“Hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qiymətləndirilir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
“Hərbi qulluqçularımız ölkəmizin suveren ərazilərində xidmətlərini həyata keçirirlər”, – o vurğulayıb.