Skip to content
14 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 076)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində
Cavidan 23 May, 2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirakı zamanı “Euronews” telekanalına müsahibə verib.

Həmin müsahibəni təqdim edirik.

Müxbir: Prezident Əliyev, Sizinlə söhbət etmək həmişə olduğu kimi çox xoşdur. Biz Berlində, Petersberq İqlim Dialoqu tədbirindəyik. Bu, həqiqətən də COP29-a aparan yolun başlanğıcıdır. Yəqin ki, komandanız çox həyəcanlıdır. Builki COP-dan nə gözləyə bilərik, hansı məsələlər icra olunacaq və sadəcə, müzakirə olunmayacaq?

Prezident İlham Əliyev: Biz bütün tərəflərin özlərini rahat hiss etdiyi bir mühit yaratmaq istəyirik. Bizim Qoşulmama Hərəkatında körpü rolunu oynamaqda böyük təcrübəmiz var. Bildiyiniz kimi, Hərəkata dörd il sədrlik etdik. Hesab edirəm ki, 120 üzv ölkə ilə biz həqiqətən də böyük tərəqqiyə nail olduq. Biz Avropa İttifaqına üzv olan ölkələrlə fəal işləyirik. Bu gün konfransda dediyim kimi üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq haqqında Bəyannaməni imzalamışıq və qəbul etmişik. Digər sözlə, Qlobal Cənub və Qərb və iqlim dəyişikliyi məsələlərinin öhdəsindən gəlmək üçün birlikdə bu prosesdə necə iştirak etməliyik, həmrəyliyi, ortaq məsuliyyəti necə gücləndirməliyik və iqlim dəyişikliyi məsələləri ilə bağlı müəyyən inamsızlığı necə azaltmalıyıq? Çünki siz fərqli ideyaları, fərqli fikirləri bilirsiniz.

Müxbir: Qazıntı yanacağı ideyası ötən il BƏƏ-də keçirilən COP28-də üstünlük təşkil edirdi. Bilmək istərdim iki, Sizin fikrinizcə, COP tarixində qazıntı yanacağı hasil edən ölkənin dəyişikliklərin edilməsi və keçid prosesində aparıcı rola malik olması müsbət hadisə olaraq qiymətləndirilirmi?

Prezident İlham Əliyev: Biz məhz buna nail olmağa çalışırıq. Konfransda verdiyim mesajlardan biri də o idi ki, bizi malik olduqlarımıza görə mühakimə etməyin. Bizi onlardan necə istifadə etdiyimizə, gündəmimizə görə mühakimə edin. Avropadakı, Qoşulmama Hərəkatındakı iştirakımızla bağlı dediklərimdən əlavə, həmçinin bir məsələni da anlamaq vacibdir ki, biz həm də OPEC+ üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik. Hesab edirəm ki, neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidir. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin ayrılmaz hissəsidir və biz necə uğur qazanacağıq.

Müxbir: COP29-un davamlı mirası olaraq nəyi görmək istərdiniz?

Prezident İlham Əliyev: Əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir. Beləliklə, biz qarşılıqlı səylər, həmrəylik göstərməli, bir-birimizi günahlandırmağı dayandırmalıyıq. Nefti olmayan ölkələr nefti olan ölkələri ittiham etməməlidir, kiçik və inkişaf etməkdə olan ölkələr inkişaf etmiş böyük ölkələrə “siz iqlim fəlakətinə görə məsuliyyət daşıyırsınız” deməklə onlara qarşı tələblər irəli sürməməlidirlər. Beləliklə, bu, diplomatiyadır, siyasətdir, maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.

Müxbir: Cənab Prezident, Sizinlə söhbət etmək xoş idi. Bu gün bizə vaxt ayırdığınıza görə çox sağ olun.

Prezident İlham Əliyev: Çox sağ olun.

Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib
Azərbaycan Prezidenti İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Continue Reading

Previous: Saatlının polis rəisinə yeni müavin təyin edilib
Next: Bakıda ağır qəza, ölən var

Bölmənin digər xəbərləri

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL
  • Cəmiyyət

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub
  • Cəmiyyət

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026
Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub
  • Cəmiyyət

Keçən il Azərbaycanda 64 adda yeni silah-sursat istehsal olunub

13 Mart, 2026

Top 7 Xəbər

Azərbaycan neftinin qiyməti 109 dolları keçib 1

Azərbaycan neftinin qiyməti 109 dolları keçib

14 Mart, 2026
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 2

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

13 Mart, 2026
Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 3

Küçədə elektron siqaret çəkənlər cərimələnəcək

13 Mart, 2026
Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 4

Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib

13 Mart, 2026
Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 5

Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL

13 Mart, 2026
Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb 6

Gəncədə yol qəzasında iki nəfər xəsarət alıb

13 Mart, 2026
Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub 7

Süni intellektlə qadınları şantaj etməkdə şübhəli bilinən şəxs həbs olunub

13 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 076)
  • Dünya (3. 262)
  • Gündəm (11. 402)
  • İdman (636)
  • İqtisadiyyat (576)
  • Kateqoriyasızlar (473)
  • Kriminal (1. 351)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 965)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9076) Dünya (3262) Gündəm (11402) Kateqoriyasızlar (473) Kriminal (1351) Mədəniyyət (340) Siyasət (2965) Texnologiya (14) İdman (636) İqtisadiyyat (576)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycan neftinin qiyməti 109 dolları keçib 14 Mart, 2026
  • Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb 13 Mart, 2026
  • Küçədə elektron siqaret çəkənlər cərimələnəcək 13 Mart, 2026
  • Elektron siqaretlərin idxalı, ixracı, istehsalı və satışına görə cərimə müəyyənləşib 13 Mart, 2026
  • Bakıda bəzi avtobuslarda yeni tariflər müəyyənləşib – CƏDVƏL 13 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.