Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib. Dövlətimizin başçısı Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində yeni-yeni uğurlar və möhkəm cansağlığı arzulayıb. Vladimir Putin göstərilən diqqətə və təbrikə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Dövlət başçıları ölkələrimiz arasında dostluq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın perspektivləri və yeni təmaslar ilə bağlı məsələləri müzakirə ediblər.