Skip to content
14 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Sahibə Qafarova Hulusi Akarla nələri müzakirə etdi… – FOTO
  • Gündəm
  • Siyasət

Sahibə Qafarova Hulusi Akarla nələri müzakirə etdi… – FOTO

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi
Cavidan 29 Yanvar, 2024
1706530820_whatsapp-image-2024-01-29-at-16.17.59-7

Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanda səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Qonağı parlamentdə salamlamaqdan məmnunluğunu bildirən Milli Məclisin sədri onun Türkiyə Respublikasının milli müdafiə naziri olduğu vaxt həm 44 günlük Vətən müharibəsi dövründə, həm də müharibədən sonra Azərbaycana səfərlərini xatırlayıb, bu gün isə qonağın parlament üzvü kimi Azərbaycana səfər etdiyini deyib. Sahibə Qafarova Hulusi Akarın bundan sonra parlament üzvü kimi iki qardaş ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib.Milli Məclisin sədri bildirib ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin Prezident İlham Əliyevin dediyi kimi, dünyada bənzəri yoxdur. Dövlət başçılarımızın qardaşlıq münasibətləri, siyasi iradəsi və qətiyyəti nəticəsində dövlətlərarası münasibətlərimiz bu gün müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimiz dil, din, mədəniyyət, milli-mənəvi dəyərlər baxımından doğma olmaqla yanaşı, həm də müttəfiqdirlər. Bu baxımdan imzalanmış Şuşa Bəyannaməsi əlaqələrimizin daha da inkişaf etdirilməsi üzrə yeni hədəf və istiqamətləri müəyyən edib. Bu sənədin parlamentlərarası əməkdaşlığa dair bəndinin həyata keçirilməsi və Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərinin parlament səviyyəsində də həyata keçirilməsi mühüm əhəmiyyətə malikdir. Bu gün Milli Məclislə TBMM arasında çoxşaxəli ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli və çoxtərəfli formatlarda da işbirliyi mövcuddur.Milli Məclisin sədri bildirib ki, Şuşa Bəyannaməsinin imzalanmasından sonra Milli Məclisdə çıxış edən Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın çıxışında ölkələrimizin birliyi məsələsi mühüm yer tutmuşdu.Spiker söhbət zamanı qonaqlara Azərbaycan nümayəndə heyətinin AŞPA-da fəaliyyətini dayandırması və digər məsələlər barədə məlumat verib.Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar bu gün Prezident İlham Əliyevlə keçirdiyi görüşə dair təəssürütlarını bölüşüb. İki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışan TBMM-in komitə sədri bildirib ki, 44 günlük Vətən müharibəsi nəticəsində Qarabağ fatehi Prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Azərbaycanın öz suverenliyini bərpa etməsi, onun bayrağının bütün suveren ərazisində dalğalanması Türkiyə üçün də qürurvericidir. Hulusi Akar torpaqlarımızın işğaldan azad olunmasında Azərbaycan hərbçilərinin fədakarlığından danışaraq, ölkələrimizdə ordu quruculuğu barədə fikirlərini çatdırıb. O, qeyd edib ki, təkcə Türkiyə və Azərbaycan arasında deyil, bütün türk dövlətləri ilə münasibətlərin inkişaf etdirilməsi vacibdir. Qonaq bu baxımdan parlament diplomatiyasının vacibliyini qeyd edib.O, TBMM sədri Numan Kurtulmuşun Azərbaycana, Milli Məclisin sədri Sahibə Qafarovanın isə Türkiyəyə səfərlərini xatırladaraq, parlamentlərarası əlaqələrin inkişafında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb.Hulusi Akar Ermənistanın Azərbaycanın uzatdığı əli tutacağına və tezliklə iki ölkə arasında sülh müqaviləsinin imzalanacağına inamını ifadə edib. Zəngəzur dəhlizi barədə də danışan TBMM-in komitə sədri qeyd edib ki, bu dəhlizin fəaliyyətə başlaması nəinki region ölkələri, həmçinin digər ölkələr üçün də böyük fayda gətirəcək.Söhbət zamanı tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparılıb.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Hacı Əli Behiştiyə HÖKM OXUNDU
Next: Parlamentin yaz sessiyasının ilk iclasının gündəliyi AÇIQLANDI

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 145229
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 142048
  • Siyasət

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (673)
  • İqtisadiyyat (605)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 412)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 1
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 2
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026
Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb Screenshot 2026-07-14 170729 3
  • Cəmiyyət

Qaxın sabiq icra başçısı Musa Şəkiliyevin həbs müddəti uzadılıb

14 İyul, 2026
Ukrayna parlamenti hökumətin istefasını qəbul edib Screenshot 2026-07-14 164759 4
  • Dünya

Ukrayna parlamenti hökumətin istefasını qəbul edib

14 İyul, 2026
Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO Screenshot 2026-07-14 160024 5
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1412) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (673) İqtisadiyyat (605)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.