

Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilir

Cavidan 18 İyun, 2026
Screenshot 2026-06-18 084706
  • Cəmiyyət

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Cavidan 18 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 610)
  • Dünya (3. 408)
  • Gündəm (11. 881)
  • İdman (663)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (510)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək Screenshot 2026-06-19 090510 1
  • Cəmiyyət

Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək

19 İyun, 2026
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb Screenshot 2026-06-18 125301 2
  • Cəmiyyət

Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb

18 İyun, 2026
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub Screenshot 2026-06-18 122039 3
  • Cəmiyyət

TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub

18 İyun, 2026
İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı Screenshot 2026-06-18 105947 4
  • Cəmiyyət

İlham Əliyev: Ermənistan 90-cı illərdə urbisid yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı

18 İyun, 2026
Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib Screenshot 2026-06-18 101323 5
  • Cəmiyyət

Anar Əliyevin Salyanda keçirəcəyi vətəndaş qəbulunun vaxtı dəyişdirilib

18 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9610) Dünya (3408) Gündəm (11881) Kateqoriyasızlar (510) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (663) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.