Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 451)
  • Dünya (3. 044)
  • Gündəm (10. 570)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Cəmiyyət
  • Siyasət

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 20 il ötür

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin birinci müddətə prezident seçilməsindən 20 il ötür. Yenixebe.org xatırladır ki, İlham Əliyev
Cavidan 15 Oktyabr, 2023

Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin birinci müddətə prezident seçilməsindən 20 il ötür.

Yenixebe.org xatırladır ki, İlham Əliyev 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində seçicilərin 76.8 faiz səsini toplayaraq Azərbaycan Respublikasının Prezidenti seçilib.

2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında Azərbaycan dövlətini strateji hədəflərə doğru uğurla aparıb.

İlham Əliyev Azərbaycanın zəngin və qüdrətli ölkəyə çevrilməsi üçün güclü iqtisadi potensialın formalaşdırılması, müasir cəmiyyət quruculuğu, qüdrətli Silahlı Qüvvələrin yaradılması, beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsini əsas hədəf müəyyən etmişdi.

Yekunda Azərbaycan regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan söz sahibinə çevrildi.

Prezident İlham Əliyevin parlaq liderliyi ilə tarixi qələbələrə imza ataraq güclü, suveren və müstəqil Azərbaycan firavan gələcəyinə doğru zəfər yolunu inamla davam etdirir.

İlham Əliyevin hakimiyyəti dövründə Azərbaycan beynəlxalq aləmlə bərabərhüquqlu, qarşılıqlı etimada və əməkdaşlığa əsaslanan əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük nailiyyətlər əldə edib.

2011-ci ilin oktyabrında Azərbaycanın 155 ölkənin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi və iki il ərzində uğurlu fəaliyyəti ABŞ, Çin, Rusiya, Böyük Britaniya, Fransa kimi daimi üzvlərlə birgə Azərbaycanın dünyanın bir nömrəli beynəlxalq təşkilatının ən ali qurumunda iştirakı və sədrliyi ölkənin qazandığı nüfuz və etimadın göstəricisidir.

2019-cu ildən etibarən Azərbaycan Qoşulmama Hərəkatının (QH) üzv ölkələrinin yekdil qərarı ilə QH-yə sədrliyi həyata keçirməyə başlayıb. Azərbaycanın sədrliyi dövründə QH-nin beynəlxalq aləmdə nüfuzunun artması və səmərəli fəaliyyəti ölkəmizin Hərəkata sədrliyinin daha 1 il uzadılmasına səbəb olub.

Prezident İlham Əliyevin təşəbbüsü ilə QH pandemiya ilə mübarizədə qlobal lider rolunu öz üzərinə götürüb və dünya ictimaiyyətini bu təhdidlə mübarizədə səfərbər edib. Azərbaycanın təşəbbüsü ilə QH tərəfindən həm BMT İnsan Hüquqları Şurasında, həm də Baş Assambleyada “COVID-19 pandemiyası ilə mübarizədə bütün ölkələr üçün peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi”nə dair qətnamələr qəbul edilib.

Türk Dövlətləri Təşkilatının güclənməsi və nüfuzunun artmasında İlham Əliyev və Azərbaycan faktoru var.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə iqtisadi göstəricilər aşağıdakı kimidir:

– 2003-2022-ci illərdə Azərbaycanda ÜDM 7.3 milyard dollardan 78.7 milyard dollara yüksəlib;

– dövlət büdcəsinin xərcləri 1.2 milyard manatdan 36.6 milyard manata çatıb;

– strateji valyuta ehtiyatları 1.4 milyard dollardan 66.1 milyard dollara qədər artıb;

– orta aylıq əmək haqqı 77.4 manatdan 839.4 manata yüksəlib;

yoxsulluq səviyyəsi 44.7%-dən 5.5%-ə enib.

Əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Dövlət Neft Fondunun valyuta ehtiyatları dəfələrlə artıb, bu vəsait həm sosialyönümlü layihələrin icrasına, həm də gələcək nəsillərin rifahına xidmət edir.

Prezident İlham Əliyevim hakimiyyəti dövründə ordu quruculuğu ən başlıca, ən prioritet məsələ olub.

2003-cü ildən sonrakı dövrdə hərbi xərclər 15 dəfədən çox artırılıb, ordu ən müasir silahlar və texnika ilə təchiz olunub, müdafiə sənayesi formalaşdırılıb, 20-dən çox hərbi zavod yaradılıb, 1200 adda hərbi təyinatlı müxtəlif məhsulların istehsalına başlanılıb, ordunun döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı yüksəldilib, hərbçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılıb.

Yekunda Azərbaycan Ordusu dünyanın ən güclü orduları sırasına daxil olub.

İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 44 günlük Vətən müharibəsində ölkənin ərazi bütövlüyü, 2023-cü ildə 24 saata dövlətimizin suverenliyi tam bərpa olunub.

İlham Əliyev Azərbaycanın işğal altındakı torpaqları azad etməklə həm də ata vəsiyyətini yerinə yetirib. Müstəqillik elan olunandan sonra ilk dəfədir Azərbaycanın suverenliyi onun bütün ərazisini əhatə edir.

Azərbaycan postsovet məkanında öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş yeganə, dünyada isə çox nadir ölkələrdən biridir.

Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilib.

Proqramda nəzərdə tutulmuş 100 yaşayış məntəqəsinin 52-nin layihəsinin konseptual həlli qəbul edilib, dövlət başçısı tərəfindən 29 yaşayış məntəqəsinin təməli qoyub.

Ümumilikdə 2021-2023-cü illərdə dövlət başçısı tərəfindən 105 layihənin təməli qoyulub, onlardan 63 müxtəlif təyinatlı tikinti obyektinin açılışı baş tutub.

Müharibədən cəmi il yarım sonra – 2022-ci il iyulun 19-dan başlayaraq azad olunmuş ərazilərə ümumilikdə 679 ailə olmaqla, 2715 nəfər keçmiş məcburi köçkünün qayıdışı baş tutub.

İlin sonuna qədər ümumən 1400-ə yaxın ailə olmaqla, 5000-dən artıq şəxsin geri qayıdışı nəzərdə tutulur.

Cəmi 9 aya Füzuli Beynəlxalq Hava Limanı inşa edilib, Zəngilan hava limanı istifadəyə verilib, Laçın rayonunda hava limanının tikintisi davam edir.

22 yol layihəsindən 6-nın tikintisi artıq başa çatıb, Bərdə-Ağdam, Horadiz-Ağbənd dəmir yolu xətləri üzrə tikinti işləri davam etdirilir.

12 yeni Su Elektrik Stansiyası, 12 yarımstansiya istifadəyə verilib.

100 min hektara yaxın sahə mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Continue Reading

Previous: Müəllimlərin seritifikasiyası nə üçün keçirilir? – Nazirdən açıqlama
Next: Prezident Xankəndidə Azərbaycanın Dövlət Bayrağını QALDIRDI – FOTOLAR (YENİLƏNİB)

Bölmənin digər xəbərləri

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub
  • Cəmiyyət

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub

8 Dekabr, 2025
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir
  • Cəmiyyət

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

8 Dekabr, 2025
Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb
  • Cəmiyyət

Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb

8 Dekabr, 2025

Top 7 Xəbər

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 1

Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub

8 Dekabr, 2025
Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir 2

Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir

8 Dekabr, 2025
Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb 3

Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb

8 Dekabr, 2025
Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb 4

Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb

8 Dekabr, 2025
Kamboca Tailandın ittihamlarını təkzib edir 5

Kamboca Tailandın ittihamlarını təkzib edir

8 Dekabr, 2025
Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub 6

Bakıda İƏT Mədəniyyət Festivalının açılışı olub

8 Dekabr, 2025
1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib 7

1700-dən çox taksi sürücüsü imtahan vermək üçün qeydiyyatdan keçib

8 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 451)
  • Dünya (3. 044)
  • Gündəm (10. 570)
  • İdman (591)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (321)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8451) Dünya (3044) Gündəm (10570) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (321) Siyasət (2908) Texnologiya (14) İdman (591) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olunub 8 Dekabr, 2025
  • Gürcüstanda aksiyaların keçirilməsi qaydaları yenidən sərtləşdirilir 8 Dekabr, 2025
  • Nazir müavini: Süni intellekt tətbiqlərinin yaradılması işlərinə başlanılıb 8 Dekabr, 2025
  • Gürcüstanın keçmiş müdafiə naziri həbsdə saxlanılıb 8 Dekabr, 2025
  • Kamboca Tailandın ittihamlarını təkzib edir 8 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.