Skip to content
30 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İfadəsində generalın adını çəkmişdi, məhkəmədə “tanımıram” dedi
  • Gündəm
  • Siyasət

İfadəsində generalın adını çəkmişdi, məhkəmədə “tanımıram” dedi

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir. “Qafqazinfo”nun məlumatına görə, xüsusilə ağır cinayət əməlinə görə
Cavidan 20 May, 2024
herb

Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə araşdırmaları davam edir.

“Qafqazinfo”nun məlumatına görə, xüsusilə ağır cinayət əməlinə görə ittiham olunan dörd zabitin işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılır. 

Bunlar Müdafiə Nazirliyinin Maliyyə-Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovla birgə Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə İdarəsinin keçmiş rəisi Vüsal Əlizadədir.

Məhkəmə istintaqı şahidlərin dindirilməsi ilə davam edir. Şahid qismində ifadə verənlərdən biri Zahir Tağıyev olub. Tağıyev hadisə vaxtı Müdafiə Nazirliyinin nəzdindəki Maştağa Kənd Təsərrüfatı Müəssisəsində işləyib.

İstintaq materiallarında yazılıb ki, Zahir Tağıyevin adına 30-a yaxın şirkət olub. Həmin şirkətlər Müdafiə Nazirliyi ilə müqavilə bağlayıb, hərbi hissələri zəruri ərzaqlarla təmin edilib. Şahid istintaq vaxtı müstəntiqə geniş ifadə verib, iş mexanizmi haqda danışıb. Deyib ki, razılaşmaya əsasən, nazirliyin şirkətlərə köçürdüyü puldan ƏDV çıxmaqla “otkat” kimi 3 faiz müttəhim general Məmmədovun rəisi olduğu Maliyyə-Büdcə İdarəsinə, 2-3 faizi isə eyni iş üzrə həbsdə olan sabiq idarə rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanova çatıb. 

Şahid məhkəmədə istintaq vaxtı dediklərini demək olar ki, xatırlamayıb. Tağıyev prokurorun və müdafiəçilərin suallarını cavablandırarkən deyib ki, ittihamda adı keçən çoxsaylı şirkətlərin hamısı ona məxsus olmayıb: “Elə şirkətlər var ki, tanış adamların idi. Gəlib məsləhət alırdılar, mən də yönləndirirdim. Şirkətlərin hamısı da bu işlərə görə yaranmamışdı. Bəziləri əvvəldən var idi. Həmin şirkətlərin adlarını da heç xatırlamıram”.

Fotoda: Nizami Məmmədov

Şahid əvvəlki ifadəsində general Nizami Məmmədovun adını çəksə də, məhkəmədə onu tanımadığını deyib. Onun sözlərinə görə, generalı ancaq televiziya kanallarında görüb. Maliyyə məsələlərinə gəlincə, onları həmin idarənin mühasibi Akif Umudovla həll edib. Şahidin şirkətlərinin heç birinin adını xatırlamaması tərəfləri təəccübləndirib. 

Prosesin davamında şahid Rəhim Laçınov ifadə verib. Laçınov Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin təmir şöbəsinin müdiri işləyib. Hadisə vaxtı Mənzil-İstismar İdarəsinin rəisi polkovnik Fikrət Mirzəyev olub. Mirzəyev özü də hazırda həbsdədir. 

Şahid deyib ki, nazirliyin bütün təmir-bərpa işlərini müqavilə bağlanan şirkətlər görüb: “Tender elan edirdik. Hansı şirkət qalib gəlsə, lazım olan təmir işini də o görürdü. Şirkətlərlə müqavilə bağlayanda sənədləşmədə müfəttişlər iştirak edirdi. Şirkətlərə köçürülən puldan da müəyyən qədər “otkat” kimi geri qaytarılırdı”.

İttihamda qeyd olunur ki, Müdafiə Nazirliyi ilə müqavilə bağlamış bəzi şirkətlər toxunulmaz olub, rəhbər şəxs tərəfindən himayə edilib.

Bundan sonra şahidin istintaq vaxtı müstəntiqə verdiyi ifadəsindən bir hissə elan edilib. 

Laçınov əvvəlki ifadəsində deyib ki, ayrı-ayrı şirkətlərlə bağlanmış müqavilənin əsas şərti o idi ki, köçürülən puldan müəyyən qədər “otkat” kimi geri qaytarılsın. Bu da birbaşa Müdafiə Nazirliyinin sabiq baş qərargah rəisi Nəcməddin Sadıkovun tələbi imiş. 

Hakim Fikrət Əliyev şahiddən sabiq Baş Qərargah rəisi ilə bağlı əvvəl dediklərinin doğru olub-olmadığını və onun şirkətlərlə bağlı tələbindən xəbərdar olub-olmadığını soruşub. Şahid əvvəl dediklərini inkar etməyərək “bəli” deyə cavab verib.

Şahid əvvəlki ifadəsində qeyd edir ki, nazirliklə müqaviləsi olan şirkətlərin bəziləri Nəcməddin Sadıkovun yaxınlarına məxsus olub: “Məsələn, “İmpuls” MMC və digər bir neçə şirkət Nəcməddin Sadıkovun yaxınlarının idi. Tapşırıq verilmişdi ki, həmin şirkətlərə qarışan olmasın. Digər şirkətlərdə isə “otkat” kimi qayıdan pulun 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə maliyyə idarəsinə çatırdı”.

Təqsirləndirilən general Nizami Məmmədov və vəkilləri şahidin maliyyə idarəsinə 3 faiz çatması barədə dediklərini qəbul etməyiblər.

Şahid müdafiə tərəfinin suallarına cavab olaraq bildirib ki, onun kimə, nə qədər pul çatmasından şəxsən məlumatı olmayıb. Əvvəlki ifadəsində də sabiq rəisi Fikrət Mirzəyevin ona dediklərinə əsasən ifadə verib. 

Proses növbəti həftə davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhkükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. 

İstintaqa cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.

Post navigation

Previous: Rəisinin dəfn tarixi və yeri açıqlandı
Next: 18 yaşadək nikah istisnaları ləğv edilə bilər

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-30 092304
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-30 090258
  • Gündəm

Avropa Liqası: “Qarabağ” “ÇSKA Sofiya” ilə cavab oyununa çıxır

Cavidan 30 İyul, 2026
Screenshot 2026-07-29 174014
  • Cəmiyyət

Türkiyədə meşə yanğınlarına 5 təyyarə, 18 helikopter cəlb olunub, 202 nəfər təxliyə edilib

Cavidan 29 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 820)
  • Dünya (3. 471)
  • Gündəm (11. 982)
  • İdman (680)
  • İqtisadiyyat (610)
  • Kateqoriyasızlar (530)
  • Kriminal (1. 416)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 020)
  • Texnologiya (15)

Xəbər Trendi

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir Screenshot_20260730_175601_com_android_chrome_ChromeTabbedActivity 1
  • Kateqoriyasızlar

Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir

30 İyul, 2026
Prezident Mərakeş Kralını təbrik etdi Screenshot 2026-07-30 111254 2
  • Cəmiyyət

Prezident Mərakeş Kralını təbrik etdi

30 İyul, 2026
Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb Screenshot 2026-07-30 104916 3
  • Kateqoriyasızlar

Azərbaycan neftinin qiyməti 7 dollara yaxın artıb

30 İyul, 2026
Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb Screenshot 2026-07-30 100449 4
  • Dünya

Hindistanda daşqınlar səbəbindən ölənlərin sayı 78-ə çatıb

30 İyul, 2026
CHP-li bələdiyyə sədri saxlanıldı Screenshot 2026-07-30 092304 5
  • Cəmiyyət

CHP-li bələdiyyə sədri saxlanıldı

30 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9820) Dünya (3471) Gündəm (11982) Kateqoriyasızlar (530) Kriminal (1416) Mədəniyyət (356) Siyasət (3020) Texnologiya (15) İdman (680) İqtisadiyyat (610)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.