Skip to content
15 İyul, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • Bir ildə 20-dən çox xarici səfər: Prezident İlham Əliyevin diplomatik trafiki
  • Gündəm
  • Siyasət

Bir ildə 20-dən çox xarici səfər: Prezident İlham Əliyevin diplomatik trafiki

Geridə qoymağa hazırlaşdığımız 2023-ci il Azərbaycan üçün kifayət qədər uğurlu hesab olunur. Ölkəmizin regional və dünya miqyasında nüfuzunun yüksəlməsi fonunda
Cavidan 27 Dekabr, 2023
1703594015_1685612414_126fef24bd19ce78c3c8d9a92ed52e58 (1)

Geridə qoymağa hazırlaşdığımız 2023-ci il Azərbaycan üçün kifayət qədər uğurlu hesab olunur. Ölkəmizin regional və dünya miqyasında nüfuzunun yüksəlməsi fonunda Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayı da artmaqdadır.

Burada ölkənin beynəlxalq arenada reytinqinin artmasında müstəsna rol oynayan Prezident İlham Əliyevin xarici səfərlərini xüsusi qeyd etmək lazımdır. Cari il ərzində Prezident İlham Əliyevin müxtəlif ölkələrin dövlət və hökumət başçıları ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın xarici siyasətinin kifayət qədər uğurlu, çoxşaxəli və qətiyyətli olduğunu təsdiq edir. Eyni zamanda məhsuldar səfərlər Azərbaycanın dünya miqyasında əsas oyunçulardan birinə çevrilməsində böyük rol oynayır.

Buunla əlaqədar olaraq Modern.az Prezident İlham Əliyevin bu il xarici ölkələrə səfərlərinin xronologiyasını hazırlayıb.

Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il Türkiyəyə 4, Macarıstan, Qazaxıstan, Almaniya, BƏƏ, Rusiya və Serbiyaya 2, Gürcüstan, Özbəkistan, Qırğızıstan, Litva, Moldova, Tacikistana 1 dəfə səfər edib.

Bu il Prezidentin ilk xarici səfəri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə olub.

Prezident səfər zamanı BMT Təhlükəsizlik Şurasında Cənubi Qafqaz regionuna aid müzakirələrdə Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini, bunun dostluğun və qardaşlığın nümunəsi olduğunu bildirib.

Prezidentlər Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin sülhsevər dövlətlər olduqlarını qeyd ediblər, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi işində göstərdikləri səylərini vurğulayıblar.

Yanvarın 17-də isə Prezident İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına səfər edib. Dövlət başçısı burada bir sıra dövlətlərin başçıları, şirkət rəhbərləri ilə görüşüb.

Bu il üçüncü səfər isə yanvarın 29-da Macarıstana olub. Yanvarın 30-da Budapeştdə İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orban ilə geniş tərkibdə görüşü başa çatdıqdan sonra Azərbaycan-Macarıstan sənədləri imzalanıb. İlham Əliyev və Orban Azərbaycan ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar.

“Azərbaycan Respublikasının Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi və mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və Vesprem şəhərinin meri Gyulya Porqa imzalayıb.

Prezidentin bu ölkəyə ikinci səfəri isə avqustun 21-ə təsadüf edir.

Növbəti səfər isə Almaniyaya olub. Belə ki, fevralın 18-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü olub. Prezidentin Almaniyaya növbəti səfəri martın 13-də olub. Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Türkiyəyə işgüzar səfərdə olub. Fevralın 25-də İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub.

Daha  sonra Türkiyəy ikinci səfər olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Üçüncü səfər aprelin 29-a təsadüf edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında iştirak ediblər.

Daha sonra iyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Bu il Prezidentin Mərkəzi Asiya ölkələrinə səfərləri də xüsusi diqqət mərkəzində olub. Aprelin 5-də isə prezidentin Tacikistana səfəri olub. Səfər zamanı Düşənbədə Prezident İlham Əliyevin Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüşü olub.

Daha sonra aprelin 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin təklifi ilə Qazaxıstana səfər edib. Prezident noyabrın 9-da isə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində olub. Burada prezident İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısında iştirak edib.

Eyni zamanda aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bosniya və Herseqovinaya rəsmi səfərə gedib.

Aprelin 25-də Sofiyada isə  “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimi keçirilib.

Mayın 14-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Daha sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Litva Respublikasına rəsmi səfərə gedib.

İyunun 1-də Moldovanın paytaxtı Kişineuda isə  “Avropa siyasi birliyi” 2-ci Zirvə toplantısının açılış mərasimi keçirilib və prezident toplantıda iştirak edib. Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Respublikasının Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüş keçirilib.

Brüsseldə növbəti görüş iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə olub. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Dövlət başçısı BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası – COP28 çərçivəsində təşkil olunacaq Dünya İqlim Fəaliyyəti Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə olub.  Səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 30-da Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Prezidentin son səfəri dekabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin dəvəti ilə Serbiyaya olub.

Qeyd edək ki, prezident bu il 2 dəfə Rusiyada olub. Mayın 25-də Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclası keçirilib. Prezident İlham Əliyev tədbirdə qonaq qismində iştirak edib. Rusiyaya ikinci səfər isə ilin sonuncu səfəri olub. Belə ki, dövlət başçısı Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün dekabrın 26-da Sankt-Peterburq şəhərinə işgüzar səfər edib.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: “Brent” nefti cüzi UCUZLAŞDI
Next: İlin ən yaxşı qapıçıları onlar SEÇİLDİ

Bölmənin digər xəbərləri

Screenshot 2026-07-14 160024
  • Gündəm

Qarabağ Universitetinə şöbə müdiri təyin olunub – FOTO

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 145229
  • Siyasət

Şuşa Qlobal Media Forumu: zəfərin ünvanından sülhün tribunasına – ŞƏRH

Cavidan 14 İyul, 2026
Screenshot 2026-07-14 142048
  • Siyasət

İlham Əliyev Slovakiya prezidentini qeyri-adi qonaqpərvərlik jesti ilə təəccübləndirib

Cavidan 14 İyul, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 743)
  • Dünya (3. 454)
  • Gündəm (11. 949)
  • İdman (674)
  • İqtisadiyyat (606)
  • Kateqoriyasızlar (522)
  • Kriminal (1. 413)
  • Mədəniyyət (356)
  • Siyasət (3. 017)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır Screenshot 2026-07-15 094843 1
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 87 dollara yaxınlaşır

15 İyul, 2026
Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb Screenshot 2026-07-15 093031 2
  • Kriminal

Bakıda avtovağzalın yaxınlığında yanacaqdaşıyan avtomobil yanıb

15 İyul, 2026
UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb Screenshot 2026-07-15 091458 3
  • İdman

UEFA reytinqi: “Sabah” Azərbaycanın əmsalını daha da artırıb

15 İyul, 2026
Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib Screenshot 2026-07-14 175349 4
  • Kriminal

Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verib

14 İyul, 2026
Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi WhatsApp Image 2026-07-14 at 17.27.22 5
  • Cəmiyyət

Bakıda Ukrayna universitetlərinin təhsil sərgisi keçirildi

14 İyul, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9743) Dünya (3454) Gündəm (11949) Kateqoriyasızlar (522) Kriminal (1413) Mədəniyyət (356) Siyasət (3017) Texnologiya (15) İdman (674) İqtisadiyyat (606)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.