Skip to content
11 Fevral, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 876)
  • Dünya (3. 185)
  • Gündəm (11. 099)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« Yan    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Azərbaycan bu hərəkata sədrliyi Uqandaya təhvil verdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının
Cavidan 19 Yanvar, 2024

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Uqandanın paytaxtı Kampala şəhərində keçirilən Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının 19-cu zirvə görüşündə iştirak və çıxış edib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, zirvə görüşündə QH-nın sədri qismində açılış nitqi ilə çıxış edən C.Bayramov Azərbaycanın 4 il bundan öncə Hərəkata sədrliyi təhvil aldıqdan sonra beynəlxalq münasibətlər sistemi üçün olduqca mürəkkəb bir dövrdə QH-ya uğurla sədrlik etdiyini, Hərəkatın mövcud çağırışlarla mübarizədə effektivliyinin artırılması üçün substantiv və institusional tədbirlər gördüyünü diqqətə çatdırıb.

Daha sonra, Hərəkatın 19-cu Zirvə Görüşünün gündəliyi qəbul olunub.

Zirvə Görüşünün gündəliyinə əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin QH-nin sədri qismində uğurlu fəaliyyət və təşəbbüslərini əks etdirən videoçarx nümayiş olunub, daha sonra isə nazir Ceyhun Bayramovun Azərbaycanın Hərəkata sədrliyinin yekunlarına dair çıxışı dinlənilib.

2019-cu ildə Hərəkata sədrliyi təhvil alan Azərbaycanın sədrliyinin 2022-ci ildə üzv ölkələrin yekdil qərarı ilə əlavə bir il müddətinə uzadılmasının ölkəmizə göstərilən inam və etimadın təcəssümü olduğunu qeyd edən nazir Ceyhun Bayramov, Azərbaycanın sədrlik dövründə tarixi Bandunq prinsipləri əsasında öz fəaliyyətini qurduğunu bildirib. Bu istiqamətdə, Azərbaycanın QH-nın fəaliyyətinin əlaqələndirilməsinin çevikliyinin təmini istiqamətində əməli tədbirlər gördüyü, görülən işlər nəticəsində yüzlərlə bəyanat, kommunike və bəyannamələrin razılaşdırıldığı, Hərəkat üzvləri tərəfindən müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Assambleyası və İnsan Hüquqları Şurasında irəli sürülmüş qətnamələrin qəbul edildiyi diqqətə çatdırılıb.

Hərəkata sədrliyimizin COVID-19 pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, irəli sürülən təşəbbüslərin, xüsusilə QH sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş BMT Baş Assambleyasının COVID-19 pandemiyasına qarşı mübarizə üzrə xüsusi sessiyasının çağırılması, peyvəndlərə əlçatanlığın təmin edilməsinin təşviqinin Hərəkat çərçivəsində yeni əməkdaşlıq imkanları yaratdığı qeyd olunub.

Sədrliyimiz dövründə Hərəkatın Parlament Şəbəkəsi və Gənclər Təşkilatının yaradılmasının, Qadınlar Platformasının əsasının qoyulması ilə bağlı atılan addımların QH-nın institusional inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bildirilib.

Bununla yanaşı, Hərəkatın üzvlərinin sayının artırılması, QH-nın digər beynəlxalq təşkilatlarla əməkdaşlığının genişləndirilməsi, Hərəkata üzv dövlətlərin beynəlxalq təşkilatların seçkili orqanlarında namizədliklərinin dəstəklənməsi, QH üzvlərinin inkişafına istiqamətlənən təşəbbüslərin həyata keçirilməsinin də sədrliyimizin uğurları sıralarında olduğu vurğulanıb.

Ölkəmizin bundan sonra da Hərəkatın inkişafı istiqamətində səylərini əsirgəməyəcəyi, xüsusilə QH-nin sədrlik üçlüyü çərçivəsində Hərəkatın fəaliyyətinə töhfə verməkdə davam edəcəyi diqqətə çatdırılıb.

Tədbirdə iştirak edən QH üzv dövlətləri Azərbaycanın Hərəkata 4 illik uğurlu sədrliyini təqdir edərək, xüsusilə də təsisatın institutlaşdırılması istiqamətində atdığı addımları və pandemiya dövründə COVİD-19 ilə mübarizə sahəsində gördüyü işləri yüksək qiymətləndirib.

Zirvə Görüşündə qəbul edilən Yekun Sənəddə ölkəmizin maraqlarını əks etdirən müddəalar əks olunub, Azərbaycanın İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyanın növbəti Tərəflər Görüşünə (COP29) ev sahibliyi etməsi QH üzv ölkələri tərəfindən yekdilliklə alqışlanıb.

Daha sonra isə QH-nın sədrliyi Azərbaycan tərəfindən Uqandaya təqdim edilib, Zirvə Görüşü Uqanda Respublikasının Prezident Yoveri Museveninin sədrliyi ilə davam edib.

Continue Reading

Previous: Sabiq rəisə hökm oxundu
Next: Abşeronda bu yol təmir edildi

Bölmənin digər xəbərləri

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub
  • Cəmiyyət

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

11 Fevral, 2026
BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr
  • Cəmiyyət

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

11 Fevral, 2026
KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək
  • Dünya

KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək

11 Fevral, 2026

Top 7 Xəbər

Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb 1

Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb

11 Fevral, 2026
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub 2

Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub

11 Fevral, 2026
BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr 3

BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr

11 Fevral, 2026
KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək 4

KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək

11 Fevral, 2026
İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 5

İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb

10 Fevral, 2026
ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib 6

ABŞ-nin Vitse-prezidenti Azərbaycana səfərə gəlib

10 Fevral, 2026
“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov 7

“Tahir Gözəllə bu barədə danışmamışam” – Qurban Qurbanov

10 Fevral, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 876)
  • Dünya (3. 185)
  • Gündəm (11. 099)
  • İdman (619)
  • İqtisadiyyat (568)
  • Kateqoriyasızlar (460)
  • Kriminal (1. 332)
  • Mədəniyyət (334)
  • Siyasət (2. 938)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8876) Dünya (3185) Gündəm (11099) Kateqoriyasızlar (460) Kriminal (1332) Mədəniyyət (334) Siyasət (2938) Texnologiya (14) İdman (619) İqtisadiyyat (568)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Kanadanın Baş naziri ölkəsində yaşanan faciə səbəbindən səfərini təxirə salıb 11 Fevral, 2026
  • Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub 11 Fevral, 2026
  • BİZİM TƏQVİM:Fevralın 11-də baş vermiş tarixi hadisələr 11 Fevral, 2026
  • KİV: ABŞ terrorçularla mübarizə üçün Nigeriyaya 200 hərbçi göndərəcək 11 Fevral, 2026
  • İlham Əliyevlə Cey Di Vens arasında geniştərkibli görüş başlayıb 10 Fevral, 2026
© Addim.az | MoreNews by AF themes.