Skip to content
9 Dekabr, 2025
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (8. 458)
  • Dünya (3. 045)
  • Gündəm (10. 580)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
Dekabr 2025
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031  
« Noy    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Təxribatlar İrəvanı daha da böyük TƏHLÜKƏLƏRƏ APARIR… – FAKT BUDUR!

Erməni təxribatlarına cavab olaraq Azərbaycan Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarətinin tətbiqinə başlayıb. Çakaten, Sıxovuş, Kilsəkənd, Tsav, Nerkin
Cavidan 16 Noyabr, 2021

Erməni təxribatlarına cavab olaraq Azərbaycan Qafan-Çakaten yolunda sərhəd və gömrük nəzarətinin tətbiqinə başlayıb. Çakaten, Sıxovuş, Kilsəkənd, Tsav, Nerkin Hand və digər kəndlərin əhalisi üçün iki seçim var. Ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha uzun məsafə qət edərək, Mehriyə, oradan Qafana gedəcəklər. Bununla Bakı Paşinyan hakimiyyətini siyasi blokadaya salır. Ermənistan hakimiyyətinin təklif etdiyi alternativ yollar isə olduqca əlverişsizdir. Yollarda qurulan yeni postlarla bağlı xəbəri erməni ictimaiyyətinin narahatlıqla qarşılaması da alternativ yolun əhəmiyyətsiz olduğundan xəbər verir. Qafan meri Gevork Parsyan təəssüf hissi ilə qorxduqlarının başlarına gəldiyini etiraf edib. O, yeni postların ermənilər üçün ciddi problem yaratdığına diqqət çəkib: “Yol bağlanıb və bu qəsəbələrin, ümumiyyətlə, alternativ yolu yoxdur. Yeganə variant Mehri vasitəsilədir. Faktiki olaraq 7-8 kilometrlik Qafan yolu 150 km uzanacaq. Ən qısa alternativ yol 90-cı illərdə tikilən, çətin keçilən yoldur ki, onun da üzərində işləmək lazım gələcək. 6 kəndin əhalisinin qayğısına qalmalıyıq”. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan da deyib ki, Ermənistan tərəfi müvafiq qərarlar qəbul edəcək, göstərilən yolda sərhəd və gömrük postları yaradacaq: “Alternativ yol bu ilin sonuna qədər hazır olacaq”.

Xatırladaq ki, daha əvvəl Dövlət Gömrük Komitəsi (DGK) Qubadlı rayonu ərazisində Komitənin Cənub Ərazi Baş Gömrük İdarəsinin “Qubadlı” gömrük postunu yaradıb.

Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, erməni ordusundakı utopik düşüncələrlə yaşayan ünsürlər düşünür ki, sərhəddəki ərazilərdə möhkəmlənməklə coğrafi mənada hərbi üstünlük qazanacaqlar. Analitik bildirib ki, Azərbaycan bu ilin sentyabrında Gorus-Qafan yolunda gömrük və polis postları qurduqda iki ölkənin blokadasını gerçəkləşdirmişdi, söhbət Ermənistanla yanaşı həm də İrandan gedir:

“Ermənilərin noyabr ayında Şuşadakı və sərhəddəki təxribatlarına gəlincə, Azərbaycan bunlara növbəti dəfə yumşaq güc tətbiq edərək elə cavab verdi ki, İrəvan yenə zərbə aldı. Zəngəzur bölgəsindən keçən Qafan-Çakaten yolunu da Azərbaycan öz nəzarətinə götürüb burada sərhəd-gömrük məntəqəsini işə saldı. Ermənistan ordusunun komandanlığı isə hələ də məntiqi əsası olmayan və xəstə təxəyyülü şəxsi heyətin düşüncələrinə pərçim edir. Azərbaycan ordusunun bu ilin may ayından etibarən möhkəmləndiyi strateji nöqtələrin indi ermənilərin ələ keçirmək cəhdinin arxasında mənəvi və hərbi güc dayanmır. Əksinə, Azərbaycanın əks tədbirləri elə forma aldı ki, əlavə strateji ərazilərdə də möhkəmlənmə ilə nəticələndi. Azərbaycan Ordusunun bölmələri yumşaq hərbi güc tətbiq edərək sərhəddə düşməni geri oturdub, ermənilərin postunu ələ keçirib. Hələlik informasiyalar bu yöndədir. Bu tədbir Azərbaycan Ordusunun kontur tədbirlərinin çox cüzi hissəsidir. Bir sözlə, Ermənistan təxribatlarını gücləndirdikcə, bu, onun öz başında çatlayan tədbirlərlə yadda qalacaq. Azərbaycan digər strateji məntəqələrdə də bərqərar olacaq. Ona görə də Ermənistan baş verənlərdən düzgün nəticə çıxarmaq qabiliyyətini ortaya qoyub həyasızlığa son verməlidir”.

Continue Reading

Previous: Milli Məclisin plenar iclaslarında gələn ilin büdcəsinin müzakirəsi başlayır – Bu gündən
Next: Ermənistan silahlı qüvvələri dörd rayon istiqamətində mövqelərimizi atəşə tutub – RƏSMİ

Bölmənin digər xəbərləri

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib
  • Gündəm

İlham Əliyev Finlandiya Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

6 Dekabr, 2025
Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır
  • Siyasət

Ceyhun Bayramov: Azərbaycan və Ermənistan ikitərəfli münasibətlərdə dinc, sabit dövrü yaşayır

4 Dekabr, 2025
Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH
  • Gündəm

Ermənistanda dəyişməyən rejim – Qərbin görməzlikdən gəlmə taktikası – ŞƏRH

4 Dekabr, 2025

Top 7 Xəbər

İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 1

İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib

9 Dekabr, 2025
Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 2

Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib

9 Dekabr, 2025
Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 3

Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək

9 Dekabr, 2025
Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 4

Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb

9 Dekabr, 2025
Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 5

Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək

9 Dekabr, 2025
Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ 6

Növbəti üç gündə leysan yağacaq – XƏBƏRDARLIQ

9 Dekabr, 2025
Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub 7

Azərbaycan və Misir arasında mədəni əməkdaşlıq müzakirə olunub

9 Dekabr, 2025

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (8. 458)
  • Dünya (3. 045)
  • Gündəm (10. 580)
  • İdman (592)
  • İqtisadiyyat (549)
  • Kateqoriyasızlar (436)
  • Kriminal (1. 292)
  • Mədəniyyət (322)
  • Siyasət (2. 908)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (8458) Dünya (3045) Gündəm (10580) Kateqoriyasızlar (436) Kriminal (1292) Mədəniyyət (322) Siyasət (2908) Texnologiya (14) İdman (592) İqtisadiyyat (549)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • İlham Əliyevlə Robert Fitsonun görüşü zamanı “Qurban olum Azərbaycan” mahnısı ifa edilib 9 Dekabr, 2025
  • Avropa Voleybol Konfederasiyası azərbaycanlı mütəxəssisə etimad göstərib 9 Dekabr, 2025
  • Almaniya 52 milyard avroluq müdafiə sifarişlərini təsdiqləyəcək 9 Dekabr, 2025
  • Bratislavada Azərbaycan ilə Slovakiya arasında bir sıra sənədlər imzalanıb 9 Dekabr, 2025
  • Sabah Bakı, Sumqayıt, Abşeron üzrə pensiyalar ödəniləcək 9 Dekabr, 2025
© Addim.az | MoreNews by AF themes.