Skip to content
20 Mart, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 114)
  • Dünya (3. 270)
  • Gündəm (11. 449)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Mart 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
« Fev    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Gündəm
  • Siyasət

Prezident bu dövlət başçılarını təbrik etdi

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli Sadır Nurqojoyeviç, Qırğız Respublikasının
Cavidan 31 Avqust, 2023

Prezident İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Hörmətli Sadır Nurqojoyeviç,

Qırğız Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı çatdırıram.

Keçən il qardaş Qırğızıstana dövlət səfərim zamanı Sizin rəhbərliyiniz altında aparılan genişmiqyaslı islahatların və quruculuq işlərinin ölkənizin hərtərəfli inkişafına və rifahına xidmət etdiyini görməkdən məmnun oldum.

Diplomatik münasibətlərimizin qurulmasından ötən otuz ildə qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Qırğızıstan dostluq əlaqələri möhkəmlənmiş, qarşılıqlı maraq doğuran əməkdaşlığımız davamlı şəkildə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

Əminəm ki, ortaq köklərə, qardaşlığa, qarşılıqlı inam və etimada əsaslanan dövlətlərarası münasibətlərimizin genişləndirilməsi, yüksələn xətlə inkişaf edən strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi naminə birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, qardaş Qırğız Respublikasına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Malayziyanın XVI Ali Başçısı əl-Sultan Abdullah Riayatuddin əl-Mustafa Billah Şah ibni əl-Mərhum Sultan Hacı Əhməd Şah əl-Mustain Billaha təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Əlahəzrət,

Malayziyanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu il biz Azərbaycan-Malayziya əlaqələrinin tarixində əlamətdar ildönümünü – ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Əminəm ki, Azərbaycan ilə Malayziya arasında dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızı genişləndirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Malayziya xalqına daim rifah və firavanlıq arzulayıram”.

Continue Reading

Previous: “Ağdam-Xankəndi yolundan 24 saat sonra Laçın yolu da açılacaq” – Hikmət Hacıyev
Next: Şəki sakinlərinə ciddi ziyan: “10 ton buğdam selin altında qalıb” – VİDEO

Bölmənin digər xəbərləri

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI
  • Cəmiyyət

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI

20 Mart, 2026
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər
  • Cəmiyyət

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

20 Mart, 2026
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib
  • Cəmiyyət

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026

Top 7 Xəbər

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI 1

Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI

20 Mart, 2026
Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər 2

Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

20 Mart, 2026
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 3

Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026
Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 4

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib

20 Mart, 2026
Azərbaycanda Novruz bayramı qeyd edilir 5

Azərbaycanda Novruz bayramı qeyd edilir

20 Mart, 2026
Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB 6

Sabah bəzi rayonlarda güclü külək əsəcək, dolu düşəcək – XƏBƏRDARLIQ – YENİLƏNİB

19 Mart, 2026
Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb 7

Makron Yaxın Şərqdə mülki infrastruktura zərbələrə moratoriumun tətbiqinə çağırıb

19 Mart, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 114)
  • Dünya (3. 270)
  • Gündəm (11. 449)
  • İdman (638)
  • İqtisadiyyat (577)
  • Kateqoriyasızlar (474)
  • Kriminal (1. 354)
  • Mədəniyyət (340)
  • Siyasət (2. 970)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9114) Dünya (3270) Gündəm (11449) Kateqoriyasızlar (474) Kriminal (1354) Mədəniyyət (340) Siyasət (2970) Texnologiya (14) İdman (638) İqtisadiyyat (577)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Azərbaycanda universitet 345 işçi axtarır – Vakansiya SİYAHISI 20 Mart, 2026
  • Şimali Avropa–Baltikyanı ölkələrinin Şərqi Avropa üzrə direktorları Bakıda regional təhlükəsizlik məsələlərini müzakirə ediblər 20 Mart, 2026
  • Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə paylaşım edib 20 Mart, 2026
  • Mehriban Əliyeva Ramazan bayramı münasibətilə paylaşım edib 20 Mart, 2026
  • Azərbaycanda Novruz bayramı qeyd edilir 20 Mart, 2026
© Addim.az | MoreNews by AF themes.