Skip to content
30 İyun, 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
Addim.Az

Addim.Az

Xəbəri bizdən alın

banner-promo-full-blue-revised

Connect with Us

  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram

Kateqoriyalar

  • Cəmiyyət
  • Dünya
  • Gündəm
  • İdman
  • İqtisadiyyat
  • Kateqoriyasızlar
  • Kriminal
  • Mədəniyyət
  • Siyasət
  • Texnologiya
Primary Menu
  • Ana səhifə
  • Gündəm
  • Siyasət
  • Dünya
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Kriminal
  • İdman
  • Mədəniyyət
  • Texnologiya
Light/Dark Button
  • Home
  • Siyasət
  • İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərib
  • Siyasət

İlham Əliyev Volodimir Zelenskiyə təbrik məktubu göndərib

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir: “Ukraynanın milli bayramı – Müstəqillik
Cavidan 24 Avqust, 2023
66e6b3e3-57d8-313d-a82b-9d10cd6317ee_850

Prezident İlham Əliyev Ukraynanın Prezidenti Volodimir Zelenskiyə təbrik məktubu göndərib.

Təbrik məktubunda deyilir:

“Ukraynanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Ukrayna arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın tarixən təşəkkül tapmış sıx dostluq və qarşılıqlı hörmət ənənələrindən irəli gəlir. Bu iradədən qaynaqlanan və möhkəm təməllər üzərində qurulan dövlətlərarası əlaqələrimizin birgə səylərimizlə dinamik inkişaf edərək yeni mərhələyə yüksəlməsi məmnunluq doğurur. Azərbaycan-Ukrayna əlaqələrinin keçən ilin yanvarında Ukraynaya səfərim zamanı imzaladığımız Birgə Bəyannamədə öz əksini tapmış məram və məqsədlərə uyğun olaraq bundan sonra da inkişaf edəcəyinə inanıram.

Cari ilin iyununda Kişineuda Sizinlə görüşümüzü, Azərbaycan-Ukrayna ikitərəfli əlaqələri ətrafında apardığımız fikir mübadiləsini ən xoş təəssüratlarla xatırlayıram.
Azərbaycan BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalaraq bütün dövlətlərin, o cümlədən Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmət edir. Biz Ukrayna xalqına humanitar yardım məsələlərini daim diqqətdə saxlayır, bundan sonra da lazımi yardım göstərməyə hazır olduğumuzu bildiririk.

Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Ukrayna arasında dostluq münasibətlərinin genişlənməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın möhkəmlənməsi yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost Ukrayna xalqına sülh və əmin-amanlıq diləyirəm”.

About the Author

Cavidan

Author

View All Posts

Post navigation

Previous: Xocalıda traktor MİNAYA DÜŞDÜ
Next: Araz Rüstəmovla Xızı rayonunda vida mərasimi keçirilir – CANLI YAYIM

Bölmənin digər xəbərləri

Ekran şəkli 2026-06-25 163725
  • Siyasət

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

Cavidan 25 İyun, 2026
Ekran şəkli 2026-06-25 162317
  • Siyasət

“İntellektual gömrük” informasiya sistemi yaradılıb

Cavidan 25 İyun, 2026
aj1mmDpj3XS6niqa8Se b
  • Siyasət

İƏT Parlament İttifaqı Konfransının 20-ci sessiyası başa çatıb – YENİLƏNİB

Cavidan 25 İyun, 2026

Teqlər

AirPods 3 Android Apple Apple AirPods 3 Business Crew Dragon futbol Health Inspiration4 iphone massenger Messi MIUI12 Newsbeat Pele Science Snapdragon 888 spacex Sport sticker stiker Stories whatsapp World Xiaomi Xiaomi Mi 11

Bölmələr

  • Cəmiyyət (9. 665)
  • Dünya (3. 430)
  • Gündəm (11. 913)
  • İdman (669)
  • İqtisadiyyat (603)
  • Kateqoriyasızlar (518)
  • Kriminal (1. 406)
  • Mədəniyyət (355)
  • Siyasət (3. 007)
  • Texnologiya (15)

Build a WordPress News Site Fast

Trending News

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir Screenshot_20260630_161352_com_android_chrome_ChromeTabbedActivity 1
  • Cəmiyyət

Bakıda 7 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir

30 İyun, 2026
Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb Screenshot_20260630_143644_com_android_chrome_ChromeTabbedActivity 2
  • Dünya

Ukrayna dronların alınması üçün Avropa İttifaqından 3,9 milyard avro məbləğində ilk tranşı alıb

30 İyun, 2026
Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür sabina_aliyeva_200121 3
  • Cəmiyyət

Səbinə Əliyeva: Ukraynaya itkin düşən şəxslərlə bağlı dəstək Azərbaycanın humanitar həmrəyliyə əsaslanan siyasətinin təzahürüdür

30 İyun, 2026
MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib Screenshot 2026-06-30 124216 4
  • Cəmiyyət

MM Hesablama Palatasına yeni səlahiyyətlər verilməsini I oxunuşda təsdiqləyib

30 İyun, 2026
Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib Screenshot 2026-06-30 115604 5
  • Cəmiyyət

Sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunmasına dair cərimələr son oxunuşda qəbul edilib

30 İyun, 2026

BÖLMƏLƏR

Cəmiyyət (9665) Dünya (3430) Gündəm (11913) Kateqoriyasızlar (518) Kriminal (1406) Mədəniyyət (355) Siyasət (3007) Texnologiya (15) İdman (669) İqtisadiyyat (603)
  • Health
  • Contact
  • Blog
  • Facebook
  • Twitter
  • Linkedin
  • VK
  • Youtube
  • Instagram
© Addim.az | MoreNews by AF themes.