Skip to content
4 May, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

Bölmələr

  • Cəmiyyət (9. 364)
  • Dünya (3. 349)
  • Gündəm (11. 705)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube
May 2026
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031
« Apr    
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
  • Home
  • Siyasət
  • Siyasət

Özbəkistanlı ekspert Bakı-Daşkənd əməkdaşlığının ən perspektivli sahələrini açıqlayıb

“Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri sabit təchizat zəncirinin və möhkəm nəqliyyat infrastrukturunun inkişafı,
Cavidan 24 Avqust, 2023

“Özbəkistan və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın ən perspektivli istiqamətlərindən biri sabit təchizat zəncirinin və möhkəm nəqliyyat infrastrukturunun inkişafı, daha dəqiq desək, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun potensialının daha da genişləndirilməsi ilə nəqliyyat və logistikadır. Bu sahənin iki ölkə arasında iqtisadi-ticari əlaqələri əhəmiyyətli dərəcədə genişləndirməsi gözlənilir”.

Bunu “Report”a açıqlamasında özbəkistanlı ekspert Oleq Qolişnikov deyib.

Onun sözlərinə görə, Özbəkistanın xarici siyasəti ideoloji və ya doqmatik xüsusiyyətlərdən azaddır.

O.Qolişnikov bildirib ki, son bir neçə ildir Özbəkistan fəal xarici siyasət yürüdür və iqtisadi-ticari əlaqələrinin şaxələndirilməsi bu siyasətin əvəzsiz tərkib hissəsidir.

Ekspertin fikrincə, Özbəkistanın xarici siyasəti praqmatik maraqlara əsaslanır:

“Buna görə də rəsmi Daşkənd beynəlxalq arenada və xüsusən də Mərkəzi Asiyada əsas diqqəti iqtisadi faydaya yönəldərək praqmatik əməkdaşlığı gücləndirir. Eyni hal Özbəkistanın bir çox ölkə və beynəlxalq təşkilatla, o cümlədən Özbəkistan və Azərbaycanın digər türk dövlətləri ilə birlikdə tamhüquqlu üzv olduğu Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlığına da aiddir. Fikrimcə, konseptual baxımdan Daşkənd bu gün təkcə Özbəkistanın öz rolunu yox, həm də “Şərq-Qərb” və “Şimal-Cənub” kimi dəhlizlər də daxil olmaqla beynəlxalq daşımalar üçün tranzit mərkəzi kimi bütün Mərkəzi Asiyanın rolunu artırmağa çalışan “nəqliyyat plüralizmi”ni təbliğ edir. Bu fonda Daşkənd üçün müxtəlif istiqamətlərdə nəqliyyat və logistika zəncirlərinin inkişafı mühüm əhəmiyyət kəsb edir. Belə ki, Özbəkistan şimal (ənənəvi) istiqamətin inkişafı ilə yanaşı, şərqdə (Özbəkistan-Qırğızıstan-Çin dəmir yolu layihəsi), cənubda (Özbəkistan-Əfqanıstan-Pakistan dəmir yolu layihəsi), qərb və cənub-qərb istiqamətlərində (Özbəkistan-Türkmənistan-İran dəhlizi və Transxəzər beynəlxalq nəqliyyat marşrutu) əsas layihələrin təşviqinə xüsusi diqqət yetirir”.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana səfərinə də münasibət bildirən ekspert vurğulayıb ki, budəfəki səfər məhz iki ölkə, eləcə də Özbəkistan və Azərbaycan xalqları arasında artan çoxşaxəli əlaqələrə və dostluğa diqqət çəkir:

“Hər iki ölkə ticarət və iqtisadiyyat, nəqliyyat və logistika, siyasi əlaqələr və təhlükəsizlik, mədəniyyət və insanlar arasında əlaqə kimi müxtəlif sahələrdə əməkdaşlıq edir. Şübhə etmirəm ki, bu əməkdaşlıq uzunmüddətli perspektivdə inkişaf edəcək, çünki həm Daşkənd, həm də Bakı aydın başa düşürlər ki, Özbəkistan və Azərbaycan üçün fayda verəcək qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi üçün hələ də böyük potensial var”.

Continue Reading

Previous: İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərib
Next: Prezident və birinci xanım Kəlbəcərə səfər ediblər

Bölmənin digər xəbərləri

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib
  • Gündəm

Prezident Yuriy Kamayevi “Şöhrət” ordeni ilə təltif edib

30 Aprel, 2026
“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL
  • Gündəm

“Yaşıl enerji”nin Azərbaycan modeli: istehsal və idarəetmədə liderlik – TƏHLİL

28 Aprel, 2026
Prezident bir qrup sahibkarı təltif edib
  • Siyasət

Prezident bir qrup sahibkarı təltif edib

28 Aprel, 2026

Top 7 Xəbər

Sabah yağış yağacaq – PROQNOZ 1

Sabah yağış yağacaq – PROQNOZ

4 May, 2026
DYP skuter istifadəçilərinə müraciət edib 2

DYP skuter istifadəçilərinə müraciət edib

4 May, 2026
İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq 3

İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq

4 May, 2026
“Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək 4

“Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək

4 May, 2026
Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR? 5

Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR?

4 May, 2026
Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib 6

Zaqatalada canavar 47 yaşlı kişiyə hücum edib

2 May, 2026
Cevdet Yılmaz Ermənistana səfər edəcək 7

Cevdet Yılmaz Ermənistana səfər edəcək

2 May, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 364)
  • Dünya (3. 349)
  • Gündəm (11. 705)
  • İdman (649)
  • İqtisadiyyat (592)
  • Kateqoriyasızlar (485)
  • Kriminal (1. 381)
  • Mədəniyyət (348)
  • Siyasət (2. 987)
  • Texnologiya (14)
  • Facebook
  • Twitter
  • Instagram
  • YouTube

BÖLMƏLƏR

Cəmiyyət (9364) Dünya (3349) Gündəm (11705) Kateqoriyasızlar (485) Kriminal (1381) Mədəniyyət (348) Siyasət (2987) Texnologiya (14) İdman (649) İqtisadiyyat (592)

AirPods 3 Android Apple Apple AirPods 3 Crew Dragon futbol Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex sticker stiker whatsapp World Xiaomi Xiaomi Mi 11

Son Xəbərlər

  • Sabah yağış yağacaq – PROQNOZ 4 May, 2026
  • DYP skuter istifadəçilərinə müraciət edib 4 May, 2026
  • İlham Əliyev bu gün İrəvanda keçirilən “Avropa Siyasi Birliyi”nin VIII sammitinə videoəlaqə vasitəsilə qoşulacaq 4 May, 2026
  • “Axios”: ABŞ hərbçiləri ticarət gəmilərini Hörmüz boğazında müşayiət etməyəcək 4 May, 2026
  • Xorultudan qurtulmağa kömək edən hansı məhsullar VAR? 4 May, 2026
© Addim.az | MoreNews by AF themes.