Skip to content
23 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 489)
  • Dünya (3. 377)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Paris Bakı ilə yaxınlaşır – Düpüyin sensasion şərhi

Fransa-Azərbaycan münasibətləri ümumilikdə dəyişkən olsa da, son həftələr yaxşılaşmağa doğru gedir. Azərbaycan BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində öz
Cavidan 25 Yanvar, 2024

Fransa-Azərbaycan münasibətləri ümumilikdə dəyişkən olsa da, son həftələr yaxşılaşmağa doğru gedir. Azərbaycan BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində öz ərazi bütövlüyünü və suverenliyini uğurla bərpa etdi. Amma diplomatik münasibətlər sülh sazişinin əldə olunması üçün lazımi səviyyədə deyil.

Bu sözləri Axar.az-a açıqlamasında fransız ekspert, Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun (IPSE) prezidenti Emmanuel Düpüy deyib.

“Fransa və Avropa üçbucaq məntiqi ilə regionda dəmir yolu, enerji, nəqliyyat və birgə həyata keçiriləcək digər layihələr üzərində işləməlidir. Yəni proses “Qoll yolu metodu” (Şarl De Qollun adı ilə bağlıdır, xarici siyasətdə həm realizmi, həm də fransız müstəsnalığını əsas götürür – red.) çərçivəsində nəzərdən keçirməlidir. Sadaladıqlarımız Avropanın enerji asılılığını azaltmaq üçün konstruktiv imkanlardır”, – o bildirib.

Düpüy hazırda baş verən geosiyasi proseslərin də mümkün nəticələrinin nəzərə alınmasını vacib hesab edib:

“Biz indi müəyyən geosiyasi nəticələri olacaq proseslərdən keçirik. Bunlara Ukraynadakı müharibəni, sülhlə bağlı planların uğursuzluğunu, eyni zamanda regionun bir sıra ölkələrində qarşıdan gələn seçkiləri misal çəkmək mümkündür. Azərbaycan dövlətinin Naxçıvana yolunun açılması ilə bağlı eksterritoriallıq hüququnun (hökumətin öz hakimiyyətini sərhədlərindən kənarda həyata keçirmək imkanı – red) müzakirəsi Ermənistanda ərazi bütövlüyü ilə bağlı məsələdə təşviş yaradır. Viktor Orbanın potensial Avropa Birliyi Şurasına sədrliyi isə şübhəsiz ki, Azərbaycan və Türkiyənin xeyrinə olacaq hərəkətləri təşviq edəcək.

Son olaraq, “Üç Dəniz Təşəbbüsü” (Baltik, Adriatik, Qara dəniz Təşəbbüsü və ya sadəcə olaraq “Üç Dəniz Təşəbbüsü” kimi tanınan və Baltik dənizindən Adriatik və Şimal-Cənub oxu boyunca uzanan 13 AB dövlətinin qurduğu forumdur –red.) ilə bağlı davam edən strateji qarışıqlıq və ya bloklara qoşulmama konsepsiyasının legitimliyinin yenidən gündəmə gəlməsi, “Qlobal Cənub”un daha çox nəzərə çarpmağa başlaması Bakı ilə münasibətlərin dəyişməsinə gətirib çıxaracaq. Avropa sözügedən proseslər fonunda Bakı ilə münasibətləri dəyişdirəcək və Cənubi Qafqazda qüvvələr nisbətini tarazlaşdırmaq məqsədilə Türkiyə, Tehran və Pekinlə əlaqələrdə vasitəçi kimi Azərbaycana müraciət edəcək. Amma ABŞ isə öz növbəsində birbaşa Rusiya və regional tərəfdaşlarla danışıqlar yolu ilə AB-ni prosesdən uzaqlaşdırmaq istəyir”.

Continue Reading

Previous: Demokratlar Baydenin qalib gələcəyinə inanmır
Next: COP29: İqlim dəyişikliyi ilə mübarizədə Azərbaycan modeli

Bölmənin digər xəbərləri

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək
  • Gündəm

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026
Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir
  • Gündəm

Baş nazir: Azərbaycan iqtisadiyyatın şaxələndirilməsi istiqamətində irimiqyaslı təşəbbüslər həyata keçirir

22 May, 2026
Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür
  • Cəmiyyət

Sürücülərə XƏBƏRDARLIQ: Bəzi zolaqlar artıq qüvvədən düşür

22 May, 2026

Top 7 Xəbər

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb 1

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

23 May, 2026
Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 2

Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb

23 May, 2026
Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 3

Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ

22 May, 2026
Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 4

Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb

22 May, 2026
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 5

Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək

22 May, 2026
“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu 6

“Bakı Fəaliyyətə Çağırışı”nın əsas prinsipləri elan olundu

22 May, 2026
TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb 7

TDT Baş katibi: Azərbaycanın sədrliyi dövründə təşkilatımızın nüfuzu qlobal miqyasda daha da artlb

22 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 489)
  • Dünya (3. 377)
  • Gündəm (11. 792)
  • İdman (652)
  • İqtisadiyyat (597)
  • Kateqoriyasızlar (496)
  • Kriminal (1. 390)
  • Mədəniyyət (351)
  • Siyasət (2. 994)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9489) Dünya (3377) Gündəm (11792) Kateqoriyasızlar (496) Kriminal (1390) Mədəniyyət (351) Siyasət (2994) Texnologiya (14) İdman (652) İqtisadiyyat (597)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb 23 May, 2026
  • Dünya mediası WUF13-ün dünya şəhərsalma siyasətinə töhfəsindən yazıb 23 May, 2026
  • Mehdiabada qazın verilməsi DAYANDIRILACAQ 22 May, 2026
  • Qurban bayramı ilə bağlı hazırlıq işləri yekunlaşıb 22 May, 2026
  • Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Meydançanın kralı və kraliçası” turniri keçiriləcək 22 May, 2026
© Addim.az | MoreNews by AF themes.