Skip to content
30 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Fransa neokolonializminin qəddarlığı – Yeni Kaledoniyanın müstəqillik hərəkatı boğulur – ŞƏRH

Fransanın yürütdüyü bədnam siyasətin ən bariz nümunəsi neokolonializmdir. Keçmiş müstəmləkələrinə müstəqillik verməyə məcbur olan rəsmi Paris bu əraziləri
Cavidan 1 Fevral, 2024

Fransanın yürütdüyü bədnam siyasətin ən bariz nümunəsi neokolonializmdir. Keçmiş müstəmləkələrinə müstəqillik verməyə məcbur olan rəsmi Paris bu əraziləri əlindən buraxmamaq üçün bütün vasitələrə əl atmaqdadır. Bura həmin dövlətlərin ərazilərində münaqişə yaratmaqdan tutmuş, qoşunlarını “sülhməramlı missiya” adı altında yerləşdirmək kimi çirkin əməllər daxildir.

Demokratiyadan dəm vuran Fransa neokolonializm siyasətini hər vəchlə davam etdirir. XXI əsrdə özünü insan hüquqlarına hörmət edən əsas ölkə adlandıran rəsmi Paris Mayot adası, Yeni Kaledoniya, digər dənizaşırı icma və ərazilərdə yaşayan xalqların hüquq və azadlıqlarını kobud şəkildə pozmaqdadır.

Lakin bu siyasət də fiasko ilə üzləşməkdədir. Keçmiş müstəmləkəsi Nigerdən biabırcasına qovulduqdan sonra Fransa nəzarət etdiyi Yeni Kaledoniyada müstəqillik hərəkatına zərbə vurmaq istiqamətində aktiv fəaliyyətə keçib. Hər vəchlə də müstəqillik uğrunda vuruşanlara əks-cəbhə yaratmağa çalışır. Yerli mediada yer alan xəbərlərə görə, Yeni Kaledoniya ilə bağlı 2 qanun layihəsi hökumətə təqdim olunub, birinci layihədə konstitusiyada dəyişiklik tələb edən Kaledoniyada yerli seçkilərdə səs verənlərin sayının artırılması, digərində isə yerli seçkilərin tarixinin dəyişilməsi nəzərdə tutulub. Hər iki layihə yaxın vaxtda Fransa parlamentinə təqdim olunacaq.

Qeyd edək ki, hazırda Yeni Kaledoniyada yerli seçkilərdə yalnız 1988-ci ilə qədər orada məskunlaşan insanlar səs verə bilərlər. Yeni layihəyə əsasən isə hökumət burada anadan olan və ya ən azı 10 il müddətində burada yaşayan şəxslərə səs vermək hüququnu vermək istəyir. Dəyişiklik baş verəcəyi təqdirdə 40 000 nəfərə qədər əlavə insan səs vermək hüququnu əldə edəcək. Həmin şəxslərin mütləq çoxluğu Fransadan sonradan köçürülən (və ya onların övladları) və müstəqilliyin əleyhdarlarıdır.

Göründüyü kimi, Fransa Yeni Kaledoniyada son dövrlər fəallaşan müstəqillik hərəkatına zərbə vurmaq və gəlmələr hesabına müstəqillik uğrunda mübarizə aparan qüvvələrə əks cəbhə yaratmağa çalışır.

Xatırladaq ki, bir neçə gün əvvəl prezident Makron da Yeni Kaledoniya mövzusuna toxunub. O, bəyanatında “qırıcı təyyarələrimizi 48 saat ərzində Yeni Kaledoniyada yerləşdirə bilərik” təhdidini səsləndirib.

Şübhəsiz ki, Fransa əleyhinə artan etirazların səbəbləri sırasında bu ölkəyə qarşı keçirilən tədbirlər, təşəbbüslər də yer alır. Konkret olaraq, rəsmi Bakının Qoşulmama Hərəkatının sədri kimi müstəmləkəçiliyə qarşı apardığı mübarizə də Yelisey sarayının maraqlarına toxunur. Hazırda Azərbaycanın təşəbbüs və təklifi ilə beynəlxalq aləmdə Fransa müstəmləkəçiliyinə qarşı ciddi mübarizə aparılır. Bu prosesə Bakının liderlik etdiyi heç kimə sirr deyil. Azərbaycan müstəmləkələrin – Fransanın dənizaşırı adlandırdığı ərazilərin nümayəndələrinin iştirakı ilə böyük konfranslar təşkil edir. Bəyan edilir ki, Qoşulmama Hərəkatında sədrliyi başa çatsa da, Bakı Təşəbbüs Qrupu yaşayacaq. Fransız neokolonializminin ifşa olunmasını və müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini dəstəkləyəcək.

Bu il yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında keçirilən etiraz aksiyası da qeyd olunanların nəticəsidir. Aksiyada Fransanın Yeni Kaledoniyanın daxilində gərginlik yaratmaq siyasəti və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlar səslənib. Hətta aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb. Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər.

Yeri gəlmişkən, Yeni Kaledoniya nümayəndələri dəfələrlə bəyan ediblər ki, Fransanın atdığı addımlar onları neokolonializm istiqamətinə aparır. Açıq şəkildə bildirirlər ki, Fransa qardaşlıq bərabərliyi təşviq etdiyini deyir, özünü demokratik ölkə kimi tanıdır, bütün bunlar yalandır. Onlar Fransanı bürüyən sosial problemlər, irqçi cinayətlərin onun xarakterini göstərdiyini vurğulayıblar.

Maraqlıdır ki, Fransa indiyə qədər Yeni Kaledoniyada iki referendumu gözardı edib.

Bu ərazidə isə müstəmləkəçiliyin 171 ili ərəfəsində suverenlik və müstəqillik qazanana qədər mübarizəni dayandırmayacaqlarını birmənalı şəkildə bildirirlər.

Beləliklə, Yeni Kaledoniya xalqı mövqeyində qətidir. Nəyin bahasına olursa-olsun Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etmək hədəf götürülüb. Özlərinin də ifadə etdiyi kimi, məqsədləri gənc və yaşlı nəsillərin sosial məsələlər haqqında açıq danışa bildiyi xüsusi şəbəkə yaratmaqdır. Bununla Yeni Kaledoniyada təhlükəsiz gələcəyə nail olunmasına çalışırlar. Gözləmək olar ki, bu proses tək Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər keçmiş müstəmləkələri də əhatə edəcək.(Musavat)

Continue Reading

Previous: İlham Əliyev AŞPA-ya xəbərdarlıq etdi
Next: Buraxılış imtahanlarının tarixi açıqlandı – Cədvəl

Bölmənin digər xəbərləri

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib
  • Cəmiyyət

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi
  • Cəmiyyət

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb
  • Cəmiyyət

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026

Top 7 Xəbər

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 1

DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib

30 Mart, 2026
Bu xəstəxanaya baş həkim təyin edildi 2

Bu xəstəxanaya baş həkim təyin edildi

30 Mart, 2026
Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 3

Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər

30 Mart, 2026
Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 4

Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb

30 Mart, 2026
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 5

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

30 Mart, 2026
İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər 6

İlham Əliyev və Mehriban Əliyeva Rasim Balayevlə vida mərasiminə əklil göndəriblər

30 Mart, 2026
Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir 7

Xalq artisti Rasim Balayevlə vida mərasimi keçirilir

30 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 143)
  • Dünya (3. 286)
  • Gündəm (11. 478)
  • İdman (638)
  • İqtisadiyyat (579)
  • Kateqoriyasızlar (476)
  • Kriminal (1. 358)
  • Mədəniyyət (342)
  • Siyasət (2. 971)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9143) Dünya (3286) Gündəm (11478) Kateqoriyasızlar (476) Kriminal (1358) Mədəniyyət (342) Siyasət (2971) Texnologiya (14) İdman (638) İqtisadiyyat (579)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • DYP hərəkətin intensiv olduğu yollarla bağlı müraciət edib 30 Mart, 2026
  • Bu xəstəxanaya baş həkim təyin edildi 30 Mart, 2026
  • Əş-Şəraa və Ştaynmayer Suriya-Almaniya münasibətlərinin inkişafı müzakirə ediblər 30 Mart, 2026
  • Prezident Rasim Balayevin vəfatı ilə bağlı nekroloq imzalayıb 30 Mart, 2026
  • Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb 30 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.