Skip to content
13 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa… 
  • Gündəm
  • Siyasət

İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa… 

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Rəfah sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirib. Mətbuatın məlumatına görə, hadisə yerində “əməliyyat nəzarəti”
Cavidan 8 May, 2024
1715080649_2

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında Rəfah sərhəd-keçid məntəqəsinə nəzarəti ələ keçirib.

Mətbuatın məlumatına görə, hadisə yerində “əməliyyat nəzarəti” həyata keçirilir. Keçid məntəqəsinə xüsusi təyinatlılar nəzarət edəcək. Əməliyyata zirehli bölmələr də cəlb olunub. 

Bundan əlavə, Qəzza zolağının şimal və cənub hissələrini birləşdirən mərkəzi yol İsrailin nəzarəti altındadır.

İsrailin Ynet nəşri əməliyyat zamanı 20 terrorçunun öldürüldüyünü, tunelə üç girişin aşkar edildiyini yazır. Partlayıcı ilə doldurulmuş avtomobil də məhv edilib.

Qeyd edək ki, son günlər ABŞ, Misir, Qətərin iştirakı ilə İsraillə HƏMAS arasında atəşkəsin elan olunması və əsir götürülənlərin azad edilməsinə nail olmaq istiqamətində tərəflər arasında danışıqlar intensiv xarakter almağa başlayıb. Belə bir ərəfədə İsrail bütün danışıqlara və razılaşmalara baxmayaraq Rəfah əməliyyatına başlayaraq, əraziyə nəzarəti ələ keçirir. 

Görəsən, yaranmış situasiyada savaş nəhayət başa çatacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, Rəfah əməliyyatından sonra İsrail baş naziri Netanyahu beynəlxalq məhkəməyə cəlb olunacaq. 

Savaş isə həmsöhbətimizə görə, Rəfahın İsrail qoşunları tərəfindən alınmasına rəğmən hələ bitməyəcək:

“Məsələ daha da qəlizləşir. Qərb dünyasının özündə belə fələstinlilərə mənəvi və siyasi dəstək durmadan artır. Rəfahı ələ keçirmək hələ o demək deyil ki, müharibə bitəcək. İsrail mənbələri çoxsaylı feyk xəbərləri yayır. İsrail ordusunun itkiləri çoxdur. HƏMAS isə qətiyyət və şücaətlə döyüşür. Onların əksər yeraltı tunelləri hələ dağıdılmayıb, ələ keçirilməyib. Odur ki, proses davam edir. 

İsrail üçün Rəfah gur səsli hədəfə çevrilib. Bununla göstərmək istəyir ki, Misirlə sərhədin açarları İsrailin əlində olacaq. Ancaq bu belə deyil. HƏMAS harda gəldi döyüşəcək. Onlar itirdikləri ehtiyatları bərpa etməyi bacarır. İsrail baş naziri Netanyahunun vəziyyəti isə bir qədər kəskinləşəcək. Çünki ordusu Rəfaha daxil olmazdan əvvəl ona böyük təpki və təzyiqlər vardı. Qərbdəki bəzi ölkələr də ona Rəfaha girməmək xəbərdarlığını edib”. 

Ekspert qeyd edir ki, belə vəziyyətdə Netanyahu dünya birliyinin çağırışlarını eşitmədən istədiyinə nail olmağa çalışırsa, deməli öz vəziyyətini gərginləşdirir:

“İsrail cəmiyyətinin özündə Netanyahunun nüfuzu aşağı düşür. Solçu və mərkəzçi qüvvələr onu faciənin günahkarı kimi qiymətləndirir. Fikrimcə, Rəfah əməliyyatından sonra  Netanyahunun beynəlxalq məhkəməyə cəlbi artıq qaçılmaz olacaq. Müharibənin nə zaman bitəcəyi barədə isə proqnoz vermək çətindir”.  

Bizim.Media 

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Paşinyan Rusiyadadır – Yenilənib
Next: Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub -YENİLƏNİB

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-11 160048
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 132145
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

Cavidan 11 İyul, 2026
Screenshot 2026-07-11 120056
  • Gündəm

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

Cavidan 11 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 726)
  • Dünya (3. 453)
  • Gündəm (11. 945)
  • İdman (673)
  • İqtisadiyyat (604)
  • Kateqoriyasızlar (521)
  • Kriminal (1. 410)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 011)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub Screenshot 2026-07-11 160048 1
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub

11 İyul, 2026
İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib Screenshot 2026-07-11 153111 2
  • Cəmiyyət

İlham Əliyev Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışında iştirak edib

11 İyul, 2026
İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb Screenshot 2026-07-11 150542 3
  • Cəmiyyət

İlham Əliyev Şuşanın Kiçik Qaladərəsi kəndində görülən işlərlə tanış olub və kəndə qayıdan sakinlərlə görüşüb

11 İyul, 2026
Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq Screenshot 2026-07-11 144513 4
  • Cəmiyyət

Bakının 3 əsas küçəsində hərəkət tam məhdudlaşdırılacaq

11 İyul, 2026
Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var Screenshot 2026-07-11 132145 5
  • Dünya

Rusiya Xarkov və Zaporojyeyə zərbələr endirib, ölən və yaralananlar var

11 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9726) Dünya (3453) Gündəm (11945) Kateqoriyasızlar (521) Kriminal (1410) Mədəniyyət (356) Siyasət (3011) Texnologiya (15) İdman (673) İqtisadiyyat (604)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.