Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Sülh sazişinin mətninin son variantı Ermənistana göndərilib – Prezidentin nümayəndəsi
  • Gündəm
  • Siyasət

Sülh sazişinin mətninin son variantı Ermənistana göndərilib – Prezidentin nümayəndəsi

Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir. Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar
Cavidan 28 Dekabr, 2023
1703749654_8f4d4b7ffa780360c4236fd132b0fbb6

Sülh prosesinin bu həlledici mərhələsində İrəvanın konkret nəticələrə nail olmaq üçün səmimi yanaşması zəruridir.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “The Guardian”a müsahibəsində deyib.

O qeyd edib ki, ötən həftə sülh sazişinin mətninin son variantını Ermənistan tərəfinə təhvil verən Bakı indi İrəvandan öz təkliflərinə cavab gözləyir.

Onun sözlərinə görə, Ermənistan özü üçün Azərbaycanla sülh sazişinin imzalanmasının bütün faydalarını tam dərk etməli, eləcə də, sülh prosesini pozmağa və ölkəmizlə hərbi qarşıdurmaya qayıtmağa yönəlmiş bütün zərərli illüziyalardan və hiylələrdən imtina etməlidir.

Bakının hazırladığı sülh sazişi layihəsinin əsasını təşkil edən beş əsas prinsipi qeyd edən Prezidentin nümayəndəsi eyni zamanda bildirib ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi onun mürəkkəbliyi və vaxt aparması nəzərə alınaraq sonrakı mərhələdə həll oluna bilər.

E.Əmirbəyov sülh sazişinin imzalanmasından sonra tərəflər arasında mübahisələrin həlli mexanizmi barədə suala cavabında vurğulayıb ki, Azərbaycan bu məsələdə heç bir kənar müdaxilə olmadan ikitərəfli Ermənistan-Azərbaycan Komissiyasının yaradılması ideyasına üstünlük verir: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqələrinin təmin edilməsinə gəlincə, Bakı bu məsələni təkcə Çini Avropa ilə birləşdirən Orta Dəhliz üçün alternativ marşrutun yaradılması kontekstində deyil, həm də öz milli təhlükəsizliyinin təmin edilməsinin mühüm elementi kimi dəyərləndirir”.

E.Əmirbəyov vurğulayıb ki, cərəyan edən hadisələr göstərir ki, Bakı üç il Ermənistandan aydın cavab gözlədikdən sonra daha çox vaxt itirmək fikrində deyil: “Əgər Ermənistan Zəngəzur dəhlizinin yaradılmasında öz faydasını başa düşə bilmirsə, hələ də Azərbaycanın ona qarşı guya gözlənilən təcavüzünün olması barədə absurd rəvayətləri yaymaqda davam edib regional dalana dirənmək niyyətindədirsə, Azərbaycan artıq konkret fəaliyyətə keçib və qonşu İran ərazisindən yuxarıda qeyd olunan nəqliyyat əlaqələrinin yaradılmasına üstünlük verməklə “B planı”nı həyata keçirməyə başlayıb”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Vərəsəlik hüququ ilə bağlı bu tələblər ləğv edildi
Next: AFFA 4 klubu cərimələdi

Bölmənin digər xəbərləri

6a427bb62db0e6a v
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

Cavidan 29 İyun, 2026
6a427200e36e46av
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

Cavidan 29 İyun, 2026
Screenshot 2026-06-29 133228
  • Dünya

Rusiyanın Dneprə raket hücumu nəticəsində 4 nəfər ölüb

Cavidan 29 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 660)
  • Dünya (3. 427)
  • Gündəm (11. 908)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub 6a427bb62db0e6a v 1
  • Dünya

Ukrayna ordusu üç körpünü, sursat anbarını və idarəetmə məntəqələrini vurub

29 İyun, 2026
KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək 6a427200e36e46av 2
  • Dünya

KİV: İsrail və Livan arasında sülh danışıqlarının yeni raundu sabah keçiriləcək

29 İyun, 2026
Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB JlUrdPT2xgmb3zqys0E v 3
  • Cəmiyyət

Sabahdan bəzi rayonlarda yağış yağacaq, külək güclənəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

29 İyun, 2026
Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil 6a426a830e8966a426 v 4
  • Dünya

Qaluzin: TRIPP-in perspektivləri birmənalı deyil

29 İyun, 2026
Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH oqMb8BaqfPh v 5
  • Cəmiyyət

Sepah zəifləyərsə, İran güclənər – ABŞ-İslam Respublikası savaşı bitər – ŞƏRH

29 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9660) Dünya (3427) Gündəm (11908) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.