Skip to content
21 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Xankəndi, Ağdərə və Xocalıda yeni xidməti yaradılır – Prezident fərman imzaladı
  • Gündəm
  • Siyasət

Xankəndi, Ağdərə və Xocalıda yeni xidməti yaradılır – Prezident fərman imzaladı

Cavidan 1 Aprel, 2024
1711966178_1696508542_461838

Prezident İlham Əliyev “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.   Fərmanla “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılır.   “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Nizamnaməsi” təsdiq edilib.   Müəyyən edilir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti (bundan sonra – Xidmət) adları çəkilən şəhərə və rayonlara əhalinin qayıdışı ilə əlaqədar mövcud mənzil fondunun qorunması və saxlanılması, yeni çoxmənzilli bina və fərdi yaşayış evlərinin tikintisinin təşkili, habelə onların idarə edilməsi, eləcə də müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir;   3.2. Xidmətin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 (beş) üzvdən ibarət Müşahidə Şurası yaradılır;   3.3. Xidmətin fəaliyyətinə cari rəhbərliyi Xidmətin Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor həyata keçirir;   3.4. Xidmətin nizamnamə fondu 500 000 (beş yüz min) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır;   3.5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti dövlət büdcəsi və qanunla qadağan olunmayan digər mənbələr hesabına maliyyələşir.   4. Xidmətin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:   4.1. Azərbaycan Respublikasının Prezidentinə:   4.1.1. nizamnamənin təsdiqi və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, onların dəyişdirilməsi;   4.1.2. idarəetmə orqanlarının yaradılması;   4.1.3. Müşahidə Şurası sədrinin və digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;   4.1.4. Xidmətin yenidən təşkili və ləğvi;   4.1.5. “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində nəzərdə tutulmuş qərarın qəbul edilməsi;   4.2. Xidmətə:   4.2.1. Xidmətin strukturunun, əməyin ödənişi fondunun, işçilərinin say həddinin və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiqi;   4.2.2. bu Fərmanın 4.1-ci bəndində qeyd edilənlər istisna olunmaqla, “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi şəxsin təsisçisinin səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.   5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:   5.1. Xidmət “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində Xidmətin nəqliyyat vasitələri ilə təmin olunması və maddi-texniki təminatı məsələlərinin həlli üçün zəruri tədbirlər görüb Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;   5.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.   6. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:   6.1. bu Fərmanın 3.4-cü bəndində nəzərdə tutulan maliyyələşməni təmin etsin;   6.2. Xidmətin saxlanılması və fəaliyyəti üçün tələb olunan vəsaiti hər il dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.   7. Xidmət:   7.1. Xidmətin dövlət qeydiyyatına alınması üçün bu Fərman qüvvəyə mindiyi tarixdən 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət etsin;   7.2. Xidmət dövlət qeydiyyatına alındıqdan sonra Xidmətin strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və onların əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;   7.3. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Ombudsman Narkoloji Mərkəzlə bağlı aidiyyati qurumlara çağırış etdi
Next: Məşhur aktyor bələdiyyə sədri SEÇİLDİ

Bölmənin digər xəbərləri

Screenshot 2026-06-20 145225
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-20 141620
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

Cavidan 20 İyun, 2026
Screenshot 2026-06-19 174144
  • Cəmiyyət

Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək

Cavidan 19 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 619)
  • Dünya (3. 410)
  • Gündəm (11. 884)
  • İdman (665)
  • İqtisadiyyat (600)
  • Kateqoriyasızlar (513)
  • Kriminal (1. 401)
  • Mədəniyyət (354)
  • Siyasət (3. 004)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb Screenshot 2026-06-20 155254 1
  • Cəmiyyət

Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb

20 İyun, 2026
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb 2
  • Kateqoriyasızlar

Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb

20 İyun, 2026
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb Screenshot 2026-06-20 145225 3
  • Dünya

İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb

20 İyun, 2026
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur” Screenshot 2026-06-20 141620 4
  • Gündəm

Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”

20 İyun, 2026
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək Screenshot 2026-06-20 120432 5
  • Cəmiyyət

Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək

20 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9619) Dünya (3410) Gündəm (11884) Kateqoriyasızlar (513) Kriminal (1401) Mədəniyyət (354) Siyasət (3004) Texnologiya (15) İdman (665) İqtisadiyyat (600)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.